![]() |
|
İsraillə münasibətləri normaya salacaq sonuncu dövlət olarıq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Küveyt Xarici İşlər nazirinin müavini Xalid əl-Carullah çıxış edib.
Varşavada keçirilən sammitdə İsrail Baş naziri Benyamin Netanyahu ilə Küveyt rəsmisinin bir fotoda yer almasına münasibət bildirən Carullah Küveytin mövqeyinin dəyişmədiyini bəyan edib:
"Dəvət Polşa və ABŞ-dan gəldi. Küveyt orada iştirak edən ölkələr arasında ən aşağı səviyyədə təmsil olundu. Fələstin məsələsi və sülh danışıqlarına dair proseslərin müzakirə olunduğu bir mühitdən bizim kənar qalmağımız mümkün deyil. Bizim belə bir konfransa qatılmağımız məsələyə olan həssaslığımızı göstərir".