20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkar, separatçı Mixail Avaqyana abidə ucaldılıb. Belə bir şəxsə Gürcüstanda abidə qoyulması Gürcüstanda yaşayan azərbaycanlılar, eyni zamanda Azərbaycan dövləti tərəfindən etirazla qarşılanıb. Bu gün isə Gürcüstanda yaşayan soydaşlarımızın həmin büstün götürülməsi üçün aksiya keçirəcəyi bildirilir.

Məsələ ilə bağlı Axar.az-a danışan politoloq Arzu Nağıyev bildirib ki, Gürcüstan dövləti bəzi məsələlərdə Azərbaycana qarşı qeyri-adekvat addımlar atmağa başlayıb:

“Gürcüstan Azərbaycanla strateji partnyordur, ölkələrimiz arasında qlobal problem yoxdur. Lakin buna baxmayaraq, orada yaşayan azərbaycanlılara qarşı dövlət tərəfindən müəyyən qeyri-adekvat addımlar atılır. Bu, həm dini baxımdan, həm də digər istiqamətlərdə özünü hiss etdirir. Torpaq islahatı, Borçalı əhalisinin dini etiqadı ilə bağlı çox mühüm məsələlər var ki, oradakı soydaşlarımıza çətinliklər yaradılır. Belə məsələlərdə də hiss olunur ki, Gürcüstanda yaşayan azərbaycanlı soydaşlarımıza qarşı xoşagəlməyən addımlar atılır”.

Politoloq son vaxtlar Gürcüstanda erməni caniyə heykəlin yerli özünüidarəetmə orqanları tərəfindən qoyulduğu və bunun Tiflisə aid olmadığı fikrinə münasibət bildirib:

“Gürcüstan hakimiyyətinin bu məsələdən tamamilə xəbərsiz olması mümkünsüzdür. Əgər qoyulubsa da, bu, azərbaycanlıların mənəviyyatına və heysiyyatına toxunan məsələdir. Bunun qarşısını almaq üçün Gürcüstan hökuməti tam şəkildə adekvat addım atmalıdır. Gürcüstan Avropaya inteqrasiya istiqamətində müəyyən addımlar atır, hər bir millətin öz müqəddəratını təyin etmək prinsipindən çıxış edir, lakin elə həssas məsələlər var ki, bu zaman bu prinsipləri tapdalayır. Məhz Gürcüstanda yaşayan azərbaycanlıların mitinqləri təşkil olunsa, Gürcüstan hakimiyyəti bunun qarşısını almaq iqtidarında olmaya da bilər. Bu gün müxtəlif etnik qurumların, eyni zamanda azərbaycanlılar və digərlərinin Gürcüstan hakimiyyətinə qarşı çıxışlar etməsi Gürcüstana lazım deyil. Yəni tam şəkildə subyektiv fikrimdir ki, Gürcüstan hakimiyyəti bunun qarşısını almalıdır. Gürcüstandakı müxtəlif qurumlara qarşı Azərbaycan şirkətlərinin - SOCAR-ın, Akkord Şirkətlər Qrupunun və s. güzəştlərinin müqabilində bu cür qeyri-adekvat addımlar qəbuledilməzdir. Enerji təhlükəsizliyinə təhdidin qarşısının alınması ilə bağlı biz strateji əməkdaşlıq edirik, qonşuluq əlaqələrinə malikik”.

Politoloq erməni caniyə qoyulan büstün mütləq götürülməli olduğunu vurğulayıb:

“Rusiyada yaşayan bəzi azərbaycanlılar Gürcüstandakı soydaşlarımızın muxtariyyətlərini elan edəcəkləri və s. kimi xəbərləri ortaya atsa da, bu cür iddiaların əsası yoxdur. Bu, qonşuluq münasibətlərinə uyğun deyil. Ancaq Tiflis nə yolla olur-olsun, bu büstü götürməlidir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə Gürcüstanda erməni caniyə heykəlin ermənilərin kompakt yaşadığı bölgədə qoyulduğunu, qərarı yerli bələdiyyənin verdiyini bildirib:

“Çünki orada yaşayan ermənilər həm dil öyrənir, həm siyasətə qarışır, həm də lazım gəlsə, Rusiyanın istəyi ilə aranı qarışdırırlar. Gürcüstanda güclü yerli özünüidarəetmə institutları var, prezident səlahiyyətsiz və təmsilçi rolundadır, mərkəzi hökumət isə yerli bələdiyyənin qanunauyğun (burası çox vacibdir) verdiyi qərarı ləğv edə bilmir”.

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti