![]() |
|
Müdafiə Nazirliyi Qubadlı rayonunun Mahmudlu kəndindən videogörüntülər yayıb.
Görüntüləri təqdim edirik:
Azvision.az xəbər verir ki, ki, 23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat müddətində Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 427 hektar ərazini, 160,8 km yolu, 617 yaşayış binasını, o cümlədən 22 sosial əhəmiyyətli obyekti minalardan təmizləyib, 19,6 mindən çox partlayıcı zərərsizləşdirilib.
Aşkar edilmiş partlayıcı vasitələr və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları isə yerindəcə zərərsizləşdirilir.
"Ölkə.Az" xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-ya açıqlamasında bildirib ki, dünən Səbail rayon ərazisində bir qrup şəhid valideynləri ilə orada xidmətdə olan polis əməkdaşları arasında, çox təəssüf ki, xırda insident yaşanıb:
“Məsələ dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Hazırda bununla əlaqədar araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.
Bununla belə, həmin vaxt bir polis əməkdaşının işlətdiyi xoşagəlməz ifadəyə görə orada olan şəhid ailələrindən üzr istəyir və səbirli olmalarını xahiş edirəm.
Rəhbərliyin tapşırığına əsasən, nazirliyin əməkdaşları həmin şəhid ailələrinə baş çəkərək yerindəcə problemləri ilə maraqlanacaqlar”.
Qeyd edək ki, şəhid anası övladının Qaradağ rayonunda kənar bir qəbiristanlıqda dəfn olunmasına etiraz edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, möhtəşəm Zəfərimizin qəhrəmanları sırasında yer alan Nizami Hüseynli, Fərhad Allahverdizadə, Arzu Şükürov, Xəqani Hüseynov və Kamil Balakişiyev ordudan tərxis olunaraq mülki həyatlarına qayıdıblar.
“Qafqazinfo” xəbər verir ki, nazirliyin kollektivi iş yoldaşlarını böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamları ilə onlardan Nazirliyin Aparatının Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin baş məsləhətçisi, baş leytenant Nizami Hüseynli üç medalla - “İgidliyə görə” “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ordudan tərxis olunan əməkdaşlara tarixi Zəfərimizin qazanılması uğrunda hərbi əməliyyatlarda iştirak edərək göstərdikləri şücaətlərə görə təşəkkür edib, gələcək həyatlarında uğurlar arzulayıb.
Ümumilikdə, Nazirlik sistemindən 81 əməkdaş səfərbərlik əsasında İkinci Qarabağ müharibəsində iştirak edərək, tarixi Zəfərimizin qazanılmasına töhfələrini verib.
44 günlük Vətən müharibəsində itkin düşmüş Sabirabad rayonunun Poladtoğay kənd sakini Əhmədli Əhməd Anar oğlunun şəhid olması xəbəri gəlib.
Bu barədə “Qafqazinfo”ya Poladtoğay kəndinin də daxil olduğu Azadkənd bələdiyyəsinin sədri Amil Vəlişov məlumat verib.
Onun sözlərinə görə, ailəsi Əhməd Əhmədlidən 96 gün idi ki, xəbər ala bilmirdi.
Hazırda Ə. Əhmədlinin nəşi rayona gətirilir. Şəhidimiz bu gün doğulduğu kənddə torpağa tapşırılacaq.
Gülnar Əliyeva
Qlobal istiləşmə səbəbindən Xəzər dənizini genişmiqyaslı dayazlaşma təhlükəsi gözləyir. Su hövzəsinin həcmi davamlı olaraq azalır.
Almaniya və Niderland alimlərinin bununla bağlı tədqiqatı “Nature Communications Earth Environment” jurnalında dərc olunub. Alimlər güman edirlər ki, regionda temperaturun yüksəlməsi yerli əhali və təbiət üçün faciəvi nəticələrə gətirib çıxara bilər.
Beləliklə, Xəzər dənizi 2100-cü ildə üç dəfə kiçilə bilər.
Alimlər bunun əsas səbəblərindən birinin yağıntının illik miqdarının azalması olduğuna inanırlar. Bundan əlavə, dənizə axan suların əhəmiyyətli hissəsi suvarma üçün istifadə edilir.
Dənizin dayazlaşması Xəzər suitisinin nəslinin kəsilməsinə gətirib çıxara bilər. Artıq suitilərin sayı azalır.
Bu vəziyyət unikal deyil və postsovet məkanı ərazisində baş verib - Aral gölü praktiki cəhətdən belə yox olub.
Daha əvvəl AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzər dənizi dünya okeanı ilə birbaşa əlaqəsi olmayan, ondan təcrid edilmiş dəniz olduğundan səviyyəsinin mütəmadi dəyişməsi, yəni enib-qalxması təbii haldır.
2020-ci ildə ən çox müraciət olunan dövlət saytlarının siyahısı açıqlanıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən verilən məlumata əsasən, 2020-ci il üzrə dövlət orqanlarının rəsmi internet resursunlarından ən çox aşağıdakı domenlərə istifadəçi müraciətləri qeydə alınıb:
Dövlət orqanı rəsmi internet resursu - TOP 10
Toplam giriş sayına görə
1. sosial.gov.az
2. edu.gov.az
3. mod.gov.az
4. cabmin.gov.az
5. asan.gov.az
6. mia.gov.az
7. dim.gov.az
8. aztv.az
9. stat.gov.az
10. economy.gov.az
Unikal giriş sayına görə
1. edu.gov.az
2. asan.gov.az
3. sosial.gov.az
4. mia.gov.az
5. cabmin.gov.az
6. azal.az
7. mod.gov.az
8. mct.gov.az
9. customs.gov.az
10. dim.gov.az
Hesabat müddətində yerli icra hakimiyyəti orqanlarının rəsmi internet resursunlarından ən çox aşağıdakı domenlərə istifadəçi müraciətləri qeydə alınıb:
Yerli icra hakimiyyəti rəsmi internet resursu - TOP 5
Toplam giriş sayına görə
1. binegedi-ih.gov.az
2. sabunchu-ih.gov.az
3. baku-ih.gov.az
4. nasimi-ih.gov.az
5. qazax-ih.gov.az
Unikal giriş sayına görə
1. binegedi-ih.gov.az
2. sabunchi-ih.gov.az
3. qebele-ih.gov.az
4. qazax-ih.gov.az
5. lachin-ih.gov.az
Hesabat müddətində dövlət orqanlarının rəsmi internet resursunlarına ən çox aşağıdakı ölkələrdən istifadəçi müraciətləri qeydə alınıb:
Müraciət istiqamətinə görə TOP 10 ölkə
1. Azərbaycan
2. ABŞ
3. Rusiya Federasiyası
4. Türkiyə
5. İngiltərə
6. Çin
7. Ukrayna
8. Almaniya
9. Estoniya
10. Fransa
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusa qarşı peyvəndlənmə barədə müsahibə verib.
- Adətən peyvəndlərin tətbiqi necə həyata keçirilir?
- Vaksinasiya prosesi mərhələlərlə həyata keçirilir. Ayrı-ayrı mərhələdə peyvənd olunan insanlar qrupunu hər bir ölkə özü müəyyənləşdirir. Əksər ölkələrdə birinci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunurlar. Bu əhali qruplarına ilk növbədə tibb xidməti işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir.
- Peyvəndlər koronavirusdan nə dərəcədə qoruya bilər?
- Hazırda bir sıra ölkələrdə yeni koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. Bu ölkələr ABŞ, Avropa Birliyi ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif kliniki tədqiqatlar əsasında olduqca yüksək (95-98 faiz) qiymətləndirilib.
Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşəcək. Eyni zamanda, müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılmış süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcək.
- Bildiyimiz kimi, koronavirusa qarşı peyvəndlər könüllü həyata keçiriləcək. Vaksinasiyadan imtina edən vətəndaşlar hansı təhlükə ilə üz-üzə qala bilər?
- Vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur. Kütləviliyinin təmin olunması üçün əhali arasında peyvəndləmənin aparılmasının vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işlərinin də həyata keçirilməsi nəzərdə tutulur. Xüsusən vaksinasiyadan imtina edən şəxslərin yoluxaraq xəstələnmə riskinin hər zaman qalması izah edilməlidir.
- Sizcə vaksinasiyadan sonra hər şey sona çatacaq, yoxsa xəstəlik öz təhlükəsini saxlayacaq?
- Vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır. Epidemiologiyanın qanunlarına əsasən, istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa, epidemik proses sönəcək.
Əhalinin kütləvi vaksinasiyadan gözləntiləri bu infeksiyanın yayılmasının azalması və idarəolunan səviyyədə saxlanılmasıdır. Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da, hələlik yeni koronavirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib.
- Pandemiya dövründə biz infeksion xəstəliklərdən qorunma və gigiyena qaydaları barədə çox məlumatlar əldə etdik. Bunun gələcək üçün müsbət təsirləri nə ola bilər?
- Pandemiya dövrü biz hava-damcı infeksiyalarından qorunma və gigiyena qaydaları barədə bir çox məlumatlar əldə etdik, müəyyən təcrübə qazandıq. Bu qaydalara gələcəkdə də, xüsusən respirator virus infeksiyalarının mövsümi artımı müşahidə edilən payız-qış fəsillərində əhali tərəfindən əməl olunması arzuolunandır və yoluxma hallarının azalması kimi müsbət təsirlərə səbəb olacağı düşünülür.
- COVID-19 vaksinasiyası milli peyvənd təqviminə salına bilərmi?
- Bildiyimiz kimi geniş yayılmış və uzun müddət davam edən infeksiyalara qarşı peyvəndlər ölkələrin milli peyvənd təqviminə salınır. Yeni koronavirus infeksiyasına qarşı vaksinasiyanın milli təqvim planına salınması zəruriliyi müxtəlif ölkə alimləri tərəfindən müzakirə olunur və bu məsələnin həllinin zamana ehtiyacı var.
Ötən gündən etibarən sosial şəbəkələrdə oktyabrın 5-də Qusar rayonu Həsənqala kəndində dəfn edilmiş şəhid İsmayılov Orxan Qədim oğlunun qəbirüstü abidəsinin hələ də qoyulmaması məsələsi müzakirə edilir.
“Qafqazinfo” məsələ ilə bağlı Qusar rayon icra başçısının ictimai-siyasi məsələlər üzrə müavini Elman Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, rayonda şəhidlərin məzar daşlarının hazırlanması prosesinə dekabrın 5-dən başlanıb:
“Həmin tarixdən etibarən başdaşları sifariş verilib. Rayona sonuncu, 32-ci şəhid keçən həftə gəlib. 32 şəhidin hamısının qəbirüstü abidələri sifariş verilib. Onlardan 5-nin artıq mərməri qoyulub. Yerdə qalanların da beton işləri yekunlaşıb. Digərlərinin də qəbirüstü abidələri yanvarın 18-nə kimi hazır olacaq. Hər bir şəhid ailəsinə abidələrin ilkin variantları göstərilib. Onların istəyinə uyğun olaraq məzar daşları hazırlanacaq.
Həmin şəklə baxan adam görür ki, məzara beton hissə vurulub, deməli, abidə hazırlanır. Bunu xüsusi ajiotajla ictimailəşdirmək düzgün deyil. Prosesin gec başlamasına səbəb isə odur ki, abidələrin hamısının bir qaydada olmasını istədik. Ona görə də sifarişləri bir adama verdik. Heç kimin, o cümlədən də dövlət məmurlarının şəhidə hörmətsizlik etməyə haqqı çatmır. Bizim bir nömrəli borcumuz onların qayğıları ilə məşğul olmaqdır”.
"Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, ehtiyatda olan polkovnik, politoloq Elxan Ələsgərov vəfat edib.
Report xəbər verir ki, o, 66 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.
Qeyd edək ki, E.Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində anadan olub.
O, Birinci Qarabağ müharibəsində iştirak edib.
E.Ələsgərov “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktorun müavini və “Baku International Policy and Security Network” ekspert qrupunun rəhbəri vəzifələrində çalışırdı.