![]() |
|
PKK terror qruplaşması son dövrdə İŞİD terror qruplaşmasının çox tez-tez istifadə etdiyi dron hücumları taktikasına əl atıb.
Axar.az xəbər verir ki, terror qruplaşması hücumlar zamanı kiçik ölçülü model təyyarələrdən istifadə edib.
Üzərinə C-3 tipli partladıcı yerləşdirilən təyyarələrdən Şırnak valiliyinə hücum zamanı da istifadə olunub. Lakin uzaqdan idarə olunan partlayıcı və təyyarə siqnalkəsici sistemlərin işi nəticəsində zərərsizləşdirilib. Bu taktikadan həmçinin Hakkarinin Şəmdinli mahalına hücum zamanı da istifadə olunub.