İyunda ardıcıl 4 gün iş olmayacaq

İyun ayında qeyri-iş günlərinin sayı məlum olub.

qafqazinfo xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.

Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda qeyri-iş günlərinin sayı 13 gün təşkil edəcək.

Vətəndaşların “BakıKart”dakı balansı bərpa olunub

“BakıKart” mobil tətbiqində yaranmış nasazlıq artıq aradan qaldırılıb, vətəndaşların balansı bərpa olunub.

Problem mobil tətbiqin yenilənmiş versiyada istifadəyə verilməsindən sonra həll edilib.

Xatırladaq ki, bu problem ötən ilin avqust ayından yaranmışdı.

“BakıKart” Bakıda və ətraf ərazilərdə ictimai nəqliyyatdan istifadə üçün nəzərdə tutulub. Onun mobil tətbiqi vətəndaşlara balanslarını idarə etməyə və kartla ödəniş etməyə imkan verir.



Bakı metropoliteni Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və bayram günləri üzrə metropolitenin hərəkət qrafikində dəyişiklik olunub.
Martın 20-21-də saat 07:00-dan 21:00-dək “Əhmədli - 28 May” istiqamətində qatarlar 2,5 dəqiqəlik intervalla hərəkət edəcək. Ayın 22-dən 31-dək, Ramazan bayramı günləri də daxil olmaqla həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.
Yol-xeber.az" xəbər verir ki, Xətlərin birləşdiyi “28 May” stansiyasından sonra - “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkəti qeyd edilən tarixlər üzrə müəyyən edilmiş intervaldan iki dəfə artıq olacaq. 
“Bakmil” istiqaməti və əksinə hərəkət edən sərnişinlər isə metrodan martın 20-21-də şənbə günü, ayın 22-31-də isə bazar günü qrafiki üzrə istifadə edə biləcəklər.
Sərnişin axınının tənzimlənməsi məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranarsa, xəttə buraxılacaq.
Stansiyalarda növbətçilik cədvəli tərtib olunmaqla əlavə nəzarət mexanizmləri tətbiq ediləcək.
Bu ölkədə hepatit A-ya yoluxanların sayı artır - Həkimlər həyəcan təbili çalır

Çexiyalı mütəxəssislər ölkədə hepatit A-ya yoluxanların sayında artım qeydə alıblar.

Bu barədə Dövlət İctimai Səhiyyə İnstitutundan məlumat verilib.

Bildirlib ki, 2025-ci ildə respublikada yoluxucu sarılıq və "çirkli əllər xəstəliyi" kimi tanınan bu virus xəstəliyinin 320 halı qeydə alınıb. Bu rəqəm 2024-cü ildə hepatit A diaqnozu qoyulanların ümumi sayının yarıdan çoxunu təşkil edir. Həkimlər vətəndaşlara təcili xəstəxanaya müraciət etməyi tövsiyə edib.

2024-cü ildə isə Çexiyada hepatit A-ya yoluxmuş 636 vətəndaş qeydə alınıb. Xəstəlik onlardan ikisinin ölümünə səbəb olub.

Bundan əlavə çex həkimlərinin fikrincə, hepatit A növü başqa ölkələrdə də yayılır. Virus yayılmağa davamlıdır. Xəstəliyin inkubasiya dövrü 50 günə qədər davam edir. Xəstəlik tez-tez simptomlar olmadan davam edir və yalnız həkimlər tərəfindən təyin olunan testlərlə aşkar edilə bilər.

Hərbçilərlə bağlı məcəlləyə dəyişiklik edildi

Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə:

- yəni vətəndaşlar (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;

- hərbi vəzifəlilər (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;

- hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə otuz manat məbləğində cərimə edilir.

Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişib.

Bununla bağlı Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən, təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq. Başqa sözlə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.

Birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əməkhaqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əməkhaqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda, mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.

Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə Qanunda müvafiq dəyişiklik edilməsi ilə bağlı sözügedən layihə hazırlanıb.

Xatırlada ki, sözügedən dəyişiklik Milli Məclisin martın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib.

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

“Global Media Group” və “Baku TV" AZAL-ın qəzaya uğrayan təyyarəsi haqqında sənədli film hazırlayıb - VİDEO

“Global Media Group” və “Baku TV" ötən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsi haqqında sənədli film hazırlayıb.

