Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və ehtiyatda olan baş çavuş İbad Hüseynov üçün Prezidentin aylıq təqaüdü təyin edilib. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, digər sosial təminat növləri kimi, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur.

Bunun üçün vətəndaşın və ya ailə üzvlərinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır.

Aylıq təqaüd (1500 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.

31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.

Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın icazəsi ilə xüsusi reyslərin yerinə yetirilməsi davam etdirilir.

Azərbaycan ordusunun düşmən üzərində qazandığı tarixi qələbənin nümayişi olan Zəfər paradı dünyanın diqqət mərkəzindədir.

Türkiyənin nüfuzlu “Haber Global” telekanalı parada həsr olunmuş xüsusi buraxılış yayımlayıb:

“Türkiyə-Rusiya Birgə Mərkəzinin binasının inşası davam edir”

Türkiyənin müdafiə naziri Hulusi Akar bu gün parlamentdəki çıxışında Cənubi Qafqazdakı vəziyyətə və Dağlıq Qarabağda atəşkəs rejiminin izlənilməsinə dair razılaşmalardan danışıb.

Akar Türkiyə və Rusiya ortaq atəşkəsə nəzarət Birgə Mərkəzinin tikintisinin davam etdiyini bildirib.

“Atəşkəs rejiminə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin binasının inşası davam edir”,- deyə nazir vurğulayıb.

Akar qeyd edib ki, Türkiyə və Rusiya Prezidentləri atəşkəs şərtlərini müzakirə edərək Dağlıq Qarabağda atəşkəsin effektivliyinin təmin olunmasına öz töhfələrini veriblər.

Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhramanı" adı verildi, bir qrup hərbi qulluqçu isə "Zəfər" və "Qarabağ" ordeni ilə təltif olundu.

Trend xəbər verir ki, təltif olunmalar bununla yekunlaşmır. Bundan sonra da döyüşlərdə iştirak etmiş hərbi qulluqçular təltif olunacaqlar.

Qələbəyə görə veriləcək medalları təqdim edirik:

"Cəsur döyüşçü" medalı;

"Döyüşdə fərqlənməyə görə" medalı;

"Suqovuşanın azad olunmasına görə" medalı;

"Cəbrayılın azad olunmasına görə" medalı;

"Xocavəndin azad olunmasına görə" medalı;

"Füzulinin azad olunmasına görə" medalı;

"Zəngilanın azad olunmasına görə" medalı;

"Qubadlının azad olunmasına görə" medalı;

"Şuşanın azad olunmasına görə" medalı;

"Kəlbəcərin azad olunmasına görə" medalı;

"Ağdamın azad olunmasına görə" medalı;

"Laçının azad olunmasına görə" medalı;

"Vətən müharibəsi iştirakçısı" medalı;

"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı:

"Ölkə.Az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaçıların dekabr ayı üzrə pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb.

Nazirlikdən  bildirilib ki, həmin pensiyaçılar müvafiq bankların bankomatlarından pensiyalarını əldə edə bilərlər.

“YAŞAT” Fonduna ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankından verilən məlumat əsasən, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən və mobil tətbiqindən istifadə etməklə Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

Məlumat üçün bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

“Zəfər” ordeni ilə

Həsənov Zakir Əsgər oğlu – general-polkovnik

Eyvazov Vilayət Süleyman oğlu – general-polkovnik

Quliyev Elçin İsağa oğlu – general-polkovnik

Nağıyev Əli Nağı oğlu – general-polkovnik

Sultanov Orxan Sedyar oğlu – general-polkovnik

Həsənov Ayaz Binyat oğlu – general-leytenant

Tahirov Ramiz Firudin oğlu – general-leytenant

Vəliyev Kərim Tofiq oğlu – general-leytenant

Kərimov Anar Təvəkkül oğlu – general-mayor

Məhərrəmov Aqşin Ramiz oğlu – general-mayor

Sultanov Ağamir Əzizxan oğlu – general-mayor

Tağıyev Rəsul Afiq oğlu – general-mayor

Dadaşov Haxverdi Xudaverