Birləşmiş müxalifət öz planlarını elan etməyənə qədər Mixail Saakaşvilinin aksiyalarla bağlı çağırışı bir şəxsin şəxsi fikri olaraq qalacaq.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda birləşmiş müxalifətin vahid namizədi olan Qriqol Vaşadze deyib.

“Kollektiv qəbul olunmayan və bizim seçki qərargahımızdakı bu kürsüdən elan edilməyən bütün fikirlər bir şəxsin fikri olaraq qalacaq”, - Vaşadze seçki qərargahında təşkil edilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, 28 noyabrda Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Bülletenlərin 70 faizi sayıldıqdan sonra hakim Gürcü Arzusunun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,01 faizlə liderlik edir. Müxalifətin vahid namizədi Qriqol Vaşadze isə 40,99 faiz səs toplayıb.

Mərkəzi Seçki Komissiyası səslərin dəyişəcəyini bildirsə də, qalan bülletenlərin hazırkı mənzərəyə təsir etməyəcəyini deyib.

Mixail Saakaşvili isə seçki saxtakarlığını əsas gətirərək, sosial şəbəkədəki hesabından xalqı itaətsizliyə və müddətsiz dinc aksiyalara səsləyib. O, hansı yolla olursa-olsun, vətənə qayıdacağını da bildirib.

13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım

Xəbər lenti