![]() |
|
Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefini oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Kult.az xəbər verir ki, Novxanı bələdiyyəsindən Report-a həmin şəxsin qəsəbədə yaşayan Emin Məmmədov olduğunu bildiriblər.
Qeyd edək ki, Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev ötən gün Cəbhə.info-ya açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindəki barelyefin bələdiyyə tərəfindən çıxarıldığını, təmir olunduqdan sonra yerinə qaytarılacağını açıqlamışdı.