baki-moskva-reysi-gecikir

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan J2-059 nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

sabah-pensiyalar-odenilecek

Sabah Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

Bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.



Beynəlxalq reytinq agentliyi “Moody’s” “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) uzunmüddətli korporativ ailə reytinqini (CFR) B1-dən Ba3 səviyyəsinə yüksəldib.

“Yol-xeber.az” xəbər verir ki, ADY-nin 2024-cü ili əhatə edən fəaliyyəti dövrü ərzində sərnişindaşıma, təhlükəsizlik və dayanıqlı inkişaf istiqamətlərindəki müsbət dəyişikliklər “Moody’s” agentliyi tərəfindən kredit reytinqinin verilməsində əsas təsiredici amillər kimi rol oynayıb.

“Moody’s”in hesabatında ADY-nin gəlirlərinin illər üzrə stabil artımı, maliyyə və iqtisadi göstəricilərinin yaxşılaşması, yükdaşıma həcmlərinin artması, xüsusilə tranzit rejimində yükdaşımaların artırılması istiqamətində ölkə və dəmiryol hədəflərinin olması göstərilib. Bundan əlavə, ADY-nin ölkənin sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyəti vurğulanıb. Həmçinin ADY-nin gəlirlərinin artması fonunda maliyyə əmsallarının 2024–2025-ci illər üzrə bir neçə dəfə yaxşılaşması qeyd olunub.

Reytinqin yüksəldilməsinin digər əsas səbəbləri kimi ADY-nin borcunun əhəmiyyətli dərəcədə azalması, kredit göstəriciləri və kredit profilinin yaxşılaşması ilə əlaqədar maliyyə göstəricilərindəki müsbət tendensiya, həmçinin şirkətin davamlı inkişafı üçün əsaslı təməl yaradılması göstərilib.

Rəqabətqabiliyyətinin yaxşılaşdırılması və potensial inkişafa nail olmaq üçün ADY-nin ciddi islahatlar aparması, investisiya proqramlarının icrası nəticəsində həm infrastrukturun, həm də hərəkət tərkibinin yenilənməsi prosesinin həyata keçirilməsi, Bakı–Tbilisi–Qars dəmiryol xəttinin modernləşdirilməsi layihəsinin yekunlaşması və yük buraxıcılıq qabiliyyətinin il ərzində 1 milyon tondan 5 milyon tona çatdırılması hesabatda qeyd olunan əsas məqamlardandır.

Hesabatda maliyyə və likvidlik göstəricilərinin yaxşılaşmasının ADY-nin  yeni investisiya layihələri hesabına gələcəkdə gəlirlərinin daha da artırılmasına və davamlı inkişafın təmin edilməsinə yeni imkanlar yaradacağı qeyd edilir. Likvidlik göstəricilərinin yaxşılaşması ADY-nin maliyyə öhdəliklərinin icrası zamanı hər hansı çətinliyinin olmayacağı barədə əminlik yaradır.

Reytinqin yüksəldilməsi ADY-nin maliyyə etibarlılığını artırır və sabit gəlirliliyi ifadə edir. Bu isə bankların və investorların şirkətə daha aşağı faizlə kredit verməsinə imkan yaradır.

Yüksəlmiş reytinq təchizatçılar və biznes müştərilər üçün də maliyyə sabitliyi və ödəniş qabiliyyəti baxımından pozitiv siqnaldır. Bu, daha sərfəli əməkdaşlıq şərtlərinə yol aça bilər.

Bundan başqa, yüksək kredit reytinqi ADY-nin əməliyyatlarının daha səmərəli həyata keçirilməsinə şərait yaradır, eləcə də ADY-nin ictimai nüfuzunu və beynəlxalq imicini gücləndirir. Bu, şirkətin beynəlxalq layihələrdə və əməkdaşlıqda daha fəal iştirak etməsinə və strateji tərəfdaşlıqlar qurmasına imkan verir.

Kredit reytinqinin artırılması nəticəsində ADY-nin maliyyə imkanlarının genişlənməsi, əməliyyat səmərəliliyinin yüksəlməsi və beynəlxalq nüfuzunun güclənməsi ümumilikdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verəcək.

leyla-ve-arzu-eliyevalar-onkologiya-merkezinde

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar.

 L.Əliyeva bununla bağlı instaqram hesabında paylaşım edib.

Sözügedən paylaşımı təqdim edirik:

 

 















 
Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA

"Qanunvericiliyə edilən son dəyişikliklərdən sonra kimlərə pulsuz mənzillərin verilməsi ilə bağlı bizə xeyili suallar ünvanlanmaqdadır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları və Nazirlər Kabinetinin qərarları ilə bəzi vətəndaşlarımızın dövlətdən pulsuz mənzil almaq hüquqları var".

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib:

"Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri dövlət büdcəsi hesabına mənzil ilə təmin olunurlar. Eyni zamanda, 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. Yəni, gözdən əlilliyi olan vətəndaşlarmız və eləcə də valdeyinlərini itirmiş uşaqlar üçün də pulsuz mənzil təminatı həyata keçirilir".

Deputatın sözlərinə görə, qanunvericiliyə əsasən, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri üçün bu imtiyaz nəzərdə tutulub:

"Pulsuz mənzil almaq üçün hansı sənədlər təqdim olunmalıdır?

Qeyd edilən imtiyazlı kateqoriyaya uyğun vətəndaşlarımız pulsuz mənzil almaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri;

2. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətlərində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;

3. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış;

4. mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti;

5. əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti;

6. Qeydiyyatda olduğu ünvandan arayış (Forma-2, evin kimə məxsus olması barədə sənədin surəti);

7. faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti);

8. ailə vəziyyəti ilə bağlı digər sənədlər.

Yuxarıda göstərilən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər".



ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib.
“Yol-xeber.az” xəbər verir ki,  8-ci Bakı Marafonunda dəmiryolçular da #Küləyəqalibgəl şüarı ilə 21 km məsafəyə meydan oxuyub və medallar qazanıblar!
Küləyə qalib gəlmiş hər bir iştirakçını təbrik edir və uğurlar arzulayırıq!


ADY konteyner daşımalarını 50%-dən çox artırıb.
“Yol-xeber.az” xəbər verir ki,  2025-ci ilin birinci rübündə 40 807 TEU konteyner yük daşınıb.
Bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisinə nisbətən 14 129 TEU və ya 53% çoxdur.
Sabahdan məktəb və müəllim seçimi başlayır

Sabahdan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlayır.

2025-2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://mektebeqebul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilib.

Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-sı saat 15:00-da, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə 6 may saat 11:00-da start veriləcək.

Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi

"Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən, dərman vasitələrinin dövlət qeydiyyatı məqsədilə aparılan ixtisaslaşdırılmış ekspertizanın müddəti 90 təqvim gününədək azaldılıb".

Bu fikirləri Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.

Onun sözlərinə görə, qanuna yeni maddə əlavə edilərək xarici qeydiyyatın tanınması üzrə prosedur müəyyən olunub.

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakının bir çox yollarında tıxac müşahidə edilir.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Xəbər lenti