Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 yaşı tamam olur.

Kult.az xatırladır ki, Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək, peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edib. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb və Suraxanıda maşınqayırma zavodunda işləyib.

Qarabağ müharibəsi başlayarkən Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini bildirməsi ailəsində ani çaşqınlıq yaradıb. Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və buna görə onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsalar da, Aqarunov cəbhəyə yollanıb.

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan “fəxri” erməni bayrağı verilmişdi. Bu tankın komandiri Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd etdiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan maşının kabinəsində məhv edilir.

O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını sıradan çıxarmağa nail olub. Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.

Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxan zaman erməni snayperinin gülləsinə tuş gəlib.

Albert Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.

2010-cu ildə “Salnamə” sənədli filmlər studiyası “Qarabağ qəhramanları” silsiləsindən onun haqda “Dostuma məktub” filmi, 2017-ci ildə isə “Yaşadığım torpaq” sənədli filmi çəkilib.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. 2016-cı ildə isə o, “Həzi Alanov” ordeni ilə təltif edilib.

15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib

Xəbər lenti