![]() |
|
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, komitə sədri Hicran Hüseynova çıxışında deyib ki, ailələrdə bir sıra boşluqlar, narahatedici məqamlar var. Bu mövzular hazırda cəmiyyətin və dövlətin diqqətindədir.
Komitə sədri qeyd edib ki, hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var. Çox təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığını və boşanmaların artdığını müşahidə edirik. Qeyd edilib ki, cari ildə COVID-19 pandemiyası nikahların və boşanmaların sayına təsir göstərib. Bir çox ölkələrdə demoqrafik artım mənfi tendensiya ilə müşahidə olunur.
Hicran Hüseynova qeyd edib ki, mütəxəssislərin rəyinə görə, bu, ailə üzvləri arasındakı münaqişələrin, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, karantin dövründə ailədaxili münasibətlərin, şəxslər arasında qarşılıqlı münasibətlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ailədə meydana çıxan çətinliklərin vaxtında üzə çıxarılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixoloji sağlamlığının qorunmasına xidmət etmiş olar.
44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında hərbi əməliyyatlarla yanaşı, ölkəmizin dinc əhalisinin də düşmənin təxribatçı hücumlarına məruz qaldığını deyən komitə sədri bildirib ki, bütün bu hadisələri yaşamış insanlar çox ağır psixoloji zərbə alıblar. Uşaqlar valideynsiz qalıb, valideynlər övladlarını itiriblər, çoxsaylı ailələrin evləri tamamilə dağıdılıb. Bu insanları yenidən cəmiyyətə inteqrasiya etmək üçün sosial-psixoloji xidmətin göstərilməsi çox vacibdir.
İnsanlarda müharibə daha dərin iz buraxıb. Belə insanlarla mütəxəssislərin görüşməsi, onların vəziyyətinin qiymətləndirilməsi çox vacibdir. Ehtiyacı olanlara isə davamlı yardım göstərilməlidir.
Qeyd edilib ki, müvafiq dövlət qurumları, o cümlədən Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri, qeyri-hökumət təşkilatları öz fəaliyyətləri sahəsində müəyyən işlər görürlər. Bu işlər daha da gücləndirilməlidir.
Bu barədə "Ölkə.Az"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Ölkəmiz uzun illər ərzində həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib. Azərbaycanda mədəni irsin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Ölkəmizin Ümumdünya İrs Komitəsinin ötən il keçirilən sonuncu sessiyasına uğurla ev sahibliyi etməsi mədəni irsin qorunmasına Azərbaycanın verdiyi əhəmiyyətin, eyni zamanda üzv dövlətlərin Azərbaycana inam və etibarının yüksək ifadəsidir. Azərbaycan Respublikasının təşəbbüsü və dəstəyi ilə YUNESKO tərəfindən ilk dəfə olaraq “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması ilə bağlı Hərbi Bələdçi” adlı nəşrin ərsəyə gəlməsi ölkəmizin YUNESKO-nun dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ökəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərin araşdırılması məqsədilə YUNESKO-ya çağırışlarımıza laqeyd yanaşılıb və bu məsələ ilə bağlı YUNESKO Katibliyi qətiyyətlilik nümayiş etdirməmişdir.
YUNESKO tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına missiyanın göndərilməsi təklifinin Azərbaycan tərəfindən nəzərdən keçirilməsi barədə təşkilata dəfələrlə məlumat verilib. Məsələ ilə bağlı vurğulanmalıdır ki, mədəni mülkiyyətimizə vurulmuş zərərin dəyərləndirilməsinə dair bölgəyə YUNESKO missiyasının təşkili zamanı bir sıra amillər, o cümlədən ərazidə təhlükəsizliyin təmin olunması, hava və çətin relyef şəraiti də nəzərə alınmalıdır. Məlum olduğu kimi, Azərbaycan əraziləri Ermənistan tərəfindən həm işğal müddətində minalanıb (hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli bəyanatdan etibarən 6 mülki şəxs və 6 hərbçi minaya düşərək həyatını itirib, 7 mülki şəxs və 14 hərbçi isə xəsarət alıb), həm də Ermənistan ordusu işğal edilmiş ərazilərimizdən geri çəkilərkən tarix və mədəniyyət abidələrinin ətrafını da minalayaraq ərazini təhlükəli bölgəyə çevirib.
İşğaldan azad edilən Azərbaycan torpaqlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsin ilkin monitorinqinə başlanılıb və ilkin monitorinqin nəticələri YUNESKO-ya rəsmi şəkildə təqdim olunub. Monitorinqin hesabatında, həmçinin vaxtilə Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizdə bütün dini və mədəni abidələrimizin dağıdılması, o cümlədən məscidlərimizin təhqir edilməsini əks etdirən fotolar da yer alıb. Ümid edirik ki, sözügedən monitorinqin hesabatında əks olunan hərbi cinayətlərə YUNESKO səssiz qalmayacaq.
Hesab edirik ki, YUNESKO öz missiyasını müstəqil və obyektiv şəkildə yerinə yetirməli və mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir. YUNESKO tərəfindən bu cür mətbuat açıqlamalarının verilməsi Azərbaycan ilə YUNESKO arasında mövcud olan əməkdaşlığın ruhuna uyğun gəlmir.
Azərbaycan missiyanın təşkilinin təfərrüatlarını YUNESKO ilə müzakirə etmək üçün konstruktiv dialoqa açıqdır və YUNESKO ilə üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir", - XİN-dən bildirilib.
"Ölkə.Az"ın məlumatına görə, bu vəzifəyə “Lider” televiziyasının telejurnalisti və aparıcısı Teymur Mərdanoğlu təyin olunub.
Xatırladaq ki, T. Mərdanoğlu 15 ilə yaxın müddətdə mətbuatda çalışıb. Artıq bir həftədir yeni vəzifəsində fəaliyyətə başlayıb.
T.Mərdanoğlu faktı Oxu.Az-a təsdiq edib.
“Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.
Onun sözlərinə görə, artıq bu məsələyə hələ Ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib.
Deputat hesab edir ki, bu Qarabağ münaqişəsinin həllini birdəfəlik həllini istəməyən revanşist qüvvələrə və onların havadarlarına tutarlı cavab olardı.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına həm ölkə daxilindən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
“Qafqazinfo” həmin məktublardan bir neçəsini təqdim edir:
Raşit İşcandan, Karaman, Türkiyə
Hörmətli cənab Prezidentimiz İlham Əliyev.
Mən Türkiyənin Karaman şəhərindəki Mərkəzi İmam Hatip Liseyinin şagirdiyəm. Azərbaycanı çox sevirəm. Bu sevgimi bildirmək, Azərbaycan Ordusuna dəstəyimi ifadə etmək üçün gündəlik xərcliyimdən topladığım 1000 türk lirəsini Silahlı Qüvvələr Fonduna göndərmişəm. Sizlər orada Vətən torpağı üçün canla-başla mübarizə apararkən topladığım pulu xərcləməyi özümə halal bilmərəm və bununla tarixi mübarizənizdə az da olsa payımın olmasını istəyirəm. Mənim Azərbaycana olan sevgimi, səmimi hisslərimi qəbul edin.
Siz ata-baba torpaqlarınızda qəhrəmanlıq dastanı yazırsınız. Rəbbim Sizə və şanlı Ordunuza zəfərlər nəsib etsin. Qəlbim və dualarım daim Sizinlədir. İnşallah, imkan olanda Azərbaycanı ziyarət edəcəyəm, ikinci Vətənimlə bağlı xəyallarımı həyata keçirəcəyəm.
Siz də yəqin ki, gələcəkdə gözəl Türkiyəmizə səfər edəcəksiniz. Fürsət və qismət olarsa, türk və İslam dünyasının iki güclü Liderini ziyarət edib əllərinizdən öpmək arzumdur. Sizi və can Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu haqq savaşınızda Allah yar və yardımçınız olsun. Mən Azərbaycan Ordusuna hər zaman kömək etməyə hazıram.
Veysel Barkan İpəkdən, Antalya, Türkiyə
Cənab Müzəffər Ali Baş Komandanım.
Erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməklə Siz bütün türklərin başını göylərə qaldırdınız. Türkiyədə yaşayan hər bir insan Sizin möhtəşəm Qələbənizə, Azərbaycan Ordusunun və Azərbaycan xalqının Zəfərinə ürəkdən sevinir.
Torpaqlarımızın azadlığı yolunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə isə səbr diləyirik.Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın türk milləti! Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!
Valeh Abdullayevdən, Ağdam, Azərbaycan
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş komandan.
Siz bizə ən xoş günlərimizi, ən xoş arzularımızı Cəbrayılın, Zəngilanın, Xocalının, Füzulinin, Xocavəndin, Ağdamın, Ağdərənin, Xankəndinin, Kəlbəcərin, Laçının, Azərbaycanın döyünən ürəyi olan Şuşanın işğaldan azad edilməsi və Qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla yaşatdınız, 27 illik Vətən həsrətimizə son qoydunuz.
Dünyaya göz açdığım doğma Ağdamın Güllücə kəndinə qaydacağımız gün yaxındadır. Bu tarixi Zəfər bayramını bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk, cənab Prezident! Uca Tanrı Sizə yar olsun! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!
Elcan Mirzəyevdən, Şuşa, Azərbaycan
Cənab Ali Baş Komandan.
Hazırda Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır. Mən özüm də əslən Şuşa rayonundanam Bizə bu sevinci yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Siz Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazdıdınız.
Vətənim Şuşa şəhəri Sizin sayənizdə azadlığa qovuşdu. Sizin 17 illik hakimiyyətiniz müddətində Azərbaycan böyük inkişaf yolu keçib, regionda iri iqtisadi layihələr reallaşdıraraq dünyada söz sahibinə çevrilib. Hazırda Azərbaycan inkişafına görə Avropa ölkələri ilə müqayisə ediləcək səviyyədədir.
Həmçinin əhalinin rifahı yüksəlib, ölkəmizdə turizm sahəsi inkişaf edib. Eyni zamanda, Azərbaycan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Ölkəmizi dünyanda tanıtdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək və yaxın zamanda dünyanın super gücünə çevriləcək.
Siz xalqımızın xoşbəxtliyində çox böyük rol oynamışınız. İnanıram ki, Siz cənnət Qarabağımızı yaxın gələcəkdə gülüstana çevirəcəksiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.
Əzizxan Hüseynovdan, İmişli, Azərbaycan
Hörmətli cənab Prezident.
Bütün Azərbaycan vətəndaşları kimi, mən və ailə üzvlərim də Sizə və Mehriban xanıma cansağlığı, yenilməz, müzəffər Ordumuza Qələbə uğurları arzulayırıq. Qoy, Ulu tanrı xalqımıza kömək olsun!
Şükür Allaha ki, Ordumuz qanı ilə, canı ilə tarixi Qələbəni qazandı. Mümkün qədər az itki ilə qazanılmış bu Qələbə Sizin müdrik siyasətinizin, gecə-gündüz əzmlə çalışmağınızın nəticəsidir. Sizə edilən bütün xoş alqış və dualar halaldır. Allah Sizi qorusun. Azərbaycan Respublikasının Prezidenti kimi Sizinlə fəxr edirik.
Mikayıl Qeybullayevdən, Şəki, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bu gün bütün Azərbaycan qürur hissi ilə Sizin müdrikliyinizdən, uzaq gələcəyə yönələn tədbirlərinizdən və bütün bunların uğurlu nəticəsi olaraq erməni faşizmi üzərində parlaq Qələbənizdən, əzəli topaqlarımızın azad edilməsindən danışır. Bizim Zəfərimiz bütün dünyanı silkələmiş, mat vəziyyətinə salmışdır. Qısa müddət ərzində "dəmir yumruq" mənfur düşmənin başını elə əzmişdir ki, o, uzun müddət özünə gələ bilməyəcək.
Cənab Prezident, Siz öz bacarığınız, mətinliyiniz, dönməzliyiniz və ən əsası, torpaqlarımızın düşmən tapdağından qurtulması məqsədilə çoxmillətli Azərbaycan xalqını birləşdirməyə nail oldunuz. Müharibə dövründə 30-dan çox xarici informasiya kanalına verdiyiniz dolğun müsahibələrinizlə Siz sübut etdiniz ki, Ulu Öndər məktəbinin yetirməsisiniz. Səbriniz, iradəniz, sualları cavablandırmaq tərziniz, diplomatiyanız "prokuror" kimi sorğu-sual edənləri şoka salmışdı. Onlar şərtlə gəlib suyu süzülə-süzülə qayıtdılar. Bu, milyonlarla insanın Azərbaycan, münaqişə haqqında fikirlərinin dəyişməsinə, bəzi ölkə başçılarının utancına səbəb oldu. Dünyanın hər yerində milyonlarla insan Sizi öz kumirinə çevirdi, çalışdı ki, mədəniyyəti, hazırcavablılığı, savadı ilə Sizə oxşasın, Sizi təlqin etsin.
Hörmətli cənab Prezident, biz Sizi "Azərbaycan Milli Qəhrəmanı" və ən yüksək hərbi vəzifə daşıyan insan kimi görmək istəyirik. Siz buna layiq Vətən oğlusunuz! Yaşasın Müzəffər Odumuz! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Rusiya sülhməramlı kontingentinin hərbi və xüsusi texnika üçün nəqliyyat vasitələrinin texniki mərkəzi ən qısa müddətdə Dağlıq Qarabağda yerləşdiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xocalı qəsəbəsi ərazisində iki həftə ərzində Rusiya sülhməramlı kontingenti bölmələrinin gündəlik fəaliyyətini təmin edən avtomobil və zirehli nəqliyyat vasitələrinin yerləşdirilməsi, texniki vəziyyətinin monitorinqi, texniki baxışı, təmiri üçün sahə avtotexniki kompleksinin yerləşdirilməsi və təchiz edilməsi işləri aparılıb.
6 min kvadrat metr ərazidə 360-dan çox texnika yerləşdirmək üçün yerlər, bir texniki xidmət və təmir nöqtəsi, bir texniki nəzarət nöqtəsi, bir KAZS-2 konteyner yanacaqdoldurma məntəqəsi və zirehli texnika üçün bir anbar qurulub. Təqdim olunmuş tapşırıqları yerinə yetirərkən avadanlıqların maneəsiz giriş-çıxışı üçün avtokompleksdə əsas və təcili çıxışlar təchiz edilib.
Nəqliyyat vasitəsi parkının texniki təchizatı gündə 10-dan çox avtomobil və zirehli texnikanı təmir etməyə imkan verir.
Sahə nəqliyyat vasitəsi parkının istismarı, müəyyən edilmiş məsuliyyət sahələrində Rusiya sülhməramlılarının gündəlik fəaliyyəti üçün fasiləsiz nəqliyyat dəstəyini təmin edəcək.
“Azəriqaz” İstehsalat Birliyi üzrə kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8 772 məcburi köçkün ailəsi üzrə Dövlət tərəfindən ayrılmış limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində noyabr ayının 24-nə qədər 9 560 769 manat məbləğində borc yaranıb. “Qafqazinfo” xəbər verir ki, hal-hazırda kompakt sayğaclar vasitəsilə təbii qazla təmin olunmuş 7 189 ailə üzrə borc 8 151 924 manat təşkil edir.
Bura limit daxilində istifadə etdikləri qaz sərfinin dəyəri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilən 6 005 ailə üzrə yaranan 5 696 937 manat həcmində borc da daxildir. Digər borclu abonentlərin sıralaması isə belədir: fərdi mənzillərə köçürülmüş 1 465 ailə üzrə borc 1 273 635 manat, fərdi sayğaclarla təmin olunmuş 118 ailənin kollektiv sayğac dövründə yaranmış borcu 135 210 manat.
Eyni zamanda, fərdi hesablardan əlavə yataqxanalarda və ya məcburi köçkün abonentlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə 01.11.2020-ci il tarixinə 1 164 708,86 manat borc yaranıb.
Məlumdur ki, təbii qazla təmin olunan müəssisələrdə yaranmış borcların qanuna müvafiq şəkildə ödənilməməsi, eyni zamanda qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarının təsdiq olunmaması Birliyin maliyyə dayanıqlığını sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının tələblərinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir.
Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, istehlak olunan təbii qazın dəyərini ödəməyən Abşeron, Sabunçu, Qəbələ rayonlarındakı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının qazanxanalarının, eləcə də Şirvan şəhərində məcburi köçkünlərin yaşayış məhəlləsinin qazanxanasının qaz təminatının 25.12.2020-ci il tarixindən dayandırılması nəzərdə tutulub. Eyni zamanda Xəzər, Binəqədi, Yasamal, Qaradağ və Nərimanov rayonlarında kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin mərhələli şəkildə qaz təchizatının dayandırılması da gözlənilir.
Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.
Qeyd edək ki, 72 yaşlı xanəndə bir müddət bundan əvvəl “COVID-19” diaqnozu ilə xəstəxanaya aparılmış, vəziyyəti ağırlaşaraq reanimasiyaya yerləşdirilmişdi.
Xatırladaq ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub.
S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olub və böyük uğurla çıxış edib.
Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Əməkdar artist”, 2017-ci ildə “Xalq artisti" fəxri adlarına layiq görülüb.
Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın müxtəlif bölgələrində daha 57 fərdi yaşayış evinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbirlərində vurğulanıb.
Goranboy rayonunda evlərin təqdim edilməsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirak ediblər.
V.Nəsirli bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - 1 500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1 200-dən çoxu verilib.
Ümumilikdə ötən dövrdə 9 minə yaxın şəhid ailəsi və müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edilib.