“2020-ci il 27 sentyabr tarixindən etibarən ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin müraciətləri "YAŞAT" Fondu komandası tərəfindən toplanılıb sayta yerləşdirilir. Hazırda həmin müraciətlərin təmin edilməsi istiqamətində işlər davam etdirilir. Ona görə, hal-hazırda bu kateqoriyadan olan şəxslərin sayta müraciət etmələrinə zərurət yoxdur. Onlarla bağlı məsələyə birbaşa olaraq Fond tərəfindən baxılacaq”.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O, Birinci Qarabağ müharibəsi iştirakçılarına da müraciət edib: “Mart ayından etibarən Fonda müraciət etsinlər. Düşünürəm ki, bizim müraciətimizi müsbət qarşılayacaqlar. Eyni zamanda, 2021-ci ilin mart ayından etibarən 2020-ci il 27 sentyabr tarixindən əvvəlki dövrdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin və əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların da saytda qeydiyyatdan keçərək müraciətlərini yerləşdirmələri üçün imkan yaradılacaq".

Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.

Bildirilib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib. 

Məcburi köçkünlərdən evə qayıtmaları ilə bağlı suala səmimi cavab vermələri xahiş olunur. Ola bilsin ki, hansısa məcburi köçkün qayıtmaq istəməsin. Bu, onların seçimidir.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq məcburi köçkün statusunu itirilmiş olacaqlar: “Bu zaman məcburi köçkün və onlara bərabər olan şəxslərə şamil olunan imtiyazlar qüvvəsini itirəcək. Qanunvericilikdə bununla bağlı düzəlişlərin olacağı istisna deyil. Yeni reallıqlara əsasən, yeni qanunların qəbuluna ehtiyac ola bilər. Bununla bağlı təkliflər hazırlanır və iş gedir”.

“YAŞAT kart”la bağlı layihə düşünürük. Hər bir ailəyə bu kart veriləcək”.

 Report xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin kart ictimai iaşə obyektlərində və digər yerlərdə istifadə oluna biləcək: “Həmin kart vasitəsilə müəyyən güzəştlər tətbiq olunacaq”.

"Artıq bəzi itkin düşən şəxslər var ki, onların şəhidliyi təsdiq olunub. Digər itkin düşmüş şəxslərin isə sağ-salamat gəlməyini arzu edirik”.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ancaq itkin düşmüş şəxslər arasında şəhidliyi təsdiq olunan şəxslər də olarsa, "YAŞAT" Fondu tərəfindən onlara baş çəkiləcək.

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu "YAŞAT" Fondunda məsul vəzifəyə təyin olunub.

Azxeber.com məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, fondun 7 rəhbər işçisi təyin olunub: "Onlardan 3 nəfər Qarabağ qazisidir. Bir nəfər Milli Qəhrəman İlqar Mirzəyevin oğlu, bir  nəfər isə Qarabağ qazisi Kamil Musəvidir".

Bakı-Sumqayıt qatarı BU TARİXDƏ işləməyəcək 
Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 9 və 10 yanvar (şənbə və bazar) günləri hərəkətdə olmayacaq.


Bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, 11 yanvar tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq.
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti keçən il məcburi köçkünlər üçün inşa edilən mənzillər və yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib. Həmin mənzillər şəhid ailələrinə veriləcək”.

Bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.

O bildirib ki, söhbət 4 700-ə yaxın mənzilli qəsəbələrdən və yaşayış kompleksindən gedir:

“Həmin mənzillər Bakı, Sumqayıt, Abşeron, eləcə də Samux və Lənkəran rayonu ərazisində inşa olunub. Həmin mənzillər artıq istifadəyə hazırdır. Eyni zamanda evlər sosial texniki infrastrukturla təchiz edilib. Yəni mənzillər tam olaraq yaşam üçün hazır vəziyyətdədir”.

Sədr müavini qeyd edib ki, mənzillərin paylanma mexanizmi ƏƏSMN-in səlahiyyətindədir.

3 aydır ki, ailəsi Aydından xəbər ala bilmir...

25 yaşlı Aydın Feyzullayev də Vətən müharibəsində itkin düşənlərdən biridir. Bu barədə “Qafqazinfo”ya qəhrəmanın atası Zakir Feyzullayev məlumat verib.

