“Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Biz də deyirdik ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Və müharibə dövründə dəfələrlə mən Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdim ki, Ermənistan tərəfi bizə tarix versin nə vaxt bizim torpaqlarımızdan onlar öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq, əks təqdirdə axıra qədər gedəcəyik. Və bunu etdik. Beləliklə, bizim şanlı qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Göstərdi ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər sülh yolu ilə bu məsələ öz həllini tapmasa, hərbi yolla biz bu məsələni həll edəcəyik. Və belə də oldu. Hərbi yolla, ondan sonra siyasi yolla məsələ həll olundu. Və tarixi ədalət bərpa edildi ”, - deyə Prezident əlavə edib.

Xəbər verdiyimiz kimi, Təhsil nazirliyində Emin Əmrullayevin keçmiş vəzifəsinə yeni təyinat olub.

Azərbaycan gənclərinin tanınmış simalarından olan Rüfət Əzizov Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 

Bəs Rüfət Əzizov kimdir?

 Təhsil nazirliyində yüksək vəzifəyə təyin edilən Rüfət Əzizov barədə dosyeni təqdim edirik:

Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız olaraq qəbul olmuş və 2003-cü ildə məzun olmuşdur.

Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini almışdır. 

2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olmuşdur (Chartered Scientist).

2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirmişdir. 

Əlavə olaraq, bir çox kurslarda və təlimlərdə iştirak etmişdir - onlardan Cornell Universiteti Ali İdarəetmə, George Washington Universiteti Layihələrin İdarə olunması və Oxford Universiteti Süni İntellekt Proqramını qeyd etmək olar.

Rüfət Əzizovun iş təcrübəsi  biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir. 

2 il (2003-2005) Lomonosov adına MDU-da elmi-işçı vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etmişdir.

8 il (2005 – 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışmışdır.

2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə "BP-də İlin Mühəndisi” Mükafatına layiq görülmüşdür. 

2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal - Prometal şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə etmişdir.

2019-cu ildə Earnst Young "İlin İş Adamı” müsabiqəsində Sosial Təsir nominasiyası üzrə qalib olmuşdur. 

Rüfət Əzizov həmçinin Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. 

Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir. 

"Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir. 

Müxtəlif illərdə təhsil və elmlə bağlı IJSO, ISEF və digər beynəlxalq yarışların juri üzvü qismində iştirak etmişdir.

Ailəlidir. 2 övladı var.

İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi, Azərbaycan ordusunun zəfər simvolu olan möhtəşəm Xarı bülbül Şuşa şəhərinin girişində torpağa sancıldı.


BİA.AZ xəbər verir ki, Şuşada Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etdiyi zaman qəhramanlıqla həlak olan əziz soydaşlarımızın müqəddəs ruhunu anmaq, onların qəhrəmanlıq hekayələrini gələcək nəsillərə ötürmək üçün anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan mədəniyyətinin tanınmış simaları xalq artistləri Alim Qasımov, Nürəddin Mehdixanlı, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Natiq Şirinov, Nəzakət Teymurova, əməkdar artistlər Sevda Ələkbərzadə, Rəşad Haşımov, Lamiyə Kərimova, Fərqanə Qasımova, Mehriban Zəki, gənc ifaçılar Mirələm Mirələmov, Murad Arif, Çingiz Mustafayev içtirak ediblər. Tədbir iştirakçıları Gövhər Ağa Məsçidini ziyarət edərək torpağlarımızı həyatı bahasına işğaldan azad edən şəhidlərimizin ruhuna dualar oxuyub əziz xatirələrini yad ediblər.

 Şəhidlərə həsr olunmuş bir neçə şeir səsləndirən Nurəddin Mehdixanlının gecəyə qatdığı ovqat Şuşada xidmət edən əskərlərimizin də ürəyincə olub. Qarabağ həsrətinin bitməsini tərənnüm edən Xarı Bülbülün emblemi tarixi ərazilərinə sahib çıxan Azərbaycanın rəmzi kimi Şuşanın girişində torpağa sancılıb. 

Azərbaycan Dövlət Televiziyası (AzTV) və “Fire Land” Prodakşnın birgə layihəsi olan bu ədəbi-bədii gecə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Qələbəmizə və Şəhidlərimizin əziz xatirəsinə həsr olunan silsilə layihələrdən biridir.

