![]() |
|
ABŞ-ın YPG terror qruplaşmasını dəstəkləməsini anlamırıq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
“Kürd qruplaşmalarına yardım etmək və İŞİD-lə mübarizə bəhanəsi ilə ABŞ və koalisiyaya daxil olan ölkələrin Suriyada hərbi varlığını anlaya bilmirik. Çünki ABŞ il yarım əvvəl “İŞİD-i məhv etmək üçün 6 ay lazımdır” demişdi. Bunu bir ilə uzatdı. İndi isə “İŞİD-i yox etmədən çıxamayacağıq” deyirlər. Suriya-İraq sərhədində 1500-ə qədər İŞİD-çi qalıb. Bunu hazırda 60 minlik kürd qruplaşmalarla (YPG) müqayisə edə bilərsiniz. ABŞ Suriyada hərbi varlığını davam etdirmək üçün bu kartdan istifadə edir”, - deyə diplomat bildirib.