ABŞ prinsip etibarilə İraqdan uzaqlaşmaq fikrində deyil,

sadəcə olaraq, bəzi səlahiyyətlərini bölgədəki müttəfiqlərinə həvalə etmək istəyir.

Bunu son zamanlar ABŞ-la İraq arasında yaşanan gərginliklə bağlı bəzi suallara aydınlıq gətirən politoloq Tofiq Abbasov deyib.

“ABŞ-ın müttəfiqləri reallıqda bir o qədər də təpərli siyasət yeridə bilmirlər, çünki onların döyüş qabiliyyəti aşağı səviyyədədir. Digər tərəfdən, bu dövlətlər arasındakı münasibətlərdə müəyyən ziddiyyətlər var. Belə ki, ABŞ neçə illərdir bu koalisiyaya Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya və hətta Misiri də qatmaqla “Ərəb NATO-su” yaratmağa çalışır, ancaq nəticə əldə edə bilmir. Çünki əvvəla, bu bölgə çox mürəkkəbdir və orada məzhəb problemləri, dövlətlərin bir-birinə qarşı ərazi iddiaları, hətta İŞİD-ə qarşı münasibətdə müəyyən haçalanmalar baş alıb gedir. Mövcud xaotik vəziyyət durulmaqdansa, getdikcə daha da kəskinləşir. Buna görə də ABŞ guya İraqdan uzaqlaşmaq istədiyini göstərməyə çalışır”, - politoloq bildirib.

T.Abbasovun sözlərinə görə, İraqda əksəriyyət şiə məzhəbinə qulluq etdiyindən onlar daha çox İranı özlərinə müttəfiq görürlər:

“ABŞ İsrail və bir sıra digər ölkələrin qüvvələri ilə birgə antiiran qütbü yaratmağa çalışsa da, bu plan reallaşmadı. Beləliklə, Vaşinqtonun qarşıya qoyduqları məqsədlərin bir çoxu yarımçıq qaldı. Hesab edirəm ki, İran yaranmış bu boşluqdan maksimum istifadə etməyə çalışacaq. Bu mənada ABŞ-İran gərginliyi uzunmüddətli olacaq. Fikir verirsinizsə, Rusiya və Türkiyə bu prosesə çox müdaxilə etmir, əksinə, özlərini bu qarşıdurmadan sığortalamağa çalışırlar. Bu yaxınlarda Rusiya, Türkiyə və İran rəhbərləri görüşəcəklər. Liderlər üzərlərinə düşən müəyyən öhdəlikləri yerinə yetirməyə cəhd göstərirlər. Ümumiyyətlə, ABŞ qətiyyətli hücum mövqeyinə keçməyə hazır deyil və bunu heç nəzərdən də keçirmir. Bu mənada İraq və Suriyadakı daxili vəziyyətin, həmçinin İsrail-Suriya münasibətlərinin taleyi yaxın gələcəkdə bəlli olacaq. Böyük sürətlə olmasa da, aram-aram transformasiyalar baş verəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti İraqdan İrana nəzarət üçün istifadə etdiklərini açıqlayıb. Bu isə İran-İraq münasibətlərində ciddi gərginlik yaradıb. İraq öz ərazisindən İrana qarşı hərbi məqsədlər üçün istifadəyə heç bir halda izn verməyəcəyini bildirib, iraqlı millət vəkilləri isə ABŞ-ın ölkədəki varlığına son qoymağı nəzərdə tutan qanun layihəsi hazırlamaq qərarına gəlib.

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti