Bakıdakı şadlıq saraylarında toylar dayandırılıb

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib.

Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-sı Azərbaycan ərazisində matəm elan edilib. Matəmlə əlaqədar bayraqlar endirilib.

Bəs Bakıdakı şadlıq saraylarında vəziyyət necədir? Bu günə olan məclislərlə bağlı hansı tədbir görülüb?

Modern.az mövzu ilə bağlı Bakıdakı şadlıq sarayları ilə əlaqə saxlayıb.

Məşhur restoranlardan bəziləri saytımıza bildirib ki, şadlıq saraylarında əvvəlcədən planlaşdırılan toy və digər mərasimlər ləğv edilib.

Şadlıq saraylarının bəzilərində bu gün əvvəlcədən toy planlaşdırılmayıb, əksəriyyətində isə toylar dayandırılıb.

azerbaycanli-hekim-ve-psixoloqlar-yaralilara-xidmet-edir-video

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

 

 



 
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən “Embraer 190 AR” təyyarəsinin qəzaya uğraması xəbəri aviasiya aləmini şoka saldı. Təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Təyyarədə olan 67 nəfərdən 29-u ekipajın çevik hərəkətləri və hava gəmisinin konstruksiya xüsusiyyətləri sayəsində sağ qalıb.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib və araşdırmalar başa çatana qədər hər hansı bir nəticə çıxarmaq tezdir.

Operativ reaksiya

Qəza barədə məlumat operativ xidmətlərə çatan kimi Azərbaycan rəhbərliyi ildırım sürəti ilə reaksiya nümayiş etdirdi. İnsident ilə bağlı məlumat daxil olan zaman Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Moskva səmasında idi və dərhal Bakıya qayıtmaq əmri verildi, havada olan təyyarə isə operativ qərargah kimi fəaliyyətə başladı. Prezidentə elə təyyarənin göyərtəsində vəziyyətlə bağlı məlumat verildikdən sonra o, aidiyyəti strukturlara tapşırıqlar verdi.

Bakı hava limanına endikdən sonra əsas dövlət qurumlarının iştirakı ilə təcili iclas keçirildi. Hadisənin araşdırılması üçün dövlət komissiyası, nazirliklərin və digər strukturların nümayəndələrindən ibarət qrup yaradıldı və onlar dərhal təbii fəlakət yerinə yollandı.

Azərbaycanın dövlət qurumları, hadisənin milli hava məkanından kənarda baş verməsinə baxmayaraq, qazaxıstanlı həmkarları ilə koordinasiya halında ictimaiyyəti mümkün qədər çox məlumatlandırmağa çalışdı.

Qazaxıstan tərəfi də faciəyə yüksək operativlik və həssaslıq nümayiş etdirdi. Qısa zamanda iki ölkənin müvafiq orqanları arasında birbaşa məlumat mübadiləsi yaradıldı. Hadisə yerində xilasetmə işlərinə başlanıldı, eyni zamanda yaralılar üçün qan verən yerli sakinlərdən də kömək gəldi.

Qazaxıstan ictimaiyyəti dərin anlayış nümayiş etdirdi: Azərbaycanın Qazaxıstandakı səfirliyi qarşısında gül dəstələri qoyuldu. Bu cür addımlar faciələr zamanı beynəlxalq həmrəyliyin vacibliyini göstərir.

Fövqəladə vəziyyətdə etibarlılıq və peşəkarlıq

Qəzanın rəsmi səbəbləri hələ müəyyən edilməsə də, sərnişinlərin bir qisminin xilas edilməsində ekipajın qərarlarının və addımlarının mühüm rol oynadığı artıq aydındır.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə insanları xilas etmək üçün əlindən gələni edən pilotların əsl qəhrəmanlıq və peşəkar hərəkətləri əks olunub.

Son 30 ildə bu, AZAL ilə bağlı üçüncü təyyarə qəzasıdır.

Birinci qəza 1995-ci ildə baş verib. Naxçıvandan Bakıya uçan “Tu-134B-3” təyyarəsi mühərrik nasazlığı və ekipajın səhvi səbəbindən qəzaya uğrayıb. O zaman təyyarədə olan 82 nəfərdən 52-si həlak olmuşdu. İkinci aviaqəza 2005-ci ildə baş verib. Bakıdan Aktauya uçan “An-140” təyyarəsi ekipaj üzvlərinin məkan oriyentasiyasını itirməsi səbəbindən Xəzər dənizinə düşüb. 23 nəfərin hamısı həlak olub.

Hər faciə donanmanı modernləşdirmək və ekipaj təlim standartlarını yüksəltmək üçün stimul olub.

Bu gün AZAL-ın hava parkına müntəzəm sərnişindaşımaları üçün istifadə olunan 25 təyyarə daxildir. Onların orta yaşı 11 il təşkil efir.

Yeni təyyarələrin alınması ilə aviaşirkət öz donanmasını daha səmərəli və ekoloji cəhətdən təmiz etmək üçün köhnə təyyarələri tədricən istifadədən çıxarır. Hava səyahətlərinin etibarlılığını və səmərəliliyini daha da artırmaq üçün şirkət yeni “Airbus Neo” və geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələrinin tədarükü üzrə müqavilələr imzalayıb.

AZAL-ın aviaparkına çətin hava şəraitində, o cümlədən yüksək rütubət və yüksək temperaturda dayanıqlığı ilə seçilən “Embraer 190” təyyarələri də daxildir. Bu model həm də regional uçuşlar üçün ən etibarlı modellərdən biri kimi tanınır.

AZAL 2030-cu ilə qədər yalnız 2-3 növ təyyarənin istifadəsinə keçməyi, hava gəmiləri parkında orta yaşı 5-6 ilə endirməyi planlaşdırır ki, bu da aviasiya sənayesi üçün yaxşı göstəricidir. Bu yanaşma təyyarələrə texniki qulluq və kadr hazırlığı ilə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaldacaq.

Pilotların ixtisaslarının və bacarıqlarının artırılması üçün 2010-cu ildən Bakıda mülki aviasiya mütəxəssislərinin hazırlığını həyata keçirən AZAL-ın Pilotların Hazırlıq Mərkəzi fəaliyyət göstərir. Hər il 7 mindən çox insan təkmilləşdirmə kursları, o cümlədən “Airbus”, “Boeing”, ATR və “Embraer” üçün müasir uçuş simulyatorları üzrə praktiki təlimlər keçir.

Mərkəzdə “Embraer 190” pilotları üçün ixtisaslaşdırılmış təlim kompleksi quraşdırılıb ki, bu da mütəxəssisləri xaricə göndərmədən Azərbaycanda təlim keçməyə imkan verir. Mərkəz xarici aviaşirkətlərin pilotlarına da xidmət göstərir.

Bütün bu tədbirlər Azərbaycanın etibarlı hava daşımalarına nail olmaq, müasir texnologiyaların tətbiqi, hava gəmiləri parkının yenilənməsi və təhlükəsizlik standartlarının təkmilləşdirilməsinə sadiqliyini göstərir.

Bugünkü qəza aviasiyanın gözlənilməzliyini və təhlükəsizliyi yaxşılaşdırmaq üçün davamlı çalışmağın vacibliyini xatırladır.

Bugünkü qəza aviasiyanın gözlənilməzliyini və təhlükəsizliyi yaxşılaşdırmaq üçün davamlı çalışmağın vacibliyini xatırladır.

Təəssüf ki, təyyarə qəzaları dünya aviasiya tarixinin ayrılmaz hissəsidir. Mövcud məlumatlara görə, bir insan ölümcül qəzaya düşmək üçün 25,2 min ildən çox müddətdə hər gün uçmalıdır.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatına görə, 2024-cü ildə bütün təyyarə qəzalarının 36 %-i və insan ölümünün olduğu beş qəzadan dördü turbovintli təyyarələrin payına düşüb.

İctimai nəqliyyatda şagirdlər üçün gediş haqqı problemi: Necə həll olunmalıdır?

Bakıda avtobus sürücülərinin bəziləri şagirdləri ictimai nəqliyyata buraxmır. Dərsə gedən şagirdin hər birindən avtobusda gediş haqqı tələb olunur. Əksər şagird isə pulu olmadığından gediş haqqı vermədən avtobusu tərk edir.

Onların bu hərəkəti sürücüləri özündən çıxarır. Hətta bəzi sürücülər şagirdlərin arxasınca qışqır-bağır salaraq "hamınıza evdən çıxanda yol pulu verirlər, qəsdən vermirsiniz. "Köpək uşağı" gediş haqqını verməsəniz sizi avtobusa qoymayacam. Gedin evdə deyin ki, sürücü belə dedi" deyə onları aşağılayırlar.

Bəzi sürücülər isə şagirdlər avtobusa minməsin deyə bilərəkdən nəqliyyat vasitəsini məktəbin yanındakı dayanacağa 100 metr qalmış saxlayır. Şagirdlər gecə saatlarına kimi gözləməli olur, ya da 6-7 dayanacaq olan məsafəni piyada getməli olur.

Valideyn bir uşağı məktəbə aparmaq üçün ən azı 30, iki uşağa isə 60 manat ödəyir.

İctimai nəqliyyatda məktəblilərə niyə güzəşt edilmir?

4 çağırış Milli Məclisin deputatı olmuş Rüfət Quliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatın 60-70%-i şəxsi mülkiyyətdədir:

"Bu məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məşğul olmalıdır. Uşaqlar üçün xüsusi abonomentlər verilməlidir, ya da minumum qiymətə onlara satılmalıdır. Bunun həlli yolu budur. Bakının özündə 30-40 şirkət fəaliyyət göstərir. Onların hərəsinə bir məktub yazsan ki, şagirdlərdən gediş haqqı alınmasın, bu düz olmaz. Amma SSRİ vaxtında xüsusi bir aylıq abonomentlər var idi. Onun birini alanda bir ay avtobusda, trolleybuslarda, hətta metroda da istifadə etmək olardı. Bunun üçün xüsusi qanun lazım deyil, Nazirlər Kabineti 17-18 yaşına çatana qədər şagirdlər üçün qərar çıxartmalıdır. Bunu müzakirə edib, təkliflər vermək olar".

Sabiq deputat Etibar Əliyev isə burada bir nizamsızlıq, xaos hökm sürdüyünü xatırladıb:

"Şagirdlər avtobusdan pulsuz istifadə etməlidir. Belə hadisə ilə mən də rastlaşmışam və buna görə mənə də müraciət ediblər. Avtobus sürücüləri məktəbin yanında saxlamırlar. Bu hal nizamlanmalıdır, onsuz da valideynlərin kifayyət qədər təhsilə xərci çıxır. Bu gün ibtidai sinif şagirdləri də müəllim yanına hazırlığa gedirlər. Bu küllü miqdarda vəsait edir, valideynlərin büdcəsi dağılır".

Etibar Əliyev hesab edir ki, əgər məktəbdə normal təhsil olsa, valideyn bu vəsaiti övladının geyiminə və qidalanmasına xərcləyər:

"Yay aylarında dincəlməsinə də xərcləyə bilər. Bu pul valideynlərdən çıxır. Sovet vaxtı daimi bir kart verərdilər ki, bununla da bir aylıq avtobusdan istifadə etmək olardı. Avtobusa ödənilən vəsaitdən 80% ucuz başa gəlirdi. Bu sistemə keçid etmək lazımdır. Bu vəsiqələrin hər biri şagirdlərə verilməlidir. İkincisi, isə sürücülərin avtobusu saxlamaması, şagirdləri nəqliyyata götürməməsində bir tərbiyyəsizlik hökm sürür. Bu uzun illərdir ki, belədir, amma heç bir qurum ölçü götürmür".

Etibar Əliyev deyir ki, problem onun deputat olduğu illərdə Milli Məclisdə qaldırılıb:

"Mən özüm bu məsələni parlamentdə qaldırdım, amma məsələ müzakirə olunmadı və belə də qaldı. Gündə bir şagirdə gediş haqqı bir manat edir. İndiki əmək haqqı ilə şagirdə çəkilən xərc uzlaşmır. Düşünürəm ki, ən azı şagird sayı çox olan məktəblərə avtobus ayrılmalıdır. Dərsə gecikmə halları bütün dünyada qəbul olunmur. Şagird və valideynlərin bu məsələdə özlərinə bəraət qazandırmaları haqlıdır. Sürücü sən niyə şagirdi avtobusa minməyə qoymursan axı. Elm və Təhsil Nazirliyi bu kimi məsələlərə müdaxilə etmiş olsaydı, problem həllini tapardı".

Etibar Əliyev vurğulayıb ki, şagirdi avtobusa minməyə qoymayan sürücü cəzalanmalıdır:

"Bu şagirddir, cəmiyyətin gələcəyidir. Təhsil haqqında qanunda da bu var. Şagirdi avtobusa söyüşlə, təhqirlə mindirirlər, bu da onların psixologiyasına təsir edir. Bu məsələni heç psixoloqlar da qaldırmır. Bir neçə nəfər cəzalansa və bunu təbliğatı aparılsa, heç kəs şagirdi gediş haqqı vermədiyi üçün təhqir etməz. Şagird məktəbə nəylə getməlidir? Piyada? "Valideyn sənə pul verir, amma siz vermirsiniz” fikirində şagirdə böhtan atılır. Hardan bilirsən ki, doğrudan da pul veriblər? Bunlar gənc nəsili, yeniyetmələri bilərəkdən zəhərləyirlər. Düşünürəm ki, burada Elm və Təhsil Nazirliyindən nəsə ummaq yersizdir. Onlar nəsə etmək istəsəydilər, bunu çoxdan edərdilər”.

Nazim Eynallı Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib - FOTO
AAYDA “19№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mükafata layiq görülüb.

Yol-xeber.az xəbər verir ki, Nazim Eynallı Müdafiə nazirinin birinci müavini general-palkovnik Kərim Vəliyev tərəfindən imzalanan “Fəxri Fərman”la təltif olunub.

Belə ki, Fəxri Fərman
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndəsi tərəfindən təqdim edilib.

Qeyd edək ki, Fəxri Fərman AAYDA “19№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı Nazim Eynallıya
Azərbaycan ordusunun təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik hisslərinin və döyüş ruhunun yüksəldilməsində, ordu ilə xalqın mənəvi birliyinin daha da möhkəmləndirilməsində fəal iştirak etdiyinə görə, həmçinin 8 noyabr - “Zəfər Günü”nün dördüncü ildönümü münasibətilə verilib.

sosial-yardim-ne-qeder-artacaq

“Azərbaycan Prezidenti 2024-cü il üçün ehtiyac meyarı həddini təsdiq edib. Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Deputat qeyd edib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına da səbəb olacaq:

“Ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin aylıq rəsmi gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq.

Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat). Nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat) olur. Bu artım sosial qayğıya ehtiyacı olan ailələrin daha yaxından dəstəklənməsinə xidmət edir”.

Tələbə kartının üstünlükləri nələrdir? - AÇIQLAMA

"Tələbə kartlarının tətbiqi tələbələrin yalnız təhsil prosesində deyil, həm də sosial və iqtisadi həyatda daha aktiv iştirakını təmin edə bilər. Bu cür təşəbbüslər, həmçinin, gənclərin rifahını artırmaq və onların potensialını daha yaxşı reallaşdırmaq üçün mühüm bir addım ola bilər".

Bunu "Qaynarinfo"ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 170 min tələbəyə vahid tələbə kartı verilməsi ilə bağlı danışarkən deyib.

Ekspert hesab edib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımların tələbələrə uzunmüddətli fayda təmin edəcəyi gözlənilir:

"Tələbə kartları dünyada geniş tətbiq olunan və gənclərin sosial rifahını, təhsil keyfiyyətini və həyat standartlarını artırmaq məqsədi daşıyan bir alətdir. Bu kartların Azərbaycanda istifadəyə verilməsi də tələbələrin təhsil həyatını və dərsdənkənar fəaliyyətlərini dəstəkləmək baxımından mühüm bir addımdır. Beynəlxalq təcrübə göstərir ki, belə kartlar vasitəsilə tələbələr müxtəlif sahələrdə imtiyazlardan yararlanaraq, daha əlverişli sosial və iqtisadi şərait əldə edirlər. Məsələn, Avropa Birliyi ölkələrində tətbiq olunan European Youth Card sistemi tələbələrə 36-dan çox ölkədə 60 mindən artıq xidmət və məhsul üçün güzəştlər təqdim edir. Bu imtiyazlar əsasən ictimai nəqliyyat, təhsil resursları, mədəni tədbirlər və turizm sahələrini əhatə edir. ABŞ-da tələbə endirimlərini təşviq edən ISIC (International Student Identity Card) kartı 130-dan çox ölkədə tələbələrə minlərlə xidmətə çıxış imkanı yaradır. Bu cür sistemlər tələbələrin iqtisadi yükünü azaltmaqla yanaşı, onların sosial aktivliyini də artırır".

Kamran Əsədov hesab edir ki, Azərbaycanda yeni tələbə kartlarının istifadəsi aşağıdakı sahələrdə tələbələr üçün əhəmiyyətli güzəştlər yarada bilər:

"İctimai nəqliyyatda güzəştlər bu kartların ən çox gözlənilən funksiyalarından biridir. Məsələn, Türkiyədə tələbələr ictimai nəqliyyatdan istifadə edərkən 50%-ə qədər güzəşt əldə edirlər. Azərbaycanda da belə bir modelin tətbiqi tələbələrin gündəlik xərclərinin azalmasına ciddi təsir göstərə bilər. Eyni zamanda, şəhərlərarası nəqliyyat və aviaşirkətlərdə tətbiq ediləcək endirimlər tələbələrin daha çox səyahət etməsinə, təcrübə qazanmasına və müxtəlif ölkələrin təcrübələrini öyrənməsinə şərait yaradacaq".

Ekspert qeyd edib ki, təhsil və tədris materialları sahəsində güzəştlər də tələbələr üçün mühüm əhəmiyyət kəsb edir:

"Məsələn, Almaniyada tələbələr təhsil kartları vasitəsilə dərsliklər, proqram təminatları və elektron təhsil resurslarına xüsusi endirimlə çıxış əldə edir. Azərbaycanda bu cür imtiyazlar kitab mağazaları, elektron kitab platformaları və tədris kursları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilə bilər. Bu, təhsil resurslarına əlçatanlığı artırar və tələbələrin akademik müvəffəqiyyətinə töhfə verər".

Ekspertin fikirincə, mədəniyyət və əyləncə sahəsində də tələbə kartlarının geniş tətbiqi tələbələrin həyat keyfiyyətini artırmaqda mühüm rol oynayır:

"Məsələn, Böyük Britaniyada tələbə kartı ilə teatr, kinoteatr və konsertlərə girişdə 30%-ə qədər güzəştlər təklif olunur. Azərbaycanda da muzeylər, teatrlar və sərgilər kimi mədəniyyət obyektlərinə güzəştlər tələbələrin mədəni inkişafına və dünya görüşünün genişlənməsinə imkan yarada bilər. Statistikaya əsasən, Avropada tələbələrin 85%-i müxtəlif güzəştlərdən istifadə edən kartlara sahibdir. Bu, onların sosial və iqtisadi xərclərinin azalmasına ciddi təsir göstərir".

Kamran Əsədov əlavə edib ki, Azərbaycanda da tələbə kartlarının tətbiqi genişlənərsə, bu göstəricilərə uyğun müsbət nəticələr əldə etmək mümkündür:

"Eyni zamanda, tələbə kartları vasitəsilə turizm sahəsində endirimlər tələbələrə yerli və beynəlxalq səfərlər etmək üçün daha əlverişli şərait yaradacaq. Bu, tələbələrin həm yerli, həm də qlobal miqyasda fərqli təcrübələr qazanmasına töhfə verər".

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun məlumatına əsasən hazırda 170 min tələbəyə vahid tələbə kartı verilib.
Sabah hava yağmursuz olacaq - PROQNOZ

Azərbaycanda dekabrın 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15 ° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

İldırım Allahyarov: “Qətiyyətli Lider - Güclü Dövlət, Tarixi Zəfər və Böyük Qayıdışın Yol Xəritəsi”

21 il Ulu Öndər Heydər Əliyevin arzularının reallığa çevrildiyi dövrdür. Amma bu mühüm məqamı qeyd etməliyik ki, bu uğurlara yol açan, onları şərtləndirən, təbii ki, möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət, hədəflərə inamla addımlamaqdır.  Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında mühüm xidmətlərindən biri 2003-cü ildə Azərbaycanın bugünkü və gələcək inkişafını təmin etmək üçün növbəti inam  ünvanını dəqiq göstərməsi oldu. 2003-cü ildə cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanması Heydər Əliyev yolunun davamı oldu. Bu yol hər an Azərbaycana möhtəşəm uğurlar qazandırır. Cənab İlham Əliyevin Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycana hansı uğurları qazandırdığı göz önündədir. Tarixi Zəfərimiz bu uğurların zirvəsi oldu. 21 illik Prezidentlik dövrünün 17 ilini torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində hazırlıq işlərinə yönəldən dövlət başçısı İlham Əliyev Zəfərə imza atmaqla adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Bu, hər bir Azərbaycan üçün qürurvericidir. Ulu Öndər Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər Lider amilinin hər bir ölkənin, xalqın taleyində roluna işıq salır. Dövlətinin, xalqının gələcəyini düşünən, torpağına, Vətəninə bağlı Liderlər hər zaman ölkəsini yeni-yeni hədəflərə doğru aparır, uğurlarından qürur hissi keçirir. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi, ona göstərilən etimadı, inamı doğrultduğu üçün xoşbəxtdir. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağını ucaltmaqdan xoşbəxt nə ola bilər ki?

Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldarkən “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirlərinin davamı olaraq bildirdi ki, o vaxt demişdim nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş bu gün buradayıq, Xankəndidəyik. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə  tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrildi.  2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Ölkəmizin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Ötən ilin sentyabrında rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edidi. 20 sentyabr yeni dövrün başlanğıcı oldu.  Bu gün Azərbaycan yeni dövrün hədəflərini uğurla həyata keçirir.

 Göründüyü kimi, Heydər Əliyev yolu Azərbaycana daim möhtəşəm uğurlar qazandırır, yeni-yeni hədəflərə çağırış edir. Qarşıdakı dövrün  hədəfi isə Qərbi Azərbaycana qayıdışımızdır.



19 Saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin müdiri Nazim Eynallı  - 2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqa müraciətində cənab İlham Əliyevin uzaqgörənliyi, təcrübəsi və liderlik bacarıqları ilə Azərbaycanı daha da yüksək zirvələrə aparacağına inamını ifadə etmişdir. Xalqın böyük dəstəyi ilə hakimiyyətə gələn Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi son 21 il ərzində ölkəmizin hərtərəfli inkişafını əsas prioritet olaraq müəyyənləşdirmişdir. Ötən dövr dövlətimizin həm regional, həm də beynəlxalq siyasətdə mövqeyinin möhkəmləndiyi, ərazi bütövlüyünün tam təmin edildiyi və iqtisadi rifahın yüksəldiyi bir mərhələ kimi tarixə yazılmışdır. Azərbaycan qlobal miqyasda öz sözünü deyən, güclü iqtisadiyyata, müstəqil siyasətə və dayanıqlı müdafiə qüdrətinə malik dövlətə çevrilmişdir.

Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar nəticəsində neft-qaz sənayesindən əldə olunan gəlirlərin iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsinə, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönləndirilməsi Azərbaycanın inkişafında müstəsna rol oynamışdır. Ölkəmizdə sabitlik və əmin-amanlığın ən yüksək səviyyədə təmin olunması qazanılan uğurlarda olduqca əhəmiyyətli rol oynayır. Bu illər ərzində ölkəmizdə hüquqi dövlət quruculuğu, o cümlədən qanunun aliliyinin, fundamental hüquq və azadlıqların tam dəstəklənməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.

Gənclərin potensialından səmərəli istifadə edilməsi müasir, müstəqil Azərbaycanın intensiv və dayanıqlı inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti gənclərin hərtərəfli inkişafına, onların intellektual, mənəvi və fiziki bacarıqlarının tam şəkildə üzə çıxmasına əlverişli şərait yaratmışdır. Bu siyasət Azərbaycanın gənc nəslinin milli-mənəvi dəyərlərə bağlı, müasir bilik və bacarıqlarla təchiz olunmuş, beynəlxalq səviyyədə rəqabətqabiliyyətli kadrlar kimi formalaşmasını təmin etmişdir. Dövlət başçısının təşəbbüsü ilə gənclərin təhsili, sosial rifahı və məşğulluğu istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Təhsildə aparılan islahatlar nəticəsində gənclərin yüksək səviyyəli ali təhsil alması üçün geniş imkanlar yaradılmış, xarici universitetlərdə təhsil almaq istəyənlər üçün dövlət proqramları icra olunmuşdur. Gənclərin texnologiya, mühəndislik və innovasiya sahələrində müasir biliklərə yiyələnməsi Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas prioritetlərdən biri kimi diqqət çəkir.

Gənclərin məşğulluq imkanlarının artırılması üçün genişmiqyaslı layihələr icra edilir. “Gənclərin məşğulluq proqramı”, startap layihələrinə dəstək və gənclər üçün xüsusi güzəştlərin tətbiqi onların iqtisadi müstəqilliyinə nail olunmasında mühüm rol oynayır. İdarəetmə və özəl sektorda gənc kadrların irəli çəkilməsi, dövlət xidmətində onların fəal iştirakı təmin edilir ki, bu da gənclərin öz potensialını tam şəkildə reallaşdırmasına imkan yaradır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan gəncliyi beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən, milli maraqları qoruyan, sosial-iqtisadi və elmi-texniki inkişaf proseslərinə fəal şəkildə töhfə verən əsas qüvvəyə çevrilmişdir. Bu, dövlətimizin davamlı inkişafını təmin edən strateji xəttin ayrılmaz bir hissəsi kimi, Azərbaycanın gələcəyini daha işıqlı və parlaq edir.

Cənab İlham Əliyev fəaliyyəti dövründə Heydər Əliyevin ideyalarına sadiq qalaraq ölkənin hərtərəfli inkişafını təmin etmək üçün bütün sahələrdə mütərəqqi islahatlar həyata keçirmişdir. Onun liderliyi dövründə ən böyük tarixi hadisələrdən biri 2020-ci ildə Ermənistan üzərində qazanılan tarixi Zəfər olmuşdur. 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmişdir. Bu Zəfər təkcə hərbi sahədə deyil, həm də siyasi və diplomatik cəhətdən Azərbaycan üçün əhəmiyyətli dönüş nöqtəsi idi.

Prezident, Ali Baş Komandan İlham Əliyev müharibə dövründə beynəlxalq platformalarda Azərbaycanı böyük əzmlə müdafiə edərək dünya ictimaiyyətini dövlətimizin haqlı mövqeyinə inandırdı. Şuşanın azad edilməsi isə Azərbaycanın tarixi-mədəniyyət paytaxtını geri qaytarmaqla xalqımız üçün milli qürur simvoluna çevrildi. Bununla qalib xalqın qalib Lideri ölkə daxilində və xaricində bir daha böyük nüfuz qazandı.

2023-cü ildə Azərbaycan Qarabağda qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsi və ölkə ərazisində dövlət suverenliyinin tam təmin olunması üçün lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bu əməliyyat qısa müddət ərzində uğurla başa çatdırıldı və bölgədə davamlı sülhün bərpasına zəmin yarandı. Prezident İlham Əliyev bu hərbi əməliyyat zamanı da diplomatik və hərbi balansı qoruyaraq beynəlxalq ictimaiyyətin dəstəyini qazandı.

Müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı üçün Böyük Qayıdış Proqramı elan edildi. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli abadlıq-yenidənqurma işləri həyata keçirilir. Zəngilan və Füzuli Beynəlxalq Hava limanlarının açılışı, Şuşa, Laçın, Ağdam, Cəbrayıl və digər rayonlarda ən müasir şəhər, kənd və qəsəbələrin salınması dövlətimizin qüdrətini bir daha nümayiş etdirir.

Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mədəniyyət, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində geniş yeniliklər reallaşdırılır. Bu ərazilərdə beynəlxalq investorların cəlb olunması təmin edilməklə bölgənin dayanıqlı inkişafı prioritet kimi müəyyənləşdirilmişdir.

Cənab İlham Əliyevin liderliyinə xalqın dəstəyi 2024-ci il fevralın 1-də keçirilən prezident seçkilərində növbəti dəfə öz əksini tapdı. İlk dəfə suverenliyi və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanın bütün ərazilərində keçirilən bu Zəfər seçkiləri qalib xalqın Lideri İlham Əliyevin siyasətinə və idarəçilik bacarığına olan yüksək etimadını bir daha göstərdi. O, seçkilərdən sonra ölkəmizdə davamlı islahatların aparılacağını və dövlətimizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiriləcəyini vəd etdi və hazırda bu istiqamətlərdə bütün işlər ardıcıl olaraq həyata keçirilir.

Ötən dövrdə Azərbaycan qlobal səviyyədə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycanın qlobal miqyasda nüfuzunun göstəricisi idi. Azərbaycan bu möhtəşəm tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakını və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəni nümayiş etdirmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın 2024-cü ildə D-8 təşkilatına üzv qəbul edilməsi dövlətimizin iqtisadi və siyasi əlaqələrinin daha da genişləndirilməsi üçün yeni imkanlar açır. Azərbaycan həm də enerji təhlükəsizliyi, nəqliyyat və ticarət sahələrində beynəlxalq əməkdaşlığın inkişafında strateji rol oynamağa davam edir.

Dövlət başçısının uğurlu fəaliyyətində iqtisadi inkişaf və sosial rifahın artırılması hər zaman əsas prioritetlərdən biri olmuşdur. Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılması üçün geniş islahatlar həyata keçirilmişdir. Azad edilmiş ərazilərdə sənaye parklarının qurulması, kənd təsərrüfatının inkişafı və tranzit potensialının artırılması istiqamətində addımlar atılmışdır.

2003-2024-cü illər ərzində dövlətimizin başçısı Azərbaycanın hərtərəfli inkişafına nail olmuş, ölkəni regionun lider dövləti səviyyəsinə çatdırmışdır. Onun strateji baxışı, qətiyyəti və xalqına olan sevgisi sayəsində Azərbaycan həm daxili, həm də xarici arenada misilsiz nailiyyətlər əldə etmişdir. Müzəffər Lider Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kursu layiqincə davam etdirərək Azərbaycan xalqının bütün arzularını gerçəkləşdirmiş və müasir dövlət quruculuğunda misilsiz rol oynamışdır. Bu dövr təkcə Zəfər tarixi deyil, həm də Azərbaycanın dünya xəritəsində əzəmətli yer tutduğu mərhələ kimi yadda qalacaq.

Xəbər lenti