13:02

Son aylar gedən proses, bir neçə saat davam edən görüşlər göstərir ki, ciddi müzakirələr aparılır və konkret layihə üzərində “bazarlıq” gedir. Bu layihə danışıqlar masasındadır.

 

Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində erməniyönlü rus politoloq Stanislav Tarasov deyib.

“İlham Əliyev sevincli görünür, Paşinyan isə məzlumdur. Paşinyan dəfələrlə Qarabağın danışıqlarda tərəf kimi göstərilməsindən danışıb, ancaq bunun üçün heç bir addım atılmayıb. Bu, o deməkdir ki, İlham Əliyev hazırkı mərhələdə qələbə qazanır. Onlar hazırda etibar mexanizmlərindən danışırlar.

İstənilən ciddi, savadlı konfliktoloq bunu sizin üçün aydınlaşdıra bilər, hətta Beynəlxalq Münasibətlər fakültəsinin ikinci kurs tələbəsi sizə deyə bilər ki, münaqişələrin həlli prosesində tərəflər etibar mexanizmlərinin hazırlanmasından danışmağa başlayırlar, sülhdən yalnız müəyyən mərhələdə, daha doğrusu, üçüncü və ya dördüncü mərhələdə danışırlar.

İndi onlar üçüncü-dördüncü mərhələdən danışırlar, birinci mərhələni isə aydınlatmırlar. Qarabağsız münaqişənin həll edilməyəcəyini düşünən erməni politoloqlar və romantik ekspertlər görməlidir ki, bu, mümkündür”, – deyə o bildirib.

Tarasov iyun ayında Paşinyanla Əliyevin razılaşma imzalayacağını və bir neçə işğal edilmiş rayonun Azərbaycana qaytarılacağını vurğulayıb. Ekspertin sözlərinə görə, bundan sonra Ermənistan-Türkiyə protokolları Türkiyə parlamentinə qaytarılacaq və sənəd ratifikasiya ediləcək, diplomatik əlaqələr qurulacaq. Onun sözlərinə görə, İrəvan Azərbaycana torpaqların qaytarılmasından bəhs etməsəydi, Əliyev heç vaxt Paşinyanla söhbət etməzdi.

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti