![]() |
|
Ermənistan Baş nazirinin Aparatında diaspor işləri üzrə xüsusi təyinatlı səfir olacaq.
Axar.az xəbər verir ki, bunu Kölndə erməni icmasıyla görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, bu səfirin İrəvanın diaspor ilə bağlı siyasətini kurasiya edəcəyini bildirib.
Qeyd edək ki, Paşinyan bundan öncə Diapor Nazirliyini ləğv edəcəyini bildirib. Paşinyanın bu addımı erməni diasporunda kəskin narazılığa səbəb olub.