 “J2-8243: Son uçuş” adlı sənədli film ümumilikdə dörd hissədən ibarətdir.

Filmdə qəza nəticəsində həlak olanların, sağ qalanların və onlara yardım edənlərin həyat hekayəsindən bəhs olunur.

Ekran işinin “Biri var idi, biri yox” adlı ilk hissəsində təyyarə qəzası zamanı yüksək peşəkarlıq nümayiş etdirərək qəhrəmancasına həlak olan baş pilot İqor Kşnyakin, köməkçi pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın ailə üzvləri onlar barəsində xatirələrini bölüşüblər.

Ekipaj üzvlərinin ailəsi Milli qəhrəmanların yüksək peşəkarlıqları və işlərinə olan sevgiləri barədə fikirlərini ifadə ediblər.

“Hər şey yaxşı olacaq” adlanan növbəti hissədə isə ekipaj üzvlərinin yüksək peşəkarlığı sayəsində sağ qalan sərnişinlərin bir qismi və ekipaj üzvləri Zülfüqar Əsədov danışıb.

Sənədli filmin üçüncü hissəsi olan “Aktau”da isə qəzadan dərhal sonra hadisə yerinə gələn Qazaxıstandan olan köməkçi qrup üzvləri, jurnalistlər və qəza şahidləri fikirlərini bölüşüblər.

“Necə oldu?” adlı dördüncü hissədə qəzanın baş verməsindən sonra olan hadisələrin ümumi təfərrüatı və Prezident İlham Əliyevin Rusiya səfərini yarımçıq saxlayaraq ölkəyə qayıtması, dərhal müşavirə keçirməsi və digər detallar barədə məlumat verilib. Bu hissədə ekspert və politoloqlar, eləcə də AZAL-ın əməkdaşları qəza barəsində danışıblar.

Ekran işində həmçinin qəzadan sonra həlak olan və sağ qalan ekipaj üzvlərinin Prezident İlham Əliyevin Sərəncamı ilə yüksək səviyyədə təltif edilməsi, sağ qalan sərnişinlərə peşəkar tibbi xidmətin göstərilməsi və dövlət qayğısı xüsusilə qeyd olunub.

Müsahiblər buna görə Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlıq ifadə ediblər.

Sənədli filmin sonunda qəzanın dəqiq səbəbləri ilə bağlı araşdırmanın davam etdiyi və rəsmi açıqlamanın hələlik verilmədiyi vurğulanıb.

Qeyd edək ki, sənədli filmin rəhbəri İman Məcidov, müəllifi və rejissoru Kübra Uygun Sertdağ, quruluşçu operatoru Bəhruz Abbasov, baş prodüseri isə Arzu Səfərovadır.

Novruz və Ramazan bayramları günlərində 501 yanğına çıxış olub

Novruz və Ramazan bayramları günlərində 501 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 501 yanğına çıxış, 40 köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 9-u azyaşlı olmaqla 53 nəfər xilas edilib, 28 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, 11 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

e-polisden-novbeti-yenilik

Vətəndaşlar şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi kimi Daxili İşlər Nazirliyinə aid ödənişləri bank növbəsi gözləmədən seçim edib həyata keçirə bilərlər.

“Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaş “E-Polis” mobil tətbiqə daxil olub “Ödənişlər” bölməsindən şəxsiyyət vəsiqəsi identifikasiya metodunu seçərək özü və ya başqa bir şəxs üçün ödəniş edə bilər: “Digər şəxs üçün ödəniş edərkən həmin vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edib müvafiq sənəd rüsumunun ödənişi üçün uyğun xidmət növünü seçməlisiniz. Kart məlumatlarını tam şəkildə daxil etdikdən sonra ödəniş uğurla həyata keçərsə, balansa aktiv məbləğ əlavə olunur və müraciətiniz üzrə həmin balansdakı məbləğdən istifadə edilir. Sənəd nömrəsi seçimində isə ödəniş etmədən yeni və ya dəyişdirmək istədiyiniz sənədlər üçün xüsusi kod təqdim olunur. Həmin kodu “Sənəd nömrəsi” hissəsinə əlavə edərək dövlət rüsumunu onlayn qaydada ödəyə bilərsiniz.

Şirkətlər isə öz VÖEN nömrələrini daxil edərək xidmətdən yararlana bilərlər”.

Xəbər lenti