![]() |
|
Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş Komitəsinin sədri Leonid Kalaşnikov Ermənistana gəlib.
Axar.az xəbər verir ki, o, bu gün Ermənistan parlamentinin Avrasiya İnteqrasiyası və Regional Məsələlər Komissiyasının sədri Mikayıl Melkumyanla görüşüb. Görüşdə əsas müzakirə mövzusu ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlarda əməkdaşlığın gücləndirilməsi məsələsi olub.
Melkumyan görüş zamanı həmçinin Ermənistan, İran, Gürcüstan və Rusiya arasındakı enerji dəhlizi çərçivəsində qarşılıqlı fəaliyyətin vacib olduğunu bildirib.