![]() |
|
14:03
ABŞ Dövlət Departamenti Ermənistanın Suriyadakı missiyasını dəstəkləmir.
Axar.az xəbər verir ki, bunu bəyanatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb.
“Dövlət Departamenti üçüncü ölkələrin Suriyaya humanitar situasiyaya reaksiya vermək istəklərini anlayışla qarşılayır. Digər tərəfdən biz Suriya Silahlı Qüvvələri ilə həm mülki, həm də hərbi məqsədlər üçün əməkdaşlığı dəstəkləmirik. Biz həmçinin Ermənistan və Rusiyanın bu missiyanın icrası üçün əməkdaşlığını da dəstəkləmirik”, – deyə o bildirib.
Səfirlik həmçinin Rusiya hökumətinin Bəşər Əsəd hakimiyyəti ilə qarşılıqlı fəaliyyətinin humanitar fəlakətə səbəb olduğunu və Kremlin Əsəd rejiminin vəhşiliyini müdafiə etməyə davam etdiyi vurğulanıb.