Onun sözlərinə görə, oğlu sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlananda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilmirlər:

“Sentyabrın 27-dən hər gün mənimlə danışıb. Sonuncu dəfə sentyabrın 30-u səhər saat 10-a işləmiş zəng eləmişdi. Dedi ki, “ata hücuma keçirik, amma buradan sağ-salamat gəlmək çətin məsələdir”. O gedən getdi və o vaxtdan əlaqə saxlaya bilmədik. Oktyabrın 1-dən telefonuna zəng çatmadı”. 

Z. Feyzullayev deyir ki, oktyabrın 14-ü oğlunun dalınca Füzuliyə gedib, xidmət etdiyi hərbi hissəni, döyüşçü yoldaşlarını tapıb: 

“Döyüşçü yoldaşları dedilər ki, ermənilərlə 30-40 metr məsafədə 500-600 əsgər üzbəüz vuruşub. Aydın da yanlarında olub, sonradan ətrafa baxıblar ki, Aydın yoxdur. Hara yox olub bilinmir. Deyilənə görə həmin gün, həmin yerdə şəhidimiz olub. Danışdığım uşaqlar qayıdıblar, oğlum isə itkin düşüb. Həmin ərazilər azad ediləndən sonra döyüşçü yoldaşları şəhidlərimizin nəşini ərazidən çıxarıblar. 3-4 nəfər dostu bütün ərazini axtarıb, qamışlığa qədər baxıblar, Aydının nə ölüsünü, nə də dirisini tapa bilməyiblər”. 

Z. Feyzullayev deyir ki, Müdafiə Nazirliyinə, Hərbi Prokurorluğa, Səfərbərlik xidmətinə, Dövlət Təhlükəsizlik Xidmətinə oğlu ilə bağlı müraciət etsə də, ondan heç bir xəbər ala bilməyib. Əsgər atasına oğlunun əsir düşmə ehtimalının da olmadığı bildirilib. 

Qeyd edək ki, Müdafiə Nazirliyi hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin identifikasiyası üzrə işlərin davam etdirildiyini açıqlayıb. 

Gülnar Əliyeva

 


 
BNA əsassız qiymət artımı ilə bağlı sahibkarlara xəbərdarlıq etdi

Bakı Nəqliyyat Agentliyində (BNA) müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.

Bu barədə “Qafqazinfo”ya Agentlikdən məlumat verilib. Bildirilir ki, görüşdə dizel yanacağının qiymətinin tənzimlənməsi, son 5 ildə sərnişindaşıma sahəsində görülən işlər və nəzərdə tutulan məsələlər müzakirə olunub.

BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli xatırladıb ki, vətəndaşlara rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqətindədir. Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Müasir və komfortlu avtobuslar gətirilməklə avtobus parkının 40 %-i yenilənib.

O, dizel yanacağının qiymət artımı ilə bağlı məsələlərə toxunaraq bildirib ki, bununla əlaqədar daşıyıcılara müəyyən dəstək tədbirləri nəzərdə tutulub. Bu məqsədlə İqtisadiyyat Nazirliyi ilə birgə müvafiq təhlillər aparılır. Dəstək tədbirlərinin göstərilməsi bir daha dövlətin həm sahibkarlıq subyektlərinin, həm də gündəlik ictimai nəqliyyatdan istifadə edən əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinin qorunmasına verdiyi önəmi göstərir. Daşıyıcılara sui-istifadə və əsassız qiymət artımına yol verilməməsinə dair xəbərdarlıq olunub.

Görüşdə problemlər və qarşıda duran vəzifələrə də toxunulub. Qeyd olunub ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər. Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də “BakıKarta” keçid prosesini gecikdirmək məqsədilə süni narazlıqlar və problemlər yaradırlar. Bildirilib ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.
İdarə Heyətinin sədri gündəlik olaraq avtobusların qarajlardan çıxışına nəzarətin gücləndirilməsi, resyqabağı texniki və tibbi müayinə ilə bağlı monitorinqlərin aparılmasına dair tapşırıqlar verib.

Görüşdə pandemiya dövründə sərnişindaşımaların təşkilinə dair məsələlər də müzakirə olunub. Bildirilib ki, əhalinin xüsusi ilə həyat əhəmiyyətli sahələrdə çalışanların ictimai nəqliyyat tələbatını qarşılamaq üçün müntəzəm və ekspres xətlər üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin olunub. Davamlı əks-epidemik tədbirlər sayəsində sürücülər, dispetçerlər və qarajlarda çalışan texniki personal arasında kütləvi yoluxma halları müşahidə olunmayıb.

Xəbər lenti