![]() |
|
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə Vladimir Putinin qərarı ilə mühafizə təyin olunub.
Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Yanukoviç Rusiya prezidentinin göstərişi ilə qorunur”, - Peskov bildirib.
Onun sözlərinə görə, bununla bağlı fərman Yanukoviçin dövlət başçısı kimi Rusiyaya səfəri zamanı imzalanıb.