![]() |
|
Rusiya Krıma “Pantsir-S” zenit raket komplekslərini yerləşdirməklə Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə sistemini gücləndirib.
Axar.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən informasiya yayılıb.
“Hərbi dairənin yenidənqurma proqramı çərçivəsində 2018-ci ilin oktyabrında ən yeni HHM kompleksləri Cənub Hərbi Dairəsinin zenit-raket birləşmələrinin silahlanmasına qəbul edilib”, - bildirilib.
Həştərxan əyalətindəki Kapustin Yar poliqonunda isə “Pantsir-S” sistemlərinin iştirakı ilə döyüş atışları icra edilib.
Qeyd edək ki, ötən gün Rusiya ordusu Ukrayna ilə sərhədə daha bir S-400 divizionu yerləşdirmişdi.