![]() |
|
Robert Köçəryan özü-özünü neytrallaşdırıb.
Axar.az xəbər verir ki, bunu Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Robert Köçəryanın növbədənkənar parlament seçkisində iştirak etməməsini şərh edərkən deyib.
“Biz heç kimi neytrallaşdırmamışıq. Hər insan özü-özünü neytrallaşdırır”, – deyə o bildirib.
O, jurnalistlərin “Köçəryan özünü təhlükəsizlikdə hiss edə bilərmi” sualına ritorik formada, “Köçəryanın təhlükəsizliyini dövlət mühafizə xidməti təmin edir”, - deyə cavablandırıb.