Dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

Yaxın günlərdə paytaxtın Mikayıl Useynov küçəsində avtobus zolağının tələblərinə uyğun olaraq müvafiq yol nişanları qoyulacaq.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

“Sürücülərdən hərəkətdə olarkən avtobus zolağının tələblərinə əməl etmələri xahiş olunur. Bu, həm avtobusda hərəkət edənlərin rahatlığı, həm də lüzumsuz yerə cərimə olunmamağınız üçün faydalıdır. Zolağın tələblərinin pozulması inzibati məsuliyyət yaradır və bu qaydaları pozan şəxslər barədə cərimə sanksiyası tətbiq edilir.

Xüsusi hərəkət zolağı boyunca yalnız həmin küçədən keçən müntəzəm xətt avtobusları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər”, - deyə qurum bəyan edib.

 

 

 

 
 
Azərbaycan hərbçiləri Laçının ən hündür zirvəsinə Azərbaycanın üçrəngli dövlət bayrağını sancıblar.

"Ölkə.Az" həmin videonu təqdim edir:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunun “Azərbaycan bayrağı” Ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla təltif olunanlar sırasında Şuşa şəhərinin azad edilməsində fərqlənmiş xüsusi təyinatlı qüvvələrin polkovniki Tehran Mənsimovun da adı var.

 Azərbaycan Ordusunun fədakar zabitlərindən olan polkovnik Tehran Mənsimovun atası, Qusar şəhər sakini Cavid Mənsimov Modern.az-a oğlunun Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülməsini eşidəndə çox sevindiyini deyib: 

“30 ildir orduda qulluq edən oğlumun yüksək mükafata layiq görülməsini eşidəndə çox fərəhləndim. Cənab Ali Baş Komandanımız İlham Əliyevə çox təşəkkür edirəm.Vətən və Vətənin igid oğulları sağ olsun".

Hazırda Naxçıvanda -işinin başında olan polkovnik Tehran Mənsimov da yüksək təltifə görə Azərbaycan Prezidenti İlham Əliyevə sonsuz təşəkkürünü bildirib. Son günlər barəsində yayılan xəbərləri əsassız hesab edən Tehran Mənsimov Modern.az-a qısa açıqlamasında “Şayiələrə fikir verməyin”, - deyərək Azərbaycan Ordusunda bundan sonra da şərəflə qulluq edəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Təltif olunanlar arasında kiçik gizir Yusifzadə Xudayar Müslüm oğlu da var.

Şəhid Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Prezident İlham Əliyev polkovnik Tehran Mənsimovu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.

Bu barədə Prezident Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:

general-mayor ali hərbi rütbəsi

polkovnik Elçin Şirxan oğlu Adıgözəlova

polkovnik Etibar Rəsul oğlu İsmayılova

daxili xidmət general-mayoru ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Hikmət Mərdan oğlu Abbasova.

Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bu şərəfli ada Azərbaycan Silahlı Qüvvələrinin 3601 hərbi qulluqçusu layiq görülüb. Onların sırasında 4 general-mayor, 46 polkovnik və başqaları var. Onlardan 2756-sı ölümündən sonra bu medala layiq görülüb.

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 1-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Dağlıq Qarabağda bütün təmas xəttində atəşkəs müşahidə olunur.

Oxu.az məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələri vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Atəşkəs rejimi bütün təmas xəttində müşahidə olunur”, - deyə Konaşenkov bildirib.

Xəbər lenti