Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsində 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

 

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, R.Usubov insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edib, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə başçısının daim nəzarətində olduğunu vurğulayıb.

Sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində hesabat dövründə görülən işlər, əldə olunan nəticələr və xidməti fəaliyyətdə yol verilən nöqsanlar barədə məruzə ilə çıxış edib.

General-polkovnik Ramil Usubov əməliyyat müşavirəsinə yekun vuraraq görülən işləri ümumən müsbət dəyərləndirib.

O, “Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ilin 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası istiqamətində zəruri tədbirlərin görülməsini də tələb edib, tapşırıq və tövsiyələrini verib.

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti