Azərbaycan İranla əlaqələrini daha da genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz hücum taktikasını davam etdirir:

"Bu taktikada regional aktorların iştirakı çox mühüm əhəmiyyət kəsb edir. Bu aktorların ən mühümlərindən biri məhz İrandır. Azərbaycanla İran arasında çox mühüm strateji əhəmiyyət kəsb edən əlaqələr var. Bunun səbəblərindən biri də İranda əhalinin əksəriyyətinin azərbaycanlı olmasıdır. Bu haqda İranın Xarici İşlər naziri Cavad Zərif də Türkiyə, Azərbaycan XİN rəhbərləri ilə ötən ilin oktyabr ayında üçtərəfli görüşündə öz fikirlərini bir daha diqqətə çatdırmışdı”.

Politoloq qeyd edib ki, Azərbaycanda səfərdə olan İranın Baş Qərargah rəisi general-leytenant Baqeri İranın Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab etdiyini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladı:

"Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər. Regionda baş verən hər hansı problemin qarşısının alınmasında Azərbaycan və İran çox mühüm addımlar atır. İran tərəfi 8 illik müharibənin nə olduğunu yaxşı bilir. Müharibənin iqtisadi, siyasi, genefond cəhətdən hansı problemlərə gətirib çıxartdığını onlar da başa düşür. Məhz buna görə də Azərbaycanı beynəlxalq platformalarda da dəstəkləyirlər".

Politoloq vurğulayıb ki, ölkə başçısının həyata keçirdiyi balanslı siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub:

"Diplomatik səylərin əsasında həm də Ermənistanın təcrid olunması siyasəti durur. Bu gün İran və Azərbaycan arasında hərbi, siyasi, iqtisadi baxımdan yaxınlaşmalar var. Bakı-Astara-Rəşt dəmiryolunun çəkilişi ilə bağlı mühüm əhəmiyyət kəsb edən addımlar atılır. Bakı-Astara xətti 1-2 ilə tam gücü ilə işləyəcək. Eyni zamanda Şimal-Cənub dəhlizinə İranın da qoşulma ehtimalı var. Bütün bu proseslərə baxanda İranın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən strateji partnyor olduğunu söyləmək yerinə düşər. Bu münasibətlərin inkişafından Dağlıq Qarabağ probleminin həllində istifadə etmək lazımdır. Bu istiqamətdə işlər görülür".

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti