![]() |
|
Vaşinqton dünyada tam hərbi üstünlük qazanmaq istəyir. Məhz buna görə, o, yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxıb.
Axar.az xəbər verir ki, bu sözlər SSRİ-nin son prezidenti Mixail Qorbaçovun “Vedomosti” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, razılaşma Rusiyanın təhlükəsizliyinə və onun sərhədləri yaxınlığında raketlər peyda olmamasına xidmət edirdi. O, Trampın bu razılaşmadan imtinasının dünyada strateji situasiyanı destabilizasiyaya, yeni silahlanma yarışına və dünya siyasətində qeyri-müəyyənliyə gətirib çıxaracağını bildirib.