![]() |
|
Milli Hidrometeorologiya Xidmətindən Ölkə.Az-a verilən məlumata görə, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında isə orta sutkalıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecələr havanın temperaturunun 1-5 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 2-5 dərəcə şaxta, gündüzlər 6-11, üçüncü ongünlüyün bəzi günlərində 0-3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 18-28 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-4 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 14-25 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 16-24 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6, bəzi günlərdə 8-13, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 22-49 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 0-3 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 17-30 mm) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda 8-13 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 0-3 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 63-98 mm) gözlənilir.
Qeyd: Çoxillik meteoroloji müşahidələrə görə yanvar ayında Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvar ayının 4-də qeydə alınıb və həmin gün havanın maksimal temperaturu 22.3 dərəcə isti olub.
Ən soyuq gün isə Bakıda 1907-ci ilin yanvar ayının 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11 dərəcə şaxta təşkil edib.
Ölkə.Az xəbər verir ki, məcəlləyə dəyişiklik layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Dəyişikliklə məcəlləyə iki maddə əlavə edilir. Onlardan biri 2 il müddətinə ölkəyə idxal olunacaq koronavirus infeksiyasına qarşı vaksinlərin və şprislərin ƏDV-dən azad olunmasını nəzərdə tutur.
Digər maddə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən 2 il müddətinə azad olunmasını ehtiva edir.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, müxtəlif orden və medallarla təltif olunurlar.
Bu təltiflər Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. Bu, həm də hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Dekabrın 9-dan 30-dək dövlətimizin başçısının sərəncamları ilə 83 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı” adı, 33 nəfər “Zəfər” ordeni, 204 nəfər “Qarabağ” ordeni, 3 nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 9 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 331 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 105 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 288 nəfər “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər. Həmçinin 3598 nəfər “Vətən uğrunda”, 622 nəfər “İgidliyə görə”, 1113 nəfər “Döyüşdə fərqlənməyə görə”, 5449 nəfər “Cəsur döyüşçü”, 12 519 nəfər “Cəbrayılın azad olunmasına görə”, 13 953 nəfər “Füzulinin azad olunmasına görə”, 7991 nəfər “Xocavəndin azad olunmasına görə”, 3549 nəfər “Zəngilanın azad olunmasına görə”, 3572 nəfər “Suqovuşanın azad olunmasına görə”, 9376 nəfər “Qubadlının azad olunmasına görə”, 4646 nəfər “Şuşanın azad olunmasına görə”, 5203 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2267 nəfər “Ağdamın azad olunmasına görə”, 5775 nəfər “Laçının azad olunmasına görə” medalları, 1981 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar. Ümumilikdə təltiflərin sayı 82 670-dir.
Təltif olunanların tam əksəriyyəti sıravi əsgərlər, müddətdən artıq xidmət edən hərbi qulluqçular, gizirlər və kiçik zabitlərdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif olunması davam etdiriləcək.
Bu barədə Dilqəmin oğlu Kürdoğlu Əsgərov “Facebook” səhifəsində məlumat verib.
O, həmçinin, atası ilə fotosunu paylaşıb. (oxu.az)
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq özünüməşğulluq proqramı icra edilir:
“Özünüməşğulluq proqramı aktiv məşğulluq tədbiri kimi ən ideal bir proqramdır. Ehtiyacı olan ailələrin məşğulluğunun təmin edilməsində, məhz özünüməşğulluq proqramının imkanlarından istifadə edirik”.
O qeyd edib ki, 2021-ci ildə nazirliyin hədəfləri çoxdur:
“Hazırda Milli Məclisdə bir neçə qanun layihəsi üzərində son tamamlanma işləri gedir. Burada əsas hədəf şəhid ailələrinin, müharibə əlillərinin sosial ödənişlərinin artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır”. (oxu.az)
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvar 2021-ci il tarixinə qədər yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Yeni il tətili günlərində də bu qərar əsas götürülməklə 2 yanvar gecə saat 00:00-dan 4 yanvar səhər saat 06:00-a qədər ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. 31 dekabr 2020-ci il, eləcə də 1 və 4 yanvar 2021-ci il tarixləri isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərimizin xidmətində olacaq.
Bu barədə Ölkə.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildiirlib ki, dekabrın 29-da müvafiq icazə almadan qanunsuz sərnişindaşıma ilə məşğul olmağa cəhd edən 7 taksi sürücüsü aşkar edilərək inzibati qaydada həbs edilib.
Nazirlikdən Ölkə.Az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları postmüharibə dövründə həmin kateqoriyalara aid 2247 ailə ilə görüşüb.
Ailə üzvlərindən ehtiyacı olanlara psixoloji dəstək işləri aparılıb, ödənişsiz dərman preparatları verilib. Həmçinin Agentliyin “Onlayn psixoloji dəstək xidməti” (050 406 75 85) tərəfindən 409 zəng üzrə vətəndaşlara dəstək göstərilib.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində 150 nəfərə sosial-psixoloji xidmətlər göstərilib. Agentliyin mütəxəssisləri həmçinin Bakı Sağlamlıq Mərkəzində müalicə alan 50-dək hərbçi ilə görüşülüb, ehtiyacı olan 17 nəfəri sosial-psixoloji xidmətlərlə təmin edib, Sərhəd Qoşunları Hospitalından 11 hərbçini sosial-psixoloji reabilitasiyaya cəlb ediblər. Uşaq Reabilitasiya Müəssisələrində şəhid və yaralı hərbçilərin 12 uşağına sosial-psixoloji xidmət göstərilir.
Bu barədə Ölkə.Az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, 2020-ci il dekabrın 29-da da bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanmışdır.
Belə ki, nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 6693 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2396 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bununla belə müvafiq icazə almadan qanunsuz sərnişindaşıma ilə məşğul olmağa cəhd edən 7 taksi sürücüsü aşkar edilərək inzibati qaydada həbs edilib.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 13 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.
Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də, vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirik.
Bu barədə Ölkə.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 29-da ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 396 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.