Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Aprelin 25-də Bern şəhərində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər üzrə Federal Departamentinin Dövlət Katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri Muriel Peneveyre rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.

F.Rzayev Azərbaycanın iqlim diplomatiyası və qlobal iqlim gündəliyinə töhfələri, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində irəli sürülən təşəbbüslər və əldə olunan nailiyyətlərdən danışıb.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında həmçinin regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev həmçinin digər işgüzar görüşlər də keçirib.

09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
09 May 2025 İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
09 May 2025 Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı
09 May 2025 Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
09 May 2025 Prezident və xanımı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2025 Prezident 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 2025 Azərbaycanda Qələbə Günü qeyd olunur
08 May 2025 Prezident sərəncam imzaladı: 5 milyon ayrıldı
08 May 2025 Almaniyanın yeni kansleri Fridrix Mers kimdir: onun siyasi baxışları və Azərbaycan üçün perspektivlər - DOSYE
08 May 2025 Milli Məclis Bəyanat qəbul etdi
08 May 2025 Arif Babayevə Heydər Əliyev Mükafatı verilib - SƏRƏNCAM
08 May 2025 Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır
08 May 2025 Netanyahunun Bakıya gəlməməsinin ilginc səbəbi – Bir gün öncə nə baş verib?
07 May 2025 İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB
07 May 2025 İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum olub

Xəbər lenti