![]() |
|
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, komitə sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib.
Əvvəlcə S.Novruzov “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsini təqdim edib. O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilən bir sıra ərazilərimizdə kənd və rayon adlarının dəyişdirilməsi prosesinə artıq başlanılıb. Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır. Mənfur qonşularımız tərəfindən bəzən belə məkanların adları müxtəlif məkrli məqsədlərə yozulur, “xülyalarını” dünya ictimaiyyətinə çatdırmaqda vasitə kimi istifadə edilir.
Komitə sədri Toponimiya Komissiyası ilə müvafiq məsləhətləşmələr aparıldıqdan sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılmasının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli və işıqlı mənalarını özündə əks etdirir.
S.Novruzov gündəlikdəki ikinci məsələnin - “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə sənədin də bununla bağlı olduğunu, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsinin Günəşli bələdiyyəsi ilə əvəz edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Onlayn toplantıda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, komitə üzvləri Kamran Bayramov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Məzahir Əfəndiyev müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildiriblər. İşğaldan azad olunmuş ərazilərimizdə bələdiyyələrin formalaşması, sürətli məskunlaşmanın və torpaq islahatı prosesinin həyata keçirilməsi, yeni ərazi vahidlərinin yaradılması, bu ərazilərdə yerli idarəetmənin səmərəli fəaliyyəti barədə söhbət aparılıb. Belə məsələlərin həyata keçirilməsində dövlət mexanizmləri və dünya təcrübəsi barədə danışılıb.
Onlayn iclasda komitə üzvləri Nizami Cəfərov, Cavid Osmanov, Əliabbas Salahzadə, Elşən Musayev, Malik Həsənov, Emin Hacıyev, Səbinə Xasayeva da qatılıblar.
İclasın sonunda hər iki məsələnin Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə edilməsi qərara alınıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə hər iki qurumun Mətbuat Xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.
"Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik", - açıqlamada bildirilib.
Azərbaycanın Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Əmirvarlı kəndindən videoreportaj yayıb.
Həmin görüntüləri təqdim edirik:
O, bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, SMS icazə üçün yaşama icazəsinin üzərindəki, belə icazə yoxdursa, olduğu yer üzrə qeydiyyat nömrəsi istifadə edilir:
“919 çağrı xidməti fasiləsiz və gücləndirilmiş rejimdə işləyir, bununla belə xüsusi zərurət yoxdursa, əcnəbi vətəndaşlar SMS icazə üçün nömrəni axşam və ya gecə saatlarında əlaqə saxlamaqla əldə edə bilər. Bu nömrə, həmçinin, Xidmətin internet səhifəsindən asanlıqla əldə edilə bilər”.
Vətən Müharibəsində şəhid olan baş leytenant Zaur Hüseynovun yeganə övladı Zeynəbin ötən gün bir yaşı tamam olub.
“Qafqazinfo xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəmanımız son nəfəsində belə qızını düşünüb, öz döyüşçü dostlarına qızına tez-tez baş çəkmələrini, onu tək qoymamalarını tapşırıb.
Şəhid baş leytenant Zaur Hüseynov 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşüb. O, Füzuli rayonunun Qaraxanbeyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrahmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib, bu ərazilərin işğaldan azad edilməsində öndə gedən, bu kəndlərə bayrağımızı sancan hərbçilərimizdən olub.
O, silahdaşları ilə birlikdə erməni postunu mühasirəyə alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Unikal.org məlumatına görə, R.Quliyevin əmri ilə, Səmədov Anar Qorxmaz oğlu Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
Qeyd edək ki, A.Səmədov Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin müdir müavini vəzifəsində çalışıb.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür.
O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.
1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.
O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.
Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.
“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
Növbəti ağacəkmə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşlarının iştirakı ilə Cəbrayıl şəhəri ərazisində keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov bildirib ki, keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla Şərq çinarları əkilib:
“Qeyd edim ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib. Respublikanın bütün bölgələrində əkin-bərpa işləri davam edir”.
“Haber Global” Daşaltının azad edilməsi ilə bağlı video yayıb.
Bildirilir ki, Daşaltı kəndi Şuşaya gedən yolda yerləşdiyi üçün strateji əhəmiyyət kəsb edib.
Birinci Qarabağ Müharibəsində Daşaltı əməliyyatına aid sənədlər erməni sepatarçılarının əlinə keçib və Azərbaycan o kənddə 90 şəhid verib.
“Haber Global” həmin kəndin azad edilməsi ilə bağlı döyüşlərdə iştirak edən Amil Hüseynovla müsahibəni təqdim edir:
Bakı şəhərində karantin postları fəaliyyətə başlayıb.
Trend məlumatına görə, şəhərin giriş-çıxışları ilə yanaşı daxildəki avtomobil yollarında da postlar qurulub.
Karantin postlarına Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər. Səhər saatlarından etibarən polislər və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşların evdən çıxmaqla bağlı sms icazəsinin olub-olmamasını yoxlayır, yaşayış yerini tərk etmək icazəsi olmayan şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür.
Karantin postları ilə yanaşı şəhərin müxtəlif ərazilərində Daxili İşlər Nazirliyi əməkdaşlarından ibarət mobil postlar da fəaliyyət göstərir.