![]() |
|
11:10
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşməsilə bağlı məlumatın yalan olduğunu bilib.
Axar.az xəbər verir ki, o, Modern.az-a açıqlamasında hazırda deputatla görüşdə olduğunu bildirib.
“Bu dəqiqə iclas gedir, camaatın qarşısında sizinlə danışıram. Onu kim yazıbsa, şou axtarır. Tamamilə yalan məlumatdır”.
Qeyd edək ki, məlumatı Report yayıb. Bildirilib ki, rayonun Heydər Əliyev küçəsində içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu "Toyota" markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn VAZ-21099 markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.