Bu layihə Fire Land Productionla, Aztv nin ilk layihəsi deyil. Yazıçılar birliyinin üzvü, nəğməkar şair Cəlal Qurbanovun müəllif olaraq imza atdığı və Fire Land Productionun həyata keçirdiyi layihələr Azərbaycanı və azərbaycançıllğı tərənnüm edir, həmrəyliyimizi və düşmən qarşısında səfərbər ola bilən millətimizi vəsf edir. Ard-arda həyata keçitdiyi layihələrə dövlət qurumları da dəstək verir.  Bu layihələr hər bir azərbaycanlının dilində olan Vətən duasını səsləndirir. Bunlardan 2013-cü ildə ASAN xidmətlə birlikdə Heydər Əliyev adına sarayda həyata keçirilən “Sən Azərbaycanlısan” (https://youtu.be/P5qpBZ4Md9s) və 2015 ci ildə “İlk Avropa Oyunları Qədim Bakı Torpağında”(https://youtu.be/ArIE3weRp24) layihələri, 2018-ci ildə baş tutan “Zəfərə Doğru” (https://youtu.be/5zSFEWIrkyc) möhtəşəm yürüş, 2018 ci ildə DTX mədəniyyət mərkəzində keçirilən və Azərbaycanın ümümdünya “Xocalıya Ədalət” (https://youtu.be/nlbwPuU8Lr8 ) kampaniyasına öz töhfəsini verən əbədi-bədii məclis, İctimai Televiziya və  Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Yaşa, yaşa, Azərbaycan”(https://youtu.be/XFCa1VirMmY) layihəsi, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə “Qarabağın səsi” layihəsi (https://youtu.be/jtTiEJj4GIs) adını çəkmək olar.

Fire Land Productionın vətənpərvərliyə köklənən hər bir layihəsi dünya azərbaycanlılarının vətən sevgisindən xəbər verir və davamlı olaraq milli mənəvi dəyərlırimizi təbliğ edir

"Ölkənin bəzi şəhər və rayonlarında 18 yanvara qədər davam edəcək sərt karantin rejiminin müddəti uzadılmaya bilər".

Bunu Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Musa Quliyev ''Xəzər Xəbər'' açıqlamasında deyib.

Onun sözlərinə görə, buna qarşıdakı 1 həftədən sonra qərar veriləcək.

Millət vəkili deyir ki, koronavirusla mübarizə artıq dünyada sonuncu mərhələdədir. Yəni vaksinasiya prosesi başlayıb və bununla da bu xəstəlik bütün dünyada dövri bir xəstəlik kimi qala bilər.

Millət vəkili könüllü əsasda dövlət tərəfindən pulsuz həyata keçiriləcək vaksinasiya prosesinə özəl sektorun da cəlb olunmasını təklif edir. Yəni bu işlə məşğul olacaq şirkətlər təsdiqlənmiş digər vaksinləri də gətirib, könüllü şəkildə istəyənlərə vura bilsin.

Millət vəkili hesab edir ki, həm insanlara, həm də özəl sektora bu imkan yaradılacaq.
 

Müdafiə Nazirliyi Zəngilan rayonundan videogörüntülər yayımlayıb. 

Həmin görüntüləri təqdim edirik:

2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

Qeyd edək ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - //e-telebe.edu.az/ portalı istifadəyə verilib.

Bakıda və Abşeron yarımadasında yanvarın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR

Qubadlı rayonunun qəhrəman polisləri:

Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Qubadlı rayonunun qəhrəman polisləri - FOTOLAR
Ali Məhkəmənin hakimi İnqilab Nəsirov 58 yaşında vəfat edib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, İ.Nəsirovun koronovirusdan öldüyü bildirilir.

Qeyd edək ki, İ.Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərindən olub.

 

 

 
 
 

Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür.

Ölümündən 83 il ötən Mikayıl Müşfiq həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub. Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa;

Burdaca el durub məndən sordu ki:

Gözdən yaş çıxarmı ürək yanmasa?

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.

Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Mikayıl Müşfiqin 100 və 110 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib, ölkəmizin hər guşəsində silsilə tədbirlər reallaşdırılıb.

Ruhun şad olsun, Müşfiq! Vaxtilə böyük uzaqgörənliklə “Oxu, tar!” harayı saldın. Bu gün ən qədim milli musiqi alətimiz nəinki bütün dünyada səslənir, hətta tar ifaçılıq sənətimiz daha uzağa gedərək UNESKO–nun Bəşəriyyətin Qeyri–maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Biz bir vaxtlar Mikayıl Müşfiqin təşnə olduğu bu uğura Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gərgin zəhməti, yorulmaz fəaliyyəti sayəsində çatmışıq.

Xəbər lenti