“Müharibə edən ölkələrin təkcə orduları döyüşmür, eyni zamanda müharibə edən cəmiyyətinin bütün təbəqələri, o cümlədən büdcələri savaşır.

44 günlük Vətən müharibəsində iki qüvvə arasında savaş gedirdi. Bir tərəfdə faşizm, digər tərəfdə dünyada təklənmiş haqq uğrunda mübarizə aparan sülhsevər xalq dayanmışdı. 44 günlük Vətən müharibəsi əldə etdiyimiz qələbə həm də BMT-nin qətnamlələrini heçə sayan, faşizmə və zülmə dəstək verən yeni imperialst qüvvələr üzərindəki qələbəsidir”.

Bunu millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisdə 2021-ci ilə büdcə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu qələbə eyni zamanda xalqını qələbə ayapara Prezidentin qələbəsidir. “Bundan sonra da diqqət quruculuq işlərinə yönəldilməlidir. O baxımdan biz 2021-ci il büdcəsini Qarabağ büdcəsi hesab edirik. Ordu savaçda qələbə qaznadı, indi növbə qurucu ordunundur. Qurucu ordu tezliklə işğaldan azad olunan torpaqlaırda quruculuq işlərini görüb ora köçü təmin etməlidir”- S. Rüstəmxanlı qeyd edib.

Millət vəkili hesab edir ki, qələblərin əldə olunsamsında son illərdə həyata keçirilən islahatlar dayanır və kimsə bunu inkar edə bilməz.

“Hesab edirəm ki, bu islahatlar bundan sonra da davam etməlidir. İnsanlara yeni gözlə baxılmalıdır. O baxımdan insanların sosial müdafiəsi gücləndirilməlidir. Xüsusən də şəhid ailələri və qazilərin sosial müdafiəsinə diqqət verilməlidir. Bu da hğkumtə üzvlərindən və məmurların fəaliyyətindən asılıdır”- o bildirib.
Millət vəkili eyni zamanda aztəminatlı ailələrə verilən sosial yardımların verilməsində ciddi problemlər mövcuddur: “ Bu gün biz hələ də aztəminatlı ailələrin sosial yardımlarına göz tikən cinayətkar məmurlar iş başındadır. Bu sahə sosial oğurluq şəbəkəsinə çevrilib”.

“Bu gün əfsuslar olsun ki, Azərbaycan mediasında naşı və ya sıravi, düşüncə baxımından qeyri-peşəkar insanlar var.

Oxu.az məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər hansı məsələni kimlərinsə prizmasından ötürən həmkarlar da var: 

“Bu gün də hər bir tənqidin və müsbət fikrin bir əsası və faktı olmasına çalışmalıyıq. O faktı bizdən eşitmək istəyirsinizsə, biz öz həmkarlarımıza açığıq. Çalışırıq ki, televiziyada baş verənlər barədə operativ və obyektiv məlumatlar verək”.

Sədr qeyd edib ki, yanvar ayından etibarən AzTV yeni efir otağından yayıma başlayacaq:

“AzTV-nin HD yayıma keçməsi üçün işlər aparılır”.



Türkiyənin nüfuzlu “Haber Global” telekanalı koronovirus pandemiyası dövründə ehtiyac sahiblərinə yardım edilməsi ilə bağlı videomaterial hazırlayıb.

Süjetdə bildirilir ki, pandemiya dövründə Prezident İlham Əliyev iş adamlarına ehtiyacı olanlara kömək etməklə bağlı müraciət ünvanlayıb.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki,  prezidentin çağırışına tezliklə reaksiya verilib və Türkiyədə yaşayan ehtiyac sahibi azərbaycanlılara dəstək göstərilib.

Kadrlardan məlum olur ki, həmvətənlərimizə kömək göstərilməsi ilk dəfə deyil. Pandemiya dönəmində artıq bir neçə dəfə yardım həyata keçirilib.

Bundan başqa, yardımı ala bilməyənlərin evinə də aparılıb, xəstələrə dərman təminatı təşkil edilib.

Bildirək ki, bu yardımı göstərən isə azərbaycanlı iş adamı Anar Əlizadədir.

Daha ətraflı “Haber Global”ın videomaterialında:

“Xəzər dənizi qapalı hövzə olduğundan burada periodik olaraq səviyyə dəyişmələri baş verir. Lakin Xəzərin unikal əlamətlərindən biri də ondan ibarətdir ki, bunun səbəbləri indiyədək alimlər tərəfindən tam və birmənalı qiymətləndirilmir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə bildirib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri, əsasən, onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır:

“Çoxillik məlumatların təhlili göstərir ki, Xəzər dənizinin  səviyyəsi -20 və -34 metr arasında dəyişib. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə çataraq -29 metrə qədər azalıb.

Lakin 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb. Ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb”.

Nazirliyin rəsmisinin sözlərinə görə, dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb:

“Xəzərin səviyyəsinin bir çox amillərdən asılı olduğunu nəzərə alsaq, həmin amillərin dəyişməsinin dəqiq proqnozu, ssenarisi olmalıdır. Səviyyə tərəddüdünə gətirib çıxaran amillərdə kifayət qədər qeyri-müəyyənliklər olduğuna görə, məncə, belə bir uzunmüddətli proqnoza skeptik yanaşmaq lazımdır”.

Qeyd edək ki, Xəzər dənizində son dönəmlər buz qatlarının müşahidə edilməsi ilə bağlı xəbərlər yayılır. 

 

Xarici İşlər Nazirliyinin (XİN) idarə rəisi koronavirusdan dünyasını dəyişib.

"MediaPost”un əldə etdiyi məlumata görə, XİN-in Arxiv İdarəsinin rəisi Famil Əliyev müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!

Rusiyanın sülhmərməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənilməsini başa çatdırır.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

"Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq mina əleyhinə mərkəzinin mütəxəssisləri tərəfindən Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənilməsi üzrə iş davam edir. Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənilməsini qurtarır", - xəbərdə deyilir.

Əməliyyatlar ərzində sülhməramlılar ümumilikdə 280 hektardan çox yeri, təxminən 107 kilometr yolu, 452 tikintini minalardan təmizləyiblər və 9 mindən çox partlayış təhlükəsi olan predmeti aşkar edərək zərərsizləşdiriblər.

Qeyd edək ki, dekabrın 17-də Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Rusiya Müdafiə Nazirliyinin Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzinin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb. Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.

“Zaqataladan olan qazi döyüşçü Natiq Mahmudov 42 gündür ki, komadadır. O, Şuşa uğrunda və əksər döyüşlərdə iştirak edib. Hökumətdən xahiş edirəm ki, onun həyata qayıtması üçün hər şey edilsin”.

“Qafqazinfo” bildirir ki, bunu deputat Elşən Musayev parlamentdə büdcə müzakirələrində çıxış edərkən deyib. 

O, qeyd edib ki, qazi hazırda həyatda qalmaq uğrunda mübarizə aparır: “O, 3 dəfə əməliyyat olunub. Mən hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələn hər şeyi etsinlər. Ən azından bütün cəhdləri sınamaq lazımdır. Ola bilər ki, xəstəxanası dəyişdirilsin, ya da mümkün olarsa, xaricə aparılsın. Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir”.

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Dekabrın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 25-də Abşeron yarımadasında mülayim xəzri küləyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının qarşısındakı qapı Azərbaycanın dövlət bayrağını əks etdirən rənglərlə boyanıb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, sözügedən qapı əvvəllər qondarma rejimin bayrağı rəngdə olub. 

Həmin görüntüləri təqdim edirik:

Könüllü və  hərbi səfərbərlik qaydasında orduya  çağrılan şəxslərə  xüsusi müavinət veriləcək.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.
 Onun sözlərinə görə, artıq bununla bağlı Maliyyə naziriliyində vəsait ayrılıb: “Maliyyə nazirliyində bildirilib ki,  hərbi səfərbərlik və könüllü qaydada orduya xidməteə gedənlərə aylıq 360 manat həcmində müavinət verilməsi  nəzərdə tutulur. Artıq Maliyyə Nazirliyi bununla bağlı 50 milyon manata vəsait ayırıb və  bu vəsait yaxın zamanlarda  verilməyə başlayacaq. Vəsait Müdafiə Nazirliyi tərəfindən  müəyyənləşdirildikdən sonra veriləcək”.

Xəbər lenti