44 günlük Vətən müharibəsində igidlik göstərən 19 yaşlı iki dost - topçu Cavidan Ağayev və kəşfiyyatçı Elvin Babayevin qəhrəmanlığından hələ çox danışılacaq.

Ölkə.Az AzTV-ə istinadən xəbər verir ki, onları birləşdirən bir çox xüsusiyyət vardı: eyni ildə dünyaya gəliblər, hər ikisi cəsur, vətənpərvər olub,ikisi də eyni ildə hərbi xidmətə yollanıb və eyni hərbi hissədə vətənin müdafiəsində olublar.

Onların şəhidliyi də eyni vaxta təsadüf edib. Belə ki, oktyabrın ikisi günorta saat ikidə Xocavənd istiqamətində gedən döyüşlərdə düşmənin endirdiyi raket zərbəsi nəticəsində dostların hər ikisi şəhadətə yüksəlib.

Prezidentin sərəncamı ilə C.Ağayev və E.Babayev ölümündən sonra  “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

“Xankəndidə yanımdan onlarla erməni maşını keçdi, hamısı da boylanıb baxırdı…”

-Əlindəki o qəpiklər nədir elə?,-keçmiş erməni məmurunun Şuşadakı dəbdəbəli malikanəsinin yanında dayanmış Azərbaycan ordusu əsgərindən soruşuram.

-Erməni pullarıdır,-20 yaşlı sıravi əsgər Əli Kazımov deyir. Onun üçün də Qarabağ müharibəsi milyonlarla digər azərbaycanlı kimi şəxsi ləyaqət və ailəsinin təhqir olunmuş şərəfi məsələsidir. Gələcək əsgər birinci müharibənin başa çatmasından bir neçə il sonra Füzuli qaçqınlarının düşərgəsində dünyaya gəlib. Və erməni milləti onun üçün şər simvoluna çevrilib. Yox, valideynləri onda ermənilərə nifrət aşılamayıblar. Yox, valideynlər onu ksenofobiya ruhunda böyütməyiblər. Qətiyyən! O, sadəcə olaraq uşaqlıqda valideynlərinə həyatının başlıca məsələsi haqda sual verib: “Nəyə görə mənim həmyaşıdlarım mənzillərdə yaşayırlar, amma biz ailəmizlə birlikdə bu alçaldıcı çadırda yaşayırıq?”. Anası ona cavab verib: “Oğlum, bizi ermənilər evimizdən qovublar”. Və o vaxtdan bəri “erməni” sözü Əli üçün onu qayğısız uşaqlıq illərindən, oyuncaqlarından, xoşbəxtliyindən məhrum edən şər mənbəyi olub. Azərbaycanda Əli kimilərin sayı milyonlarladır. İndi isə Əli əlində avtomat Qarabağa qayıdıb ki, öz itirilmiş uşaqlığının qisasını alsın.

Azərbaycan əsgərlərinin Şuşa dağıntıları arasında formalaşan məişəti

-Bəs erməni pulları sənin nəyinə lazımdır?-söhbətcil əsgərdən təəcüblə soruşuram.

-Əvvəllər, Şuşaya gəldiyimiz ilk günlərdə bu pulların əhəmiyyətini anlamırdıq. Onları atırdıq. Axı erməni pullarıdır! İndi isə bu yaxınlardan etibarən biz bu pullarla erməni mağazalarından nəsə alırıq. Laçından və ya Xankəndindən,-əsgər utanaraq bunları danışır, dərindən günah işlədiyi haqda hisslərini gizlətmir. O, bütün görkəmi ilə nümayiş etdirir ki, hansısa günah əməl törədir.

-Burada pis heç nə yoxdur. Amma mənə maraqlıdır, sən özün mağazalardan nəsə alırsan?-həyəcanlı gənci sakitləşdirməyə çalışıram.

-Yox. Birdən məni zəhərləsələr? Ermənilərdən nə desən gözləmək olar. Mən rus əsgərlərindən xahiş edirəm alsınlar. Onları mağazanın yanında gözləyirəm, xahiş edirəm ki, lazım olanı alsınlar. Burada Şuşada erməni pulları çoxdur,-sıravi Kazımov gülür.

-Bəs ruslara etibar edirsən?-sınayıcı nəzərlərlə əsgərdən birbaşa soruşuram.

-Hə. Onlar yaxşıdırlar,-sıravi qısa cavab verir.

Qarabağın dağlıq hissəsindəki Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə əməkdaşlıqdan Şuşanın komendantı Elşad Əbilov da razıdır. Budur, nəhayət mənim Şuşa qeydlərimin ilhamvericisi ilə əl sıxışmağa nail oldum. Ünsiyyətcil, təhsilli, rus dilini yaxşı bilən, böyük təcrübəyə malik peşəkar adamdır. “Əlbəttə, periodik olaraq postlarda insidentlər yaranır. Lakin bütün məsələləri Rüstəm Muradovla (Rusiya sülhməramlılarının komandanı) işgüzar qaydada həll edirik. O, özünü obyektiv və ədalətli sülhməramlı kimi göstərə bilib”,-E.Əbilov təbəssümlə deyir və məni öz iqamətgahına-erməni oliqarxının keçmiş malikanəsinə dəvət edir.

Şuşanın işğalından sonra ermənilər şəhərin mərkəzi məhəllələrini və cənub hissəsini boş qoyaraq əsasən onun dağlıq hissəsində məskunlaşmağa başladılar. Türklərlə ermənilər arasında ilk toqquşma hələ Osmanlı imperiyasındakı bədnam ümumerməni qiyamından çox əvvəl çar Rusiyasının əsas Azərbaycan şəhəri Şuşada başlamışdı. Gizli fəaliyyət göstərən “Daşnaksütun” azərbaycanlıları şəhərin mərkəzi və cənub hissəsindən sıxışdırıb çıxarmağa çalışırdı. Hərçənd çar dövrünün siyahıyaalmasına görə azərbaycanlılar şəhər əhalisinin əksər hissəsini təşkil edirdi. Şuşanın azərbaycanlı ruhunun parlaq ifadəsi dahi rus rəssamı Vasili Vereşaginin yaradıcılığında da öz əksini tapıb.


Şuşada olmuş gənc rəssamın rəsmləri XIX əsrin ortalarında Azərbaycan şəhərinin tarixi-mədəni obrazının yeganə və ən yaxşı şahidləridir. Lakin ilk erməni siyasi millətçiliyi özünü məhz Şuşada büruzə verib.

Ermənilər bütün gücüylə şəhərin demoqrafik mənzərəsini dəyişməyə çalışıblar. Və 1920-ci ildə azərbaycanlıları öz doğma şəhərlərindən qovmaq cəhdlərini dayandırmayıblar. Amma Azərbaycan üçün tarixi savaş erməni milliyətçiliyinin məğlubiyyəti ilə nəticələndi. Bu da sadə ermənilərin taleyində əksini tapdı, onlar şəhərdən qaçıb Qarabağ xanlarının tövləsində-Şuşanın altında yerləşən balaca Xankəndi kəndində məskunlaşdılar. Sonradan şəhərə çevrilən kəndin adını dəyişib ona Bakıdakı mart qırğının başlıca günahkarı Stepan Şaumyanın adını verdilər. Şuşa isə Azərbaycanın mənəvi paytaxtına çevrildi. Erməni-azərbaycanlı münaqişəsi başlayana qədər azərbaycanlılar şəhərin əhalisinin 97 faizini təşkil edirdi.

Və budur, işğaldan sonra erməni millətçiliyinin ideoloqları Qarabağda ikinci erməni şəhəri yaratmağı qərara aldılar. Amma bir sıra səbəblər, o cümlədən maddi resursların məhdudluğu və aşağı demoqrafik artım nəticəsində onlar şəhərin “erməni hissəsi”nin-dağlıq qisminin bərpası üzərində dayandılar. Şəhərin azərbaycanlılar yaşayan hissəsini talayıb yandıran işğalçılar Şuşanı əsasən Azərbaycan şəhərlərindən köçən ermənilərlə məskunlaşdırmağa başladılar.  Vereşaginin öz xatirələrində bəhs etdiyi nadir arxitekturalı evləri dağıtdılar. Amma Şuşanın dəhşətli “qoyma çənələrini”-yad “xruşşovkaları” salamat saxladılar və hətta onları təmir elədilər, burada suriyalı erməniləri məskunlaşdırmağa hazırlaşırdılar.

Ermənilərin təmir etdiyi Şuşa "xruşşovkaları"

Erməni məmurları və qarabağlı oliqarxlar Şuşanın dağlıq hissəsində özlərinə yay iqamətgahları tikdirdilər. İndi belə dəbdəbəli evlərdən birində Azərbaycan komandanlığının qərargahı yerləşir. Şəhərin bu hissəsində işğalçı administrasiya erməni teatrını da bərpa etməyə cəhd elədilər, daha doğrusu teatr üçün bina ayırdılar və onu erməni teatrının əsasını qoymuş Mkrtıç Xandəmiryanın adı ilə adlandırdılar. Hərçənd görkəmli Azərbaycan maarifçisi və Azərbaycan teatr məktəbinin əsasını qoyanlardan biri Nəcəf bəy Vəzirovun evini talayıb yandırdılar. 28 illik işğal ərzində Qarabağ siyasətçiləri öz həyatlarını qurub yaratmağa deyil, bütün Azərbaycan irsinin dağıdılmasına və məhv edilməsinə həsr ediblər.

Nəcəf bəy Vəzirovun dağıdılmış evi

Ermənilər çoxəsrlik Azərbaycan məzarlığını da yer üzündən siliblər. Bir dənə də qəbir qalmayıb! Hərçənd şəhər Azərbaycanın nəzarətində olanda orada qədim erməni məzarüstü daşları da qorunub saxlanılırdı. Şuşanın ətəyində iki qəbiristanlıq-erməni və pravoslav xristian qəbiristanlığı salamat qalıb. Qala divarları altında isə bütün erməni məzarüstü daşları qalır...

“Biz qısa müddət ərzində Şuşanın tarixi-sivilizasion fenomenini bərpa etməliyik. Vaxt gözləmir! Əks halda tarix bizi bağışlamaz”,-Şuşa mədəniyyət idarəsinin rəhbəri Zahid Abbasov əmin edir. Elə bu vaxt qədim Şuşanın parçaları ilə dolu arabanın yanı ilə bir qrup azərbaycanlı məmur addımlayır. Onların arasında Prezident Administrasiyasının əməkdaşı da var.

“Dağıntılar arasından mədəni dəyər kəsb edən hər şeyi toplayırıq”,-Musa adlı həmin məmur deyir. Bu gün bütün azərbaycanlılar əziz Şuşanı onillərdir davam etmiş işğaldan azad etmək idealları uğrunda dəmir yumruq kimi birləşiblər. Və o, əmindir ki, dağıdılmış Şuşa yenidən ayağa qalxacaq, dirçələcək.

Azərbaycan məmurları Şuşanın nadir tarixi dəyərlərini axtarıb tapır və toplayır

Təəssüf ki, qüssəli qış axşamı başlayır. Və Şuşaya Vereşaginin nəzərləri ilə baxmaq lazım gəlir. Axı dahi rus rəssamını Şuşada təkcə Məhəmməd peyğəmbərin şəhid nəvələrinin yası, Məhərrəm ayı heyrətləndirmirdi, həm də darıxdırıcı Şuşa gecələri onda dərin iz buraxmışdı.

Şəhər gecə qaranlığına bürünür. İki əsr əvvəl olduğu kimi kədərli qaranlıqdan şəhərin gecə silueti güclə seçilir. Uzaqlarda isə başqa şəhərin-Xankəndinin işıqları görünür. Həyat Qarabağın erməni şəhərinə də qayıdır, tədricən də olsa.

Səhər tezdən əsgərlər yenə qarı əridirlər ki, su əldə eləsinlər. Şuşada hələ də su qıtlığı var. Mən isə əfsanəvi İsa bulağına-Şuşa meşəsindəki müqəddəs bulağa can atıram. Yox, bütün Azərbaycanda məşhur olan bulaq İsa peyğəmbərin adını daşımır, Şuşa havası kimi təmiz, büllur kimi saf və yüngül suyu ilk dəfə aşkar edən meşəbəyinin adını daşıyır. Lakin biz Rusiya sülhməramlılarının blok-postunu keçməliyik, axı İsa bulağına qədər azı dörd kilometr yol var.

-Silahınız var?,-Rusiya sülhməramlısı soruşur.

-Əlbəttə yox.

-Maşının yük yerini yoxlamaq olar?-əsgər nəzakətlə tələb edir.

-Əlbəttə, yoxlayın.

İsa bulağı

Maşında silah aşkar etməyən əsgər bizə Laçın-Xankəndi şossesinə gedən yolu açır. Rusiya sülhməramlıları ermənilərin maşınlarını da bu cür nəzakətlə və tələbkarlıqla yoxlayır. Meşənin ətəyində isə Azərbaycan dilində “İsa bulağı” yazılmış böyük lövhə göz oxşayır. Ruslardan sonra Azərbaycan əsgərlərinin postudur. Budur, mən məşhur bulaqdayam. Şuşalılar deyirlər ki, bu bulağın suyunun dadı heç bir başqa su ilə müqayisə olunmaz. Bu, doğma vətənin, əcdadlarımızın torpağının dadıdır!..

Amma mən yola hazırlaşmalıyam, Bakıya dönmək üçün. Və geriyə yolum gələndə keçdiyimiz və Azərbaycan əsgərlərinin şücaəti, məşəqqətli əməyi sayəsində açılmış və əvvəlki reportajlarımda bəhs etdiyim Qələbə yolu olmayacaq. Xankəndindən keçəcək.

Geriyə “sülh yolu” ilə qayıdıram. Bəlkə barışıq yolu? Hərçənd bu qədər müharibələrdən, axıdılan qanlardan və nifrətdən  sonra bunu təsəvvür etmək olarmı? Rusiya əsgərləri bu günün ən başlıca fəlsəfi sualından fikrimi yayındırır. Biz Rusiya sülhməramlılarının avtomobilinin müşayiəti ilə yola çıxırıq. Budur, biz artıq Xankəndi postundayıq. İrəli, getdik!

Şuşikəndə çatıram

Xankəndinə tərəf gedirik. Şəhərdən bir neçə kilometr məsafədə Rusiya zabitləri bizdən gözləməyi xahiş edir. Onlar sənədlər üçün yenidən Şuşaya qayıtmalıdır. Maşından düşürəm. Siqaret çəkmək üçün. Yanımdan onlarla erməni avtomobilləri ötüb keçir. Hamısı istisnasız olaraq boylanıb baxır, çünki bilirlər: biz Şuşadan gəlirik. Və biz azərbaycanlılarıq. Hələ dünənə qədər bizi ölüm-dirim müharibəsi ayırırdı. İndi isə biz yanaşı, bir neçə addımlıqda dayanmışıq. Bir-birimizin eynilə cavabsız sual ifadə edən gözlərinə baxırıq: bundan sonra necə yaşamaq?

Yola davam edirik. Girişində çoxsaylı avtomobillərin dayandığı Xankəndini keçirik. Şuşikəndə çatırıq. Haradasa küncdə Qarabağ polisləri gözə dəyir. Bizə baxırlar, barmaqla nişan verirlər, hətta biri təəcüblə gülümsəyir. Deyəsən müharibə bizi ayırmayıb, yenidən yaxınlaşdırıb. İndi biz yenə birlikdəyik?

İkinci Qarabağ müharibəsinin başlıca toponimlərindən birinə-Qırmızı Bazar qəsəbəsinə çatırıq. Erməni və azərbaycanlı jurnalistlər bu qəsəbəni neçə dəfə əldən ələ veriblər. Cəmi bir neçə həftə əvvələ qədər bu qəsəbədə necə qanlı döyüşlər gedirdi! İndi isə kafenin vitrini üzərindəki lövhə bizi təzə pivə içməyə çağırır! Ağlasığmazdır, taleyin işindən kim baş aça bilər?! Kəndin sakinlərinin əksəriyyəti küçəyə qaçır. “Azərbaycanlılar gedir”,-hər tərəfdən səslər ucalır. Lakin biz müharibə baltası ilə yox, barışla gəlmişik.

Bu gün Qırmızı Bazardan qan yox, pivə iyi gəlir

Azərbaycan qoşunları qəsəbənin düz ətrafında dayanıb. Rusiya sülhməramlıları bizi ötürüb Xankəndinə geri qayıdır. Biz isə sağa-Martuni rayonunun Azıx kəndinə dönürük. Və bu kənd ikinci müharibənin gedişində dünyada məşhur Azıx mağarası kimi Azərbaycanın nəzarəti altına qaytarılıb.

 28 il işğal altında olan kəndin mərkəzinə çatırıq. Yaxınlıqda birinci Qarabağ müharibəsində həlak olan erməni əsgərlərinin ikinci müharibədə ölənlərin şərəfinə bəzədilmiş qəbirləri var. Heç bir vandalizm izi yoxdur. Allaha inanan Azərbaycan əsgərləri qəbiristanlığın, hətta erməni əsgərlərinin qəbirlərinin qeydinə qalır. Kəndin azad edilməsindən az əvvəl erməni işğalçı administrasiyası birinci Qarabağ müharibəsində ölənlərin xatirəsinə abidə tikintisinə hazırlıq işləri aparırdı. Amma fürsət tapa bilmədilər. Azıx yenə Azərbaycanın əlindədir. Sakinlər isə kəndi tərk ediblər.

Azıxda erməni əsgərlərinin məzarları

Yolumuza davam edirik. Və budur, Böyük Tağlara gəlib çatdıq. Şuşaya yolumuzun başladığı həmin yerə.

Qarabağın dağlıq hissəsində bizə uzun yol yoldaşlığı eləyən Farizlə sağollaşıram. “İndi yolun haradır?”,-sürücümüzlə sağollaşanda soruşuram. Onun cavabı öz fədakarlığı ilə məni heyrətləndirir: “Yenidən Qələbə yoluna. Sonra isə Şuşaya. Axı karvan dayanmır”,-Fariz gülür və bərk-bərk əlimi sıxır.

Karvan isə bu cür dözümlü və qorxmaz insanlarımızın sayəsində dayanmayacaq. “Sizif əməyidir”. Sonsuzdur, amma hədər deyil! Qələbə aparan yolu yolçusu gedəcək. Mürəkkəb Qarabağ düyününün sadə cavabı da bax bundadır.

Eynulla Fətullayev

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Buta sarayında uşaq evləri və internat məktəblərinin sakinləri üçün şənlik təşkil edirdi. Bu il COVID-19 pandemiyası ilə əlaqədar şənliyin təşkil olunması xüsusi karantin rejiminin qaydalarına uyğun olmadığından Fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edib.

"Qafqazinfo" xəbər verir ki,uşaq evləri və internat məktəblərində tərbiyə alanları sevindirmək üçün Heydər Əliyev Fondunun nümayəndələri uşaqların qaldıqları müəssisələrə gedərək, onlara bayram sovqatları çatdırıblar. 

Hər zaman Heydər Əliyev Fondunun təşkil etdiyi aksiyaları səbirsizliklə gözləyən və böyük sevinclə qarşılayan uşaqlarda bu il də bayram əhval-ruhiyyəsi yaratmaq üçün Heydər Əliyev Fondu təşkil etdiyi hədiyyələri onların zövqünə və istəklərinə uyğun hazırlayıb. Uşaqlara 2021-ci ilin rəmzi olan yumşaq oyuncaqlar, onların ən çox sevdikləri şirniyyatlar və leqo konstruktorları təqdim edilib. 

Heydər Əliyev Fondunun sovqatları Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Şəkidəki uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-xidmət müəssisələrinə və Uşaq Psixonevroloji Mərkəzinə çatdırılıb.         

Fondun təşkil etdiyi bayram aksiyası iki minə yaxın uşağı əhatə edib.  

 








 
Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin dekabrın 29-da keçirilən iclasında elan edilib.

Belə ki, müvafiq qərarla filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov AMEA Rəyasət Heyəti Aparatının rəhbəri vəzifəsinə təyinat alıb.

Bakıda və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 30-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Bakıda və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 30-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Nüsüs kəndindən yeni videogörüntülər yayımlayıb. 

Həmin görüntüləri təqdim edirik:

DOST mərkəzlərinin əməkdaşları şəhid ailələri ilə görüşlərini davam etdirir.

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, növbəti görüş 2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızdan, dövlət başçısının sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş Natiq Vahid oğlu Məmmədbəylinin ailəsində olublar.

Natiqin döyüşlər zamanı, xüsusilə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaətindən bəhs olunub. Onun və bütün şəhidlərimizin xatirəsinin həmişə qəlbimizdə yaşayacağı vurğulanıb.

Görüşdə şəhidin ailəsinə Prezidentin aylıq təqaüdünün təyin olunduğu bildirilib və mərkəzin direktoru Emin Namazəliyev şəhidin valideynlərinə təqaüd kartlarını təqdim edib. Şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri barədə də ailəyə məlumat verilib.

DOST mərkəzləri postmüharibə dövründə şəhid ailəsi üzvləri olan 300-ə yaxın şəxsə Prezidentin təqaüdünün, pensiya və müavinətin təyinatı, şəhid ailəsi üzvü vəsiqəsinin verilməsi və s. istiqamətlərdə xidmətlər göstərib.

 
 
 

Əlilliyə görə əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə olunub və qaydalaırna dəyişməsi qanun layihəsində öz əksini tapıb.

Hazırda əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur.

Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Dəyişikliyə əsasən, nisbət dəyişir. Beləliklə, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulacaq və sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə deyil, 200-ə olan nisbəti şəklində müəyyənləşdiriləcək. Bu aşağıdakı hallarda tətbiq edilməyəcək:

- 2021-ci il yanvarın 1-dək təyin edilmiş əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanmasına;

2021-ci il yanvarın 1-dək hüququ yaranmış şəxslərə 2021-ci il yanvarın 1-dən sonra əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə və yenidən hesablanmasına;

- 2021-ci il yanvarın 1-də əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş şəxslərə bu tarixdən əvvəl əmək pensiyasının təyin edilməsinə.
Eyni zamanda qanunda əmək pensiyasının sığorta hissəsinə əlavələri nəzərdə tutan 19-cu maddə ləğv edilir. Ancaq bu qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.

Qüvvədə olan qanuna görə, 2019-2020-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanmalı idi. Dəyişikliyə əsasən müddətlər dəyişir. Beləliklə, 2019-2022-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri müəyyənləşib. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanunda nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Sosial müavinətlərin növlərinə, müavinətlərin təyin olunması şərtlərinə, müavinətlərin təyin edilməsi müddətinə dəyişiklik edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik müzakirə olunub və bu məsələ layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

Əhaliyə pandemiya ilə əlaqədar birdəfəlik ödəmə 2020-ci ildə yaşayış minimumu həcmində verilirdi.

Bunu Əmək və əhalinin sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında deputatalaırn suallaırnı cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, əgər sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, bu məsələyə, verilən ödəmənin yenə də yaşayış minimumu həcmində olmasına hökumətdə baxılacaq. O, birdəfəlik ödəmələrin verilməsinin elektron qaydada həyata keçirildiyini qeyd edib.

Qeyd edək ki, gələn il üçün yaşayış minimumu 196 manat məbləğində müəyyənləşib.

Pandemiya ilə əlaqədar 2020-ci ildə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə edilib.

Xəbər lenti