![]() |
|
Gürcüstan qərbyönümlü siyasətini saxlamaq şərtilə müəyyən korrektələrə gedə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov Gürcüstandakı son prezident seçkilərinə münasibət bildirərkən deyib.
“Gürcüstanın siyasəti prezidentdən asılı deyil. Çünki bu ölkədə prezident daha çox rəmzi xarakter daşıyan fiqurdur və geniş səlahiyyətləri yoxdur. Ancaq son seçkilərdən sonra Gürcüstan qərbyönümlü siyasətini saxlamaq şərtilə müəyyən korrektələrə gedə bilər. Belə ki, Gürcüstan sabiq baş nazir Georgi Kvirikaşvilinin vaxtında ABŞ-a bağlı idisə, Salome Zurabişvili dönəmində istiqamət daha çox Avropaya, xüsusilə də Fransaya doğru olacaq. Bəlkə də bu, müəyyən mənada Rusiya üçün məqbul ola bilər. Ancaq Putinin bu məsələlərdə hansısa bir rolunun olacağını düşünmürəm”, - deputat bildirib.
R.Musabəyov Saakaşvilinin Gürcüstanda məğlubiyyətinin Rusiyanın qələbəsi kimi qələmə verilməsini tamamilə yersiz sayıb:
“Çünki seçkilərdə keçmiş prezident Mixail Saakaşvili deyil, onun partiyasından olan Qriqol Vaşadze iştirak edirdi. Bəli, Saakaşvilinin partiyası və dəstəklədiyi namizəd ikinci turda məğlub oldu. Ancaq bu, heç bir halda Moskvanın üstünlüyü kimi qiymətləndirilə bilməz”.