İndiyə qədər regionların sosial-iqtisadi inkişafı ilə bağlı icra olunan hər üç proqram Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi inkişafına böyük dəyişikliklər və inkişaf gətirib.

Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlhanm Əliyevin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqini şərh edən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib. Millət vəkili Azərbaycanın son 15 il ərzində çox uğurla inkişaf etdiyini qeyd edib:

“Bütövlükdə indiyə qədər regionların sosial-iqtisadi inkişafı ilə bağlı icra olunan hər üç proqram Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi inkişafına böyük dəyişikliklər gətirib. 2004-cü illə müqayisədə bu gün artıq yeni bir Azərbaycan formalaşıb. Bu illər ərzində ölkəmizdə 15 min kilometrə yaxın avtomobil yolu tikilib. 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir ki, bu da ölkəmizi daha irəliyə aparacaq. Regionların qazlaşdırılması 50 faizdən 95 faizə qalxıb, içməli su, kanalizasiya xidmətləri və enerji təminatı ilə bağlı məsələlər həllini tapıb. Bundan başqa, ölkənin hər bir nöqtəsi müasir elektron-rabitə xidməti sisteminə keçib. Ən əsası isə son 15 ildə Azərbaycanın sənaye potensialı 2,6, valyuta ehtiyatları isə 24 dəfə artıb. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanda regionların ümumi vəziyyəti artıq inkişaf etmiş ölkələrin səviyyəsinə çatır”.

Millət vəkili bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü proqramın həyata keçirilməsinə artıq start verilib:

“Belə ki, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. Bu il ən azı 5000 məcburi köçkün ailəsi üçün evlər tikiləcək və 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Regionların inkişafı ilə bağlı dördüncü proqramın başa çatdırılması və müəyyən olunacaq hədəflərin icrası Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil edəcək”.

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti