![]() |
|
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Fazil Qurbanov vəfat edib.
"Ölkə.Az" xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, F.Qurbanov 1944-cü ildə Bakı şəhərində anadan olub. F.Qurbanov tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvüdür (2017). O, 2016-cı ildə Ümum-Rusiya Azərbaycan Konqresinə sədr seçilib.
Deputatların sağlamlığının təmin edilməsi məqsədi ilə iclasların bir qismi onlayn formada keçirilib.
Bunu Milli Məcliisn iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bu günİqtisadi siyasət komitəsinin iclasının deputatlaırn və hökumət üzvlərinin iştirakı ilə keçirilməsi Milli Məclis Sədrinin tapşırığı əsasında keçirilir. “Məqsəd növbəti ilin büdcəsi barədə həm deputatlara, həm də ictimaiyyətə geniş məlumat verməkdir. İclasa qatıla bilməyən deputatlar iclası onlayn formada izləyə bilirlrə. Onlar sadəcə dinləyə biləcəklər. Deputatlaırn müzakirədə iştirak etmək və təklif vermək imkanı olmayacaq. Onlar öz təkliflərini ancaq yazılı formada verə bilərlər”- komitə sədri qeyd edib.
Komitə sədri bildirib ki, sabahdan etibarən büdcə parlamentin plenar iclasda müzakirə ediləcək.
“2020-ci il dünya ölkələri üçün elə də uğurlu il olmasa da, Azərbaycan üçün uğurlu və qələbə ili olub. Belə ki, cənab prezidentin rəhbərliyi altında 44 günlük Vətəna müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız işğaldan azad edilib. Bu qələbə təkcə 44 günlük Vətən müharibəsinin nəticəsi kimi baxmaq düz deyil, bu qələbə uzun illər bpyunca görülən məqsədyönlü fəaliyyətin nəticəsidir”- o qeyd edib.
O əlavə edib ki, pandemiya ölkə iqtisadiyyatına öz mənfi təsirlərini göstərsə də, müxtəlif sahələrdə artım qeydə alınıb: “ Bu da Prezidentin həyata keçirdiyi iqtisadi siaysət nəticəsində mümkün olub”.
Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Göyçay şəhərinin Baş planı” təsdiq edilib.
Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Göyçay şəhərinin təsdiq edilmiş Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanıb.
“Göyçay şəhərinin Baş planı” 2035-ci ilə qədər olan dövrü əhatə edir.
Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nı təsdiq edib.
Bununla bağlı sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilib.
“Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Nazirlər Kabinetinin bəzi hissələri ləğv olunub.
“İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protezortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarın bir sıra maddələri ləğv edilib.
Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
“Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. Mütəxəssislər bu proqram üzərində çalışır”.
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.
TƏBİB sədri qeyd edib ki, insanlara vaksinin hər iki dozası vurulacaq:
“Birinci vurduran insanlara ikinci dozanı vurdurmaları üçün xəbərdarlıq ediləcək. Elektron sistem e-təbib proqramı üzərində olacaq. Sistem demək olar ki, tam hazırdır. Bundan başqa, bizim tərəfimizdən barkodlu və hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb.
Ehtiyac yarandığı təqdirdə peyvənd etdirəcək şəxslərə bu pasport veriləcək. Əgər hər hansı xarici ölkə koronavirusla əlaqəli nəsə sənəd tələbi irəli sürsə, həmin pasport təqdim ediləcək”.
“Azərbaycana gətiriləcək yeni növ koronavirus infeksiyasına qarşı vaksindən imtina edəcək şəxslərə yoluxduruculuq ehtimalının qalmasına inandıracağıq”.
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.
TƏBİB sədri qeyd edib ki, ölkədə bu günə qədər aparılan vaksinasiya könüllü şəkildə olub:
“Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin. Bunun üçün də ən şəffaf məlumatları ictimaiyyətlə paylaşmaqla onları inandıracağıq. Onların ailə üzvlərinin sağlamlığının keşiyində durmalarının ən etibarlı yolunun məhz vaksinasiya edilməsindən keçdiyinə inandıracağıq”.
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.
Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur.
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci ilin dekabrın 22-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1360 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.
Eləcə də, qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2626 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk.
Müdafiə Nazirliyi Zəngilan rayonunun Mincivan qəsəbəsindən videogörüntülər yayımlayıb.
Həmin görüntüləri təqdim edirik:
Ötən gün Bakıda yerləşən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin günlərində özünə yubiley mərasimi keçirməsinə dair videogörüntülər yayılıb.
Həmin görüntülər barədə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və fakt öz təsdiqini tapıb.
Belə ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, Nailə Məmmədova karantin qaydalarını pozduğu üçün cərimələnib:
“Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı sosial şəbəkədə yayılan video materiallar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfidən dərhal araşdırılıb. Nəticədə fakt təsdiqini tapıb.
Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən daha bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar yazılıb. Məclisdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir”.