Əgər Ermənistanda baş verən bu faciəvi hadisə Azərbaycanda olsaydı, bütün Avropanı əhatə edən təşkilatlar dərhal ölkəmizə qarşı bəyanatlarla çıxış edər və açıqlamalar verərdilər.

Bu sözləri Axar.az-a beynəlxalq təşkilatların Ermənistanda partiya sədri və jurnalist Mqer Yegiazaryanın 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölməsinə heç bir reaksiya verməməsinə münasibət bildirən millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili vurğulayıb ki, bu, Avropa təşkilatlarında və Avropanı əhatə edən beynəlxalq təşkilatlarda ikili standartların bir göstəricisidir:

“Avropa Şurası, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanı təmsil edən nümayəndə heyəti olaraq hər zaman ikili standartlar məsələsini qabardırıq və beynəlxalq təşkilatları buna son qoymağa çağırırıq. Beynəlxalq təşkilatların Ermənistanda partiya sədrinin, jurnalistin 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölməsinə heç bir reaksiya verməməsi bir daha ikili standartların göstəricisidir. Əgər Ermənistanda baş verən bu faciəvi hadisə Azərbaycanda olsaydı, bütün Avropanı əhatə edən təşkilatlar dərhal ölkəmizə qarşı bəyanatlarla çıxış edər və açıqlamalar verərdilər. Ancaq təəssüf ki, Ermənistanda baş verən bu dəhşətli hadisə ilə bağlı həmin təşkilatlardan hər hansı sərt bəyanatları görə bilmirik. Avropa təşkilatlarının Ermənistana yanaşması hər zaman belə olub”.

Millət vəkili bildirib ki, Avropa təşkilatları Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bugünə qədər hər hansı bir addım atmayıb:

“1 milyon insanı evindən köçkün salan, Xocalı soyqırımını törədən, Azərbaycan torpaqlarında dəhşətli vandalizm aktlarını həyata keçirən işğalçı Ermənistana qarşı heç bir addım atılmır. Bu təşkilatlar qəbul etdikləri qərar və qətnamələrin həyata keçməsi üçün işğalçıya qarşı hər hansı təsir mexanizmlərə əl atmırlar. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri olaraq hər zaman bunu açıq şəkildə bəyan edirik və ikili yanaşmanın Avropanın özü üçün də müsbət bir şey vəd etmədiyini vurğulayırıq. Azərbaycanda hər kiçik məsələni qabardaraq və onu qeyri-dəqiq məlumatlarla şişirdərək ölkəmizə qarşı yalan, böhtan və təzyiq mexanizmlərinə əl atırlar. Ermənistana gəlincə isə hər zaman susurlar. Ona görə də beynəlxalq təşkilatlarda təmsil olunduğumuz zaman bir daha bu məsələni diqqətə çatdırıb, ikili standartların nə qədər açıq göründüyünü ifadə edəcəyik”.

Qeyd edək ki, Ermənistanda dekabrın 5-dən aclıq aksiyası keçirən Mqer Yegiazaryan 26 yanvarda səhhətində yaranan problem səbəbindən ölüb. Onun aclıq aksiyasına səbəb Nikol Paşinyan hakimiyyəti tərəfindən “dələduzluq” ittihamı ilə həbs edilməsi və bütün şikayətlərinə rəğmən hüquqlarının təmin edilməməsi idi. Bildirilir ki, Yegiazaryan “inqilaba” dəstək vermədiyi və rəhbəri olduğu saytda tənqidi məqalələr yayımladığı üçün Paşinyan hakimiyyəti tərəfindən cəzalandırılaraq, türməyə salınmışdı.

Yegiazaryanın aclıq aksiyasının nəticəsində ölməyinə baxmayaraq, Avropanın müvafiq qurumları adekvat reaksiya göstərmirlər. Halbuki Azərbaycanda Mehman Hüseynovun bir günlük aclıq aksiyasına Avropa Parlamenti qətnamə çıxarmaqla reaksiya vermişdi.

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti