Hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin Kerç böhranı ilə bağlı Axar.az-a müsahibəsi:

- Bir neçə gün öncə Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Tərəflər insidentlə bağlı araşdırmaların başladılmasına hazır olduqlarını bəyan etsələr də, proses başlamayıb. Bunun səbəbi nə ilə bağlıdır?

- Beynəlxalq hüquqda mübahisələrin dinc yolla həllinin müxtəlif vasitələri var. Bunlardan biri də faktların araşdırılması missiyasıdır. Düzdür, tərəflər baş vermiş olayla əlaqədar araşdırmalara hazır olduqlarını bildiriblər. Xüsusən də Rusiya müstəqil bir komissiyanın araşdırma aparmasını irəli sürür. Ancaq bu, kifayət deyil, hər iki tərəfin sözügedən missiyanın qurulmasını qəbul etməsi şərtdir. Bu missiya Rusiya və Ukrayna ilə yanaşı, başqa bir beynəlxalq aktor tərəfindən də həyata keçirilə bilər. Bu məsələdə missiyanın təhlükəsizliyinə təminat verilməlidir. Əks təqdirdə tərəflər bundan dolayı məsuliyyət daşıyacaqlar. Ancaq Moskva və Kiyev hələ ki, belə bir addım atmayıb. Təbii ki, bunun da siyasi səbəbləri var. Ola bilsin ki, hər iki tərəfi qane etməyən məqamlar var. Rusiya separatçılara silahlı dəstək verir, Ukrayna da heç bir halda atəşkəsin yaranmasını istəmir. Baxın, ATƏT-in faktaraşdırma missiyası Dağlıq Qarabağ məsələsi ilə bağlı işləyir və indiyə qədər onlar hər hansı bir xəsarətə məruz qalmayıblar. Ermənistan hər nə qədər Dağlıq Qarabağın müstəqil olduğunu desə də, danışıqlarda özü çıxış edir. Rusiya isə Novorossiya üzərində nəzarətinin olmadığını bildirir. Ukrayna da haqlı olaraq qaşı tərəfin Rusiya olduğunu vurğulayır. Rusiya atəşkəsin imzalanmasında tərəf kimi çıxış etsə də, hər vəchlə məsuliyyəti üzərindən atmağa cəhd edir. Bəlkə də Ukraynanın çəkindiyi məqam budur.

- Ümumiyyətlə, bu məsələ beynəlxalq hüquqla necə tənzimlənə bilər?

- Kerç boğazı Azov dənizinin Qara dənizlə birləşməsini təmin edir. Əvvəllər Azov dənizi SSRİ-nin daxili sularına aid idi. Ancaq SSRİ dağıldıqdan sonra Azov dənizi daxili sulara aid statusunu itirdi. Hazırda isə Azov dənizinin sol tərəfi Ukraynaya, sağ tərəfi isə Rusiyaya məxsusdur. Lakin beynəlxalq dəniz hüququnda daxili sular statusu var ki, buraya göl, dəniz və çayın töküldüyü yer aid ola bilər. Azov dənizinin bu statusunu itirməsi o deməkdir ki, əgər Rusiya Krımı işğal etməsəydi də, Kerç boğazını beynəlxalq gəmilərə açmalı idi. Təbii ki, belə olan halda söhbət mülki gəmilərdən gedir. Yəni mülki gəmilərin tranzit keçidi hüququ var. İşin pis tərəfi isə Kerç boğazının dar olmasındadır. Əgər boğaz geniş olsaydı, onun ortası açıq dəniz statusunda olacaqdı və oradan hərbi gəmilərlə bərabər, bütün gəmilər keçə biləcəkdi. Lakin Kerç boğazı nisbətən dar olduğuna görə hər iki sahildə Rusiyanın hegemonluğu altında olan torpaqlar daxilində yer alır. Ki, Rusiya Krımın da ona məxsus olduğunu iddia edir. Rusiya bildirir ki, Kerç boğazı onun ərazi suları olduğuna görə hərbi gəmilər icazəsiz oraya daxil ola bilməz. Ukrayna da etiraz edir ki, Krım əslində onun ərazisi sayılır və belə olan halda Kerç boğazını Rusiyanın daxili suları saymaq mümkün deyil. Əgər bir neçə yüz il əvvəldən Krım Rusiya ərazisi sayılsaydı, onda böyük ehtimalla, tərəflər həmin boğazların beynəlxalq gəmilərə açılması barədə müəyyən razılığa gələcəkdilər. Çünki dünya praktikasına görə beynəlxalq boğazlar müxtəlif dövlətlərin hərbi gəmilərinin daxil olmasına açıq olan boğazlardır – məsələn, İstanbul boğazı. Eyni rejim də böyük ehtimalla Kerç boğazına tətbiq edilərdi. Bu zaman Rusiyanın Kerç boğazını daxili suları sayması və Ukrayna hərbi gəmilərinin oradan keçməsini qadağan etməsi beynəlxalq hüquqa tamamilə zidd olardı.

- Bundan sonra nələr gözlənilir və Ukrayna belə bir vəziyyətdə necə addım atmalıdır?

- Poroşenko əslində Rusiyanın məqsədinin Ukraynada Gürcüstan ssenarisini təkrarlamaq olduğunu açıqladı. İnanıram ki, Rusiyanın həqiqi niyyəti elə məhz bundan ibarət idi. Yəni Rusiyanın təktərəfli qaydada sadəcə Kerç boğazını bağlaması Ukraynanı təhrik etməyə yönəlik bir addımdır. Əslində, dünən BMT TŞ toplanıb məsələni müzakirə etməli idi. Ancaq hələ də danışıqlara və hansı qərarı aldıqlarına dair ictimaiyyətə açıqlama verməyiblər. Belə bir vəziyyətdə NATO-nun Ukraynaya dəstək verməsi zəruridir. Çünki Rusiya açıq şəkildə Ukraynanı təxribata çəkir. Burada günah NATO ölkələrindədir, çünki indiyə kimi Krım məsələsində passiv mövqedə dayanıblar. Buna görə də Rusiya daha da irəli addım atmaq istəyir. Əslində, Türkiyənin NATO-ya dəstək verməsi yaxşı olardı. Yəni Türkiyə Kerç böhranı qarşılığında türk boğazlarını rus gəmilərinə bağlaya bilər. Çünki Rusiya ABŞ gəmilərinin də Qara dənizə girməsinə qətiyyətlə qarşıdır. Əslində, ABŞ gəmiləri Qara dənizə girib-çıxsalar da, orada uzun müddət qala bilmirlər. Mondros müqaviləsinə görə, Qara dənizə sahili olmayan dövlətlərin burada hərbi gəmilər saxlaması qadağandır. Gürcüstan müharibəsində də Rusiya ABŞ gəmilərinin Qara dənizində çox qalmasına etiraz edirdi. Bu rejimin qaldırılması məsələsi gündəmə gətirilə bilər. Madam ki, Rusiya Qara dənizdə belə təhlükə mühiti yaradır, o zaman türk boğazlarından istifadə məsələsinə qarşı da müəyyən addım atmaq olar. Ancaq Türkiyənin bu məsələdə NATO-ya dəstək verəcəyinə inanmıram. Bu, sadəcə, başqa bir variantda mümkün ola bilər. Belə ki, Türkiyə Qara dənizə giriş-çıxışın yenidən tənzimlənməsini gündəmə gətirməklə bunu edə bilər. Hər halda NATO ölkələrinin bundan sonra necə addım atacağını gözləmək maraqlı olardı. Hesab edirəm ki, bütün hallarda Rusiyanın bu addımı Ukraynanın NATO-ya daha çox inteqrasiya etməsinə səbəb olacaq. Halbuki Moskvanın tam olaraq da istəmədiyi nəticə məhz bu idi. NATO ölkələri indi Ukraynaya daha ciddi dəstək verməyə məcbur olacaqlar.

- Sizcə, hadisə zamanı ilk atəşi kim açıb?

- Rusiyanın Ukrayna gəmisinə ilk atəş açdığı şübhəsizdir və bu, kadrlardan da görünür. Çünki boğazı keçən Ukrayna tərəfi, bunun qarşısını almaq istəyən isə Rusiyadır. Belə olan halda Ukrayna niyə atəş açsın ki?! Adətən atəşi cəhdin qarşısını almaq istəyən tərəf açır.

- Onda belə çıxır ki, faktaraşdırma missiyasına ehtiyac qalmır?

- Atəşi ilk kimin açdığını gəmilərin həcmindən də anlamaq mümkündür. Görüntülərdən də görünür ki, Rusiya gəmiləri böyük, Ukrayna gəmiləri daha kiçikdir. Poroşenko da qeyd edib ki, Ukrayna gəmiləri qarşı tərəfə cavab verib. O, bu fikrində tamamilə haqlıdır. Kiçik Ukrayna gəmilərinin ilk olaraq atəş atmağa cəhd etmələri olduqca absurddur. Bu mənada sözügedən missiyanın araşdırmalarına heç ehtiyac da qalmır. Ukrayna səmalarında Malayziya hava yollarına aid təyyarə vurulan zaman beynəlxalq ekspertlərin Rusiyanın ələ keçirdiyi təyyarə qalıqlarına nəsə etdiyinə dair müəmmaları var idi. Aydındır ki, Rusiya missiyanın faktı müəyyən edə bilməməsi üçün sübutları yox etmişdi. Bu məsələ də missiyanın işini çətinləşdirə bilər. Zənnimcə, Kerç böhranını sözügedən missiya olmadan, yəni beynəlxalq hüququn tətbiq edilməsi yolu ilə də çözmək olar.

13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım

Xəbər lenti