![]() |
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutub.
Bu barədə DSMF məlumat yayıb.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
İstanbul üçün qar xəbərdarlığı edilib.
Türkiyədə hava anidən dəyişəcək.
Meteoroloqlar bildiriblər ki, Bazar ertəsindən Cümə gününə qədər havada ciddi temperatur enişi olacaq. Xəbərdarlığa görə bəzi ərazilərdə qar, sulu qar yağacaq.
Bəzi bölgələrdə temperatur ötən həftəyə nisbətən təxminən 10 dərəcə enəcək.
Qeyd edək ki, Bakıda da temperatur yaxın günlərdə xeyli düşəcək.Milli.Az.
Mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması müəyyən hüquqi və administrativ səbəblərə əsaslanır. Bu proses müxtəlif hallarda və qaydalara uyğun olaraq həyata keçirilə bilər. Qeydiyyatdan çıxarılma şəxsin həmin mənzildə artıq yaşamadığı, ya da başqa bir səbəbə görə bu vəziyyətin dəyişdiyi hallarda mümkündür.
Mənzildə qeydiyyatda olan şəxsləri qeydiyyatdan hansı hallarda çıxarmaq olar ?
Məsələ ilə bağlı Milli.Az-a vəkil Nurlan Səfərov açıqlama verib.
O bildirib ki, bu məsələ ilə bağlı praktika da iki hal mövcuddur ki, vətəndaşlar bir çox hallarda məhkəmə aiddiyyatının düzgün seçimində və ya işin mahiyyəti üzrə səhvə yol verə bilirlər.
"Birinci hal ondan ibarətdir ki, əgər mənzildə qeydiyyatda olan şəxslər mənzil mülkiyyətçisinin yaxın qohumlarıdırsa, məsələn ər-arvad, valideynlər və uşaqlardırsa bu kimi hallarda mənzildən istifadə hüququna bazar qiymətinə uyğun kopensasiyanin ödənilməsi şərti ilə xitam verilə bilər. İkinci hal isə vətəndaşların ev alqı satqısı və ya mənzilin bağışlanması zamanı daha çox rastlaşdığı problemlərdən biridir".
Vəkil onu da qeyd edib ki, ev alqı satqısı zamanı aydın olur ki mənzildə mülkiyyətçinin tanımadığı və heçbir əlaqəsi olamayan şəxslər qeydiyyatdadırlar. Belə olan halda qeydiyyatda olan şəxslərin razılığı olmadan ev alqı-satqısı prosesini həyata keçirmək. Bu kimi hallarda vətəndaşlar qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı rayon polis idarəsinə və inzibati məhkəməyə müraciət edərək qeydiyyatda olan şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edə bilər.
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Bakı metropoliteninin "28 May" stansiyasında kəsişərək birləşən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi Bakının nəqliyyat sisteminin infrastruktur və mobillik layihələrinin icrası və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Yol-xeber.az xəbər verir ki, layihənin əsas tərkib hissələrindən biri kimi, "Dərnəgül" elektrik deposunun inşası bərpa olunur.
Elektrik depolarının ən əsas vəzifəsi müstəqil fəaliyyət göstərməli olan xətlərin etibarlı və təhlükəsiz fəaliyyətini təmin etməkdir. Depo hərəkətin təşkili, vaqon parkına xidmət göstərilməsi, qatar tərkiblərinin saz vəziyətdə saxlanması, texniki xidmət və təmirin vaxtında keyfiyyəti icrasını və digər funksiyaları özündə birləşdirir.
Hazırda Qırmızı və Yaşıl xətlərin hər ikisinə "Nərimanov" elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir.
"Dərnəgül" elektrik deposunun ərazisi Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126-27-ci məhəlləsində ayrılmış 16,5 hektara yaxın torpaq sahəsində yerləşir. Deponun ərazisi dəmir yolu xəttinə çıxış sahəsi də daxil olmaqla hasarlanıb. Ərazinin fərqli və bəzi yerlərdə mürəkkəb relyefi nəzərə alınmaqla istinad divarlarının dəmir beton konstruksiyalarının tikintisi tamamlanıb. 3 nəzarət-buraxılış məntəqəsindən 2-si tam hazırdır. Depoların ən mühüm tələbi olan səthin hamarlanması işləri yerinə yetirilib. Ərazidə 7-mərtəbəli inzibati bina və 2-mərtəbəli istehsalat emalatxanalarının tikinti-quraşdırma işləri başa çatdırılıb.
Ərazidə 500 kubmetrlik 2 yanğın və 100 kubmetrlik içməli su anbarları, həmçinin xidməti və texniki otaqların tikintisi tamamlanıb. Dartı-alçaldıcı elektrik yarımstansiyasının və iki qazanxana binasından birinin inşa işləri qismən tamamlanıb.
Təməl qazıntı və konstruktiv elementləri əvvəlki dövrdən hazır olan qatarların dayanma-təmir sahəsində hərəkətinin təşkili və idarə edilməsi mərkəzi, vaqonların əsaslı təmiri, təkəryonma, təkər cütlərinin diaqnostikası, vaqonyuma və üfürmə sahələri, həmçinin dönmə dairəsi inşa ediləcək.
Depoda rels-qaynaq sexi, qazanxanalar, nasosxanalar, müxtəlif növ yağıntılar, işlənmiş mayelər üçün axar və çənlərin, habelə təmizləyici qurğuların və digər mühüm obyektlərin inşası da nəzərdə tutulub. Burada işçilərin əmək şəraitinin və asudə vaxtlarının səmərəli təşkili üçün lazım olan bütün infrastruktur yaradılacaq. Avtodayanacaq, söhbətgahlar, idman meydançası, istirahət guşələri ilə yanaşı, depo layihəsinə yaşıllıqlar və parkların salınması da daxildir. Ərazinin ekoloji layihələri çərçivəsində 1000-ə yaxın ağac əkiləcək, çəmənlik zonaları yaradılacaq.
Depo ərazisində inşa ediləcək yerüstü platforma yaxınlıqda yaşayan sakinlərin metrodan daha səmərəli və rahat istifadəsinə imkan verəcək. Burada platformanı keçidlə birləşdirən tunel və gözləmə zalı, açıq hava şəraitinin təsirlərindən mühafizə və xidməti infrastruktur inşa olunacaq.
Hazırda layihələrin son tamamlanması, ekspertizadan keçirilməsi, habelə inşaat və infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.
Bəzi gözəllik salonları təkcə saç və dırnaq baxımı üçün yox, həm də müxtəlif kosmetoloji prosedurlar üçün şərait yaradır.
Xəzər TV məlumat verir ki, sosial şəbəkələrdəki elanlardan məlum olur ki, belə salonlarda müxtəlif dəri təmizləmə və pilinq, dərinin alt qatlarına vitaminlər, minerallar və digər faydalı maddələrin yeridilməsi ilə aparılan mezoterapiya, botoks və dolğu, eyni zamanda, lazer epilyasiyası kimi kosmetoloji xidmətlər həyata keçirilir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, gözəllik salonları tibb müəssisələrindəki sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.
Keçirilən yoxlamalar zamanı aşkar edilmiş qanunsuz tibbi fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir.