Bakı Kitab Mərkəzində şəkil qadağası

Bakı Kitab Mərkəzində şəkil çəkdirməyə məhdudiyyətlər qoyulub.Bununla bağlı məlumatı oxucular sosial şəbəkədə paylaşıb. Qeyd olunub ki, artıq Kitab Mərkəzində şəkil çəkdirməyə bəzi qadağalar tətbiq olunur.

Kitab evindən bildirilib ki, həqiqətən də hazırda şəkillə bağlı bəzi məhdudiyyətlər var. Belə ki, Mərkəz Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərdiyi üçün bundan sonra aparatla şəkil və ya video çəkmək istəyən şəxslər əvvəlcə Fonda müraciət edib icazə almalıdır.

Həmçinin, telefonla çəkilmiş fotoları sadəcə şəxsi hesabda paylaşmaq olar. Reklam xarakterli paylaşımlar üçün isə icazə verilmir.

 

Qısacası, hazırda Mərkəzdə telefonla selfi edə və ya şəkil çəkdirə bilərsiniz. Ancaq kamera ilə hər hansı bir çəkiliş icazəsiz baş tuta bilməz. 


Göy göldə yeni xidmət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Göygöl Milli Parkına motorlu qayıq gətirilib.

 

Bu barədə Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və turizm üzrə direktor müavini Fuad Quliyev məlumat verib.
 
Bildirilib ki, ilin bütün fəsillərində, xüsusən də yay mövsümündə on minlərlə yerli və xarici turist dağlar qoynuna sığınan, yamyaşıl meşələrlə əhatə olunan Göygölün füsunkar təbiətini seyr etməyə gəlir. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygölün ekosistemini qorumaqla yanaşı, milli parka gələnlərin istirahətini daha yadda qalan etmək üçün turistlərin motorlu qayıq vasitəsi ilə müəyyən olunmuş marşrut üzrə istirahət etməsini məqbul sayıb.
 
Fuad Quliyev deyib ki, yaxın vaxtlarda istifadəyə veriləcək motorlu qayıq bir dəfəyə 12 nəfər götürə bilir.


Xəzərdə 1 nəfər batdı
16.09.2018 | 17:49
Oxunma sayı: 930

 

 Xəzər dənizində 1 nəfər batıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batdığı ehtimal olunur.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

 

Naxçıvanda 12 müəllimə fəxri ad verildi

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  Vasif Talıbov sentyabrın 14-də “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamla Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Babayeva Şərafət Akif qızına, Cəfərova Tərifə Abdulla qızına, Əhmədova Zəhra Yusif qızına, Əliyeva Mənsumə Hacı qızına, Əliyeva Samirə Vaqif qızına, Hacıyeva Hicran Firudin qızına, Həsənova Turan Vaqif qızına, İsgəndərova Xanım İboş qızına, Mehdiyeva Məhəbbəd Sultan qızına, Məmmədov Mayis Əli oğluna, Məmmədova Südabə Nəriman qızına, Novruzova Kəmalə Məsmalı qızına “Əməkdar müəllim” fəxri adı verilib.

 

Azərbaycanda Bilik Günü qeyd olunur

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.

 2018-2019-cu tədris ilində 165 780 şagird 1-ci sinfə gedəcək. Ümumtəhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı nəzərdə tutulur.

Bu il respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə müvafiq işlər aparılıb.

 

Yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 442 147 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379 şagird təhsil alacaq.
Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.

Yeni dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir.

Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib.


Siyəzəndəki yanğın söndürülüb

Siyəzən rayonunun Zarat kəndində bələdiyyəyə məxsus ərazidə 100 hektar sahədə kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Yaxınlıqdakı meşə zolağı və tikililər yanğından mühafizə edilib.

 

Yanğın söndürülüb.

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun səhhətində ciddi problem yaranıb.

Ardını oxu...

2019-cu ildə keçirilməsi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları attestat alanların sayına müsbət təsir göstərəcək. Əvvəlki illərlə müqayisədə indi daha çox şagird orta məktəbi bitirmək haqqında sənəd əldə edəcək.

Ardını oxu...

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

Ardını oxu...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.

Ardını oxu...

Xəbər lenti