Xankəndidə Rusiya sülhməramlıları üçün modul şəhərciyinin tikintisi başa çatıb.

Report xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

"Dağlıq Qarabağda Rusiya sülhməramlıları kontingentinin hərbi qulluqçularının yerləşdirilməsi üçün 250 nəfərlik modul şəhərciyin inşası başa çatıb", - xəbərdə deyilir.

Əlavə edilir ki, hazırda mühəndis avadanlığının istismara verilməsi üzrə işlər sona yaxınlaşır.

Qeyd edilir ki, şəhərciyin komplektləşdirilməsinə yaşayış qovşağı, idman zalı, zabit evi, hamam, tibb məntəqəsi, geyimin təmizlənilməsi otağı, asudə vaxt otağı, qərargah və dəftərxana, anbar, yemək otağı, mətbəx, məhsullar üçün anbar, sanitar qovşaq, silahın və mühəndis avadanlığının saxlanılması üçün otaq daxildir.

Şəhərcik şəxsi heyətə rahat həyat və məişət şəraiti yaratmağa imkan verəcək. Şəhərcik müsbət 35 dərəcədən mənfi 45 dərəcəyə hesablanıb.

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarımızdan biri də Göyçay rayon sakini, 20 yaşlı şəhid Elnur Əliyevdir.

Axar.az şəhidin ailəsindən reportaj hazırlayıb. 

Elnur Ərəstun oğlu Əliyev 2000-ci il fevral ayının 10-da Potu kəndində dünyaya göz açıb. O,ilk təhsilini Nizami adına Göyçay şəhər 7 nömrəli tam orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 2019-cu il dekabr ayının 16-dan başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə kiçik çavuş, xilasetmə taborunda manqa komandiri kimi çalışmağa başlayıb.

Şəhid anası Tahirə Əliyevanın sözlərinə görə, onun oğlu hərbi xidməti zamanı fərmanlar və təşəkkürnamələr ilə təltif olunub.

Vətən müharibəsi zamanı şəhid E.Əliyev böyük qəhrəmanlıqlar nümayiş etdirib. Oktyabrın 6-da Qubadlı istiqamətində gedən şiddətli döyüşlər zamanı başından ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

“Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”, - deyə anası qeyd edib.

O, həm tarix yazdı, həm də şəhidlik zirvəsinə ucalaraq əbədi olaraq tarixdə qaldı.

Şəhid E.Əliyev 19 oktyabr 2020-ci il tarixində böyük izdiham ilə Göyçay Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlər zamanı göstərdiyi böyük şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Dekabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq

Dekabrın 21-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Xəbərdarlıq

Dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı , yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Dekabrın 20-də Azərbaycanı rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü

meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi Günündə əfv sərəncamının imzalanması ertələnə bilər. Səbəb isə pandemiyadır. Sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. Bu səbəbdən də komissiyaya hədsiz sayda müraciətlər daxil olub. Həmin müraciətlərin müzakirəsi və araşdırılması isə vaxt tələb edir. Hazırda komissiyanın katibliyində həmin müraciətlərlə bağlı gərgin iş gedir. Komissiyanın 18 üzvünün indiki pandemiya şəraitində toplaşması və iclaslar keçirilməsinə problem yaradır. Bütün hallarda əfv sərəncamının verilməsi Prezidentin konstitusion səlahiyyətlərinə aiddir və ölkə başçısı bu hüququndan istənilən vaxt istifadə edə bilər. 
Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, əfvin dekabrda deyil, martda veriləcəyi ilə bağlı onlar da xəbər alıblar: “Bizə isə deyilib ki, əfv sərəncamı dekabrda olacaq. Bizim siyahıda 37 nəfər var. Amma həbsdə olan islamçıların da azad edilməsi üçün müraciət ünvanlamışıq. Azərbaycan Vətən müraribəsində zəfər çalıb və bu cəmiyyətin bütün təbəqələrində böyük sevinc hissi ilə qarşılanıb. Biz cəmiyyətdə sülh və barışığın tərəfdarı kimi həbsdə olan, siyasi motivlərlə tutulan insanların da azad edilməsini xahiş etmişik. Bizə əfvin dekabrda olacağını deyiblər. İnanmıram  ki, Əfv Novruz bayramına qalsın”.
Novella Cəfəroğlu deyib ki, Ədliyyə Nazirliyinin yaratdığı xüsusi komissiya da fəaliyyətdədir və həmin komissiya vasitəsi ilə də məhkumların mərkəmə qərarları ilə vaxtından əvvəl azad edilməsi baş tutur.

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

DİN-in Mətbuat Xidmətdinən "Ölkə.Az"a daxil olan müraciətdə deyilir:

"Hər birimiz şəxsi məsuliyyətimizi artırmaqla, koronavirus infeksiyasının doğurduğu təhlükəni bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq.

"Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik!

Biz birlikdə daha güclüyük!"

TƏBİB adı koronaviruslu xəstə kimi elektron məlumat bazasına daxil edilən şəxslərin test nəticəsinin pozitiv aşkarlandığı tarixdən 14 gün sonra sistemdən avtomatik çıxarılması məsələsinə aydınlıq gətirib.

TƏBİB-dən Trend-ə bildirilib ki, hazırda vəziyyəti yüngül, orta olan, eyni zamanda xəstəliyi asimptomatik keçirən xəstələr ev şəraitində müalicə olunur. Buna görə də yalnız ev şəraitində müalicə olunan xəstələrin adları 14 gündən sonra avtomatik olaraq sistemdən çıxarılır və sağlam insan hesab edilirlər:

"Sistemdən çıxarılmamışdan əvvəl xəstədən test müayinəsi götürülmür. Əgər kimsə özünün tam sağalmadığını güman edirsə, özündə şübhəli simptomlar müşahidə edirsə, o zaman ödənişli əsasla yenidən test verə bilər”.

TƏBİB-dən o da bildirilib ki, xəstəxana şəraitində müalicə olunan xəstələr test nəticəsi neqativ çıxdıqdan, yəni sağaldıqdan sonra evə buraxılırlar. Onlar xəstəxanadan evə buraxılana qədər sistemdə koronavirus xəstəsi kimi qeyd olunur və müşahidə altında saxlanılırlar.

Qeyd edək ki, COVİD-19 virusuna yoluxmuş şəxslərin sağalma müddəti fərqli ola bilər. Bəzi şəxslər 14 günədək sağaldıqları halda, bəziləri üçün bu müddət daha uzun 14 gündən çox ola bilər.

Bu gündən dekabrın 21-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

"Ölkə.Az" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşıma də dayandırılıb.

Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, son günlər ictimai iaşə obyektlərində, o cümlədən restoran və əyləncə mərkəzlərində 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili və keçirilməsi ilə bağlı elanlar verilir.

Diqqətə çatdırırıq ki, COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir. Vətəndaşlarımızı belə kütləvi tədbirlərə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq.

Tətbiq edilən xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcəkdir. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.

Xəbər verdiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsinin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran məsələ döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı ilə bağlıdır.

Bununla bağlı Sonxeber.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, onlar Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında qismən səfərbərlik elan olunaraq orduya çağrılıblar:

"Cənab prezidentin növbəti sərəncamı olanda buraxılacaqlar. Çünki bu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin sərənacamı ilə reallaşan prosesdir. Bu sərəncam hər an ola bilər. Biz hərbi ekspert kimi deyə bilərik ki, yanvar çağırışı olacaq. Düşünürük ki, yanvar çağırışı müəyyən şəkildə hərbi hissələri təmin etsə, onlar buraxılacaqlar. Eyni zamanda yanvar çağırışçıları da müəyyən qədər kurs keçməlidirlər.

Azərbaycan Respublikasının Prezidentinin fərmanı olmadan onların nə zaman tərxis olunacağı ilə bağlı konkret fikir söyləmək çətindir. Cənab prezident nə zaman uyğun bilərsə, onda da bununla bağlı sərəncam imzalayacaq. Bu fərman sabah, 1 həftə və 1 ay sonra ola bilər. Yaxud olmaması da mümkündür".

Xəbər lenti