Avropa Parlamentinə keçirilən seçki başa çatıb.

Axar.az xəbər verir ki, bu dəfəki seçkilər bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, 1994-cü ildən bu yana ilk dəfə seçki aktivliyi ən yüksək həddə (1994-cü ildə 56% - red.) olub. Ümumilikdə seçki aktivliyi bütün Avropa üzrə 50,5% təşkil edib. Bu, sonuncu Avroparlament seçkisindən 7,8% çoxdur.

Ən yüksək aktivlik yenə Belçikada (89%), ən aşağı aktivlik isə Slovakiyada (22,74%) yaşanıb. Bununla belə slovaklar öz nəticələrini xeyli yaxşılaşdıra biliblər. Belə ki, 2014-cü ildə bu ölkədə keçirilən Avropa Parlamenti seçkisində seçici aktivliyi cəmi 13% təşkil edib.

Avroparlament belə bölüşdürüləcək

Avropa Parlamentinə seçkinin nəticələri bir sıra yeniliklərə də səbəb olub. Bu dəfə baş tutan seçkidə Avropa Parlamentində əsas hökmranlıq edən sağ mərkəzçi Avropa Xalq Partiyası və Sosialistlər və Demokratların Proqressiv Alyansı mövqe itiriblər. Avropa Xalq Partiyası bu dəfə əlində 217 mandatdan 179-nu, Sosialist və Demokratlar isə 186 mandatdan 150-sini qoruyub saxlaya bilib.

Solda qərarlaşan GUE/NGL səs itkisi ilə üzləşib. Onların mandat sayı 52-dən 38-ə düşüb. Avroskeptik və konfederatlardan təşkil edilən Avropa Mühafizəkarlar və İslahatçılar Partiyası da ciddi səs itkisiylə üzləşib. Belə ki, partiyanın Avropa Parlamentində mandat sayı 76-dan 58-ə düşüb.

İki partiyanın səs itkisində digər Avroparlament partiyaları yararlanıblar. Belə ki, yaşıllar - Avropa Azad Alyansı kreslo sayını 52-dən 70-ə, Avropa üçün Liberal və Demokratların Alyansı (ALDE) 68-dən 107-yə, populistlərdən ibarət Müstəqil Demokratik Avropa 41-dən 56-ya, ifrat sağçı millətçilərdən ibarət Millətlər və Müstəqillik Avropası isə 37-dən 58-ə çatdırıb.

Separatçılar Avroparlamentdə

Daha bir maraqlı məqam Kataloniya hökumətinin keçmiş rəhbəri Karlos Puçdemonun Avropa Parlamentinə deputat seçilməsi olub. Belə ki, Puçdemon Kataloniyanın Avropa üçün Azadlar Koalisiyasından Avroparlamentə üzv seçilib. Puçdemonla bərabər Kataloniya parlamentinin keçmiş üzvü, Madridin axtarışa verdiyi Toni Komin də Avroparlamentə düşüb.

Avroparlamentə ümumilikdə koalisiyadan 2 deputat seçilib. İspaniyanın bu qanunverici orqanda ümumi mandat sayı 54 nəfər təşkil edib. Ölkə üzrə seçkidə əsas üstünlüyü İspaniya Sosialist İşçi Partiyası əldə edib. Partiya 54 yerdən 20-nə sahib çıxıb. Ondan sonrakı yerdə Xalq Partiyası (12) və sağçı VOX Partiyası (3) qərarlaşıb. Sağçılar Avropa Parlamentində ilk dəfə özlərinə yer ediblər.

Sağçıların triumfu

İspaniyadan fərqli olaraq, İtaliya, Fransa, Britaniya, Belçika, Avstriyada daha çox sağ partiyalar liderliyi əldə ediblər. İtaliyada sağçılar ümumi səslərin 31%-ni, Belçikada 54%-ni, Britaniyada 31,71%-ni, Fransada 23,31%-ni toplayıb.

Avstriyanın Azadlıq Partiyası seçkidən öncə böyük skandala məruz qalsa da, səs itkisiylə üzləşməyib. Nəticədə partiya yenə 18% səs toplayıb.

Yunanıstanda isə Baş nazir Aleksis Çipras özünün radikal sol SİRİZA koalisiyasının məğlubiyyətindən sonra növbədənkənar iclas elan edib. Buna səbəb mühafizəkar Yeni Demokratiya Partiyasının səslərin 33,27%-ni toplaması olub.

Almaniyada hakim koalisiya seçkidə qalib gəlsə də, o, tarixinin ən pis göstəricisini toplayıb. Belə ki, partiya cəmi 28% səs toplayıb ki, bu da 2014-cü ilə nisbətdə 7% geriləmə deməkdir.

15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib

Xəbər lenti