![]() |
|
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə SPA nəşri informasiya yayıb.
Məlumata görə Misirdə keçirilən AB-Ərəb dövlətləri zirvəsi çərçivəsində bu ölkəyə səfər edən kral Misir lideri ilə söhbətdən qısa müddət sonra vacib qərar qəbul edib.
Kral ölkəsindəki misirli məhkumlarla bağlı əfv fərmanı imzalayıb.
Fərmanın ümumilikdə neçə məhkuma şamil olunacağı açıqlanmayıb.