![]() |
|
Rusiya suriyalı qaçqınların məskunlaşdığı Rukban düşərgəsinə müntəzəm yardımları davam etdirməlidir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino deyib.
O bildirib ki, BMT və Suriya Qızıl Aypara Cəmiyyəti 40 mindən çox insan üçün yardım gətirib:
“Yardım diqqətlə bölüşdürülüb və ehtiyacı olan hər kəsə bu yardımlar edilməlidir”.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Lavrov Rukbandakı qaçqınları oradan çıxarmağın vaxtı çatdığını, amma ABŞ-ın buna mane olduğunu açıqlamışdı.