![]() |
|
Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ümumilikdə 83 nəfər əcnəbi saxlanılıb.
DMX-dən verilən məlumata görə, saxlanılmış şəxslərdən 11-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 6-nın gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olduqları, 1-nin əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq girişinə məhdudiyyət qoyulduğu, lakin əcnəbinin bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olduğu, digər 65 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 65-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirir.
Son zamanlar aqrokimyəvi maddələrin idxalı ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinə baxmayaraq, bəzi sahibkarlıq subyektləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada sınaqları aparılmayan, qeydiyyatdan keçməyən və mənşəyi məlum olmayan bir sıra aqrokimyəvi maddələrin (pestisidlər, herbisidlər, funqisitlər, insektisidlər, defoliantantlar, akarisidlər və gübrələr) ölkəyə idxalı cəhdləri müşahidə olunmaqdadır.
Qida Təhlükəsizliyi Agentliyindən Axar.az-a bildirilib ki, bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır və yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilən preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış, etiketləşdirilmiş pestisidlər və gübrələrin idxalına icazə verilir.
Agentlik xəbərdarlıq edərək vurğulayıb ki, qeydiyyatdan keçməmiş bu cür aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalına cəhd edən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.
Prezident İlham Əliyev 2018/2019-cu tədris ilində Azərbaycan ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş tələbələrə Prezident təqaüdü verilib.
Həmin tələbələr aşağıdakılardır:
Ərşad Hüseynov: “Azəbaycanda nəqliyyat qurumlarına tövsiyə olunub ki, nəqliyyat vasitələrini sıxılmış qaz sisteminə keçirsinlər”