Bir sıra rayonlarda daha 43 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, Biləsuvar rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində nazir müavini Vüsal Nəsirli və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirak ediblər.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramının bu il 1500 ailəni əhatə etməsinin nəzərdə tutulduğu, artıq 1400-ə yaxın mənzil və fərdi evin bu kateqoriyadan olan vətəndaşlara verildiyi bildirilib. Ümumilikdə indyədək 9 minədək şəhid ailəsinin, müharibə əlilinin evlə təmin edildiyi diqqətə çatdırılıb.

Bu kateqoriyalardan olan vətəndaşlara yönələn sosial ödənişlərin də mütəmadi artırıldığı, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək işlərinin aparıldığı da qeyd edilib. Minlərlə insanın artıq sosial dəstəklə təmin edildikləri, bu sahədə də işlərin davam etdiyi bildirilib.

Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onlara qayğının artırılması üçün görülən işlərə və bu gün yeni evlərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

 

 

 
 
 
Qarşıdan gələn yeni ildə diqqətdə olan bir çox ictimai məsələlərin həll edilməsi müzakirə mövzusudur. Bunlardan biri ailələrə veriləcək uşaqpulu ilə bağlıdır. Maraqlıdır, 2021- ci ildə ailələrə uşaqpulu veriləcəkmi?

Bununla bağlı deputat Razi Nurullayev açıqlama verib. O bildirib ki, uşaqpulu cəmiyyəti düşündürən məsələdir:

"Mən insanların bu tələbini haqlı sayıram. Bu ilə dövlət büdcəsi qəbul edilib və parlamentə göndərilib. Burada uşaqpulu ilə bağlı müddəa yoxdur. Yeni ildə uşaqpulunun verilməsi ilə bağlı məsələ gündəmdə deyil. Mart ayında, yaxud digər aylarda yenidən dövlət büdcəsinə dəyişikliklərlə bağlı sənəd parlamentə təqdim edilə bilər. Bu zaman müzakirə olunub, büdcəyə əlavə kimi sözügedən məsələ gündəmə çıxarıla bilər. Hələ ki, bununla bağlı konkret məsələ yoxdur. Yəni hazırkı qəbul etdiyimiz büdcədə uşaqpulu yoxdur.

Sabah dövlət büdcəsinin üçüncü oxunuşudur. Sosial müdafiə naziri Sahil Babayev, maliyyə naziri Samir Şərifov bizim qaldırdığımız məsələ ilə bağlı öz fikirlərini bildirə bilərlər. Düşünürəm ki, sabah hökümət üzvləri uşaqpulu ilə bağlı vəziyyətin necə olması barədə fikirlərini deyəcəklər. Mənim düşüncəm ondan ibarətdir ki, torpağımızı kasıb balaları aldı. Həmin uşaqlar hər gün doğulur və sabah Azərbaycanın üzərini qara buludlar alanda onlar yenə də Vətəni qorumağa gedəcəklər.
Gələcəyin əsgərlərinin anasından qiymətli xəzinəmiz yoxdur. Əgər biz maliyyəmizi bu xəzinəyə vermiriksə, onların sağlam böyüməsini istəmiriksə, daha nəyə verəcəyik? Bizim üçün lazım olan insan faktorudur". sonxeber

Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları üzrə statistika açıqlanıb.

“Paytaxt Bakı üzrə yoluxma faizi 52 təşkil edir.

Bakıdan sonrakı yoluxma sayında yüksək göstərici Arana aiddir. Belə ki, orada yoluxma 13.5 %-dir, Abşeronda 12.8 %, Gəncə-Qazaxda 8.3 %, Quba-Xaçmazda 3.1%, Lənkəranda 2.9 %, Şəki-Zaqatalada 3.1 %, Dağlıq Şirvanda 2.5 %, Yuxarı Qarabağda isə 1.4 %, Naxçıvan Muxtar Respublikasında 0.05 %, ölkə xarici yoluxma isə 0.4 %-dir.

2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək. İcbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Ölkə.Az"a verilən məlumata görə, qilə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir: "Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir.

Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” əsasında həyata keçirilir.

Belə ki, ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət etməlidir. Ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsində qeydiyyata alınır.

Sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Lakin sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 (bir) təqvim ili keçdikdən sonra dəyişə bilər. Şəxsin yaşadığı ərazi dəyişildiyi halda isə yeni ərazidəki tibb müəssisəsinə yuxarıda göstərilən vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət olunmalıdır".

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci ilin dekabrın 27-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1303 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.

Eləcə də, qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 1379 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.  

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk.

187 nömrəli məktəbin qalmaqallı direktoru Nailə Məmmədova öz ərizəsi ilə vəzifəsindən azad edilib.

"Ölkə.Az"ın əldə etdiyi məlumata görə,  sosial şəbəkədə yayılan görüntülərinə görə şiddətli töhmət alan Məmmədova ötən gün işdən çıxmaq barədə ərizə yazıb.
Qeyd edək ki, onun sərt karantin qaydalarını pozaraq özünə doğum günü keçirməsi mediada müzakirələrə səbəb olmuşdu.

İstər əcnəbi, istərsə də yerli mütəxəssislər COVİD 19-un qarşıdakı zamanlarda daha da kəskin şəkildə yayılacağı, ümumi vəziyyətin daha da pisləşəcəyi barədə müxtəlif açıqlamalar verirlər.

Böyük Britaniyada koronavirusun aşkar edilən daha yoluxucu növü isə dünyanın COVİD-19 bəlasından yaxın gələcəkdə xilasının mümkünsüz olacağından xəbər verir.

Bir ildən çoxdur dünyanı aciz duruma salan COVİD-in əlamətləri barədə, demək olar ki, artıq uşaqdan böyüyə hər kəs məlumatlıdır. Lakin koronavirusun bəzi əlamətləri də Azərbaycanda aşkar olunmağa başlayıb. Bunlardan biri dəri tutulumudur.

Bu barədə həkim Ramin Cavadov “milli.az”a açıqlama verib:

"55 yaşlı kişinin bilinən xəstəliyi yoxdur. 10 gün öncə 38.3 dərəcə qızdırma, halsızlıq, iştahsızlıq və ardından bədəndə döş qəfəsi, qarın boşluğunun ön yan tərəfində, qollarda və ayaqlarda çox olmaqla ağrısız və qaşıntısız qabarıq ləkələr görülüb. Qastroenteroloqa müraciət edilib, testlər istənilib və sonra Herpes Zoster (HZ) (kərmərvari dəmrov) düşünülərək valtrex başlanılaraq dermatoloqa yönləndirilib. Dermatoloq HZ deyil, vaskulit düşünərək konsultasiya istədi.

Xəstənin anamnezini dərinləşdirdiyimiz zaman COVİD-19 şübhəsi oyandı, müayinədə təzyiq 130/80, ağciyər səslərində kobudlaşma görüldü. Xəstə qan analizi və KT nəticəsi ilə gəldiyində (3 gün sonra) ləkələr iz buraxmadan solmuşdu. KT-də 8% buzlu şüşə görüldü, COVİD +, crp 45, AST 335, ALT 45, GGT 1250, ALP 1300, HGB 16, kreatinin 0.6, sidiyin ümumi analizi normal, ANCA, COVİD-19 dəri tutulumu düşünüldü, uyğun müalicə yazılaraq 10 gün sonra kontrol məsləhət görüldü.

COVİD-də hər şey ola bilər. İnsanın bütün orqanizmində bu xəstəliyin əlamətini müşahidə etmək mümkündür".

TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev isə Milli.Az-a açıqlamasında COVİD-in başqa bir əlamətindən danışıb:

"COVİD-19 xəstəsi var ki, onda 2 gündü konyuktivit, şikayәt başlayıb. Sadәcә gözdә qızartı, sulanma ilә hәrarәt 37.0-37.5 olur. 5 gün öncә testi pozitiv gәlib, yanaşı xәstәliyi yoxdur, COVİD 19-la bağlı ağciyәrlәrdә bir problem görülmәdi. Sadәcә xәstәnin bu şikayәtlәri var".

“Kimlərsə şəhid və qazilərdən spekuliaysiya kimi istifadə etməməlidir. Bu məsələdə dövlətə də ağıl öyrətməyə ehtiyac yoxdur. Çünki biz dövlətin bu təbəqəyə nə qədər yüksək diqqət ayırdığının da şahidi oluruq”.

Bunu millət vəkili Fazil Mustafa Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında”  qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün dövlət növbəti ilin büdcəsinə transfertlərin həcmini artırması məhz  şəhid və qazilərin sosial müdafiəsinin gücləndirməsinə xidmət edir. “Bu gün dövlət  bu sahədə üzərinə düşən vəzifəni  yerinə yetirir. Əgər kimlərsə bu məsələdə şəhid və qazilərə dəstək olmaq istəyirsə, o zaman 20 obyektindən birini və ya 5 mənzilindən birini şəhid və qazilərə versin. Bununla da  dövlətin üzərində götürdüyü yükü yüngəlləşdirsin və bu işdə öz töhfəsini versin”- millət vəkili bildirib.

Millət vəkili  hesab edir ki, əsas problem kimi  bu gün Bakıda gecəqondu problemini həllidir: “Yəni  bölgələrdə yeni iş yerləri açmaq və iqtisadi fəallığı artırmaqla  insanların bölgələrə qaytarılmasını təmin etsə  yaxşı olardı.  Bu heç də insanları Kəlbəcərə və digər rayonlara qaytarmaqdan az  əhəmiyyət kəsb etmir. Hğkumət bu istiqamətdə ciddi iş görməlidir. 
Hökumətin  həll edəcəyi  digər problem isə ictimai nəqliyyat  məsələsidir”.

“Bu gün Birinci və ikinci Qarabağ müharibə veteranlarının müavinətləri 80 manatdır. Bu azdır və artırılmasına ehtiyac var”.

Bunu millət vəkili Siyavuş Novruzov  Milli Məclisdə çıxışı zamanı deyib.

 Onun sözlərinə görə,  Birinci Qarabağ müharibəsi veteranlarına  50 manat həcmində müavinət verilirdi və Prezidentin sərəncamı ilə  bu miqdar  80 manata qaldırıldı.

“Amma bu vəsait onlar üçün yetərli deyil. Çünki ötən müddətdə qiymətlərdə artım var və bu pulla onlar sosial və kommunal xərclərini ödəməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, bu miqdar 150-180 manata qaldırılarsa daha yaxşı olar.  Bu vəsait onlalra  communal problemlərini həll etməyə imkan verər”- millət vəkili bildirib.

Hökumət deputatların qaldırdıqları təklif və sualları sabah cavablandıracaq.
Bu gün Milli Məclisdə 2021-ci il büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirə edilməkdədir.

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun ikinci oxunuşunun yekunu olaraq hökumətə birinci və ikinci oxunuş zamanı qaldırılan məsələlərlə bağlı hökumtə nümayəndəsi Maliyyə naziri Samir Şərifova söz verildi.

O isə öz növbəsində bildirdi ki, bütün məsələlərə sabah cavab veriləcək.

Xəbər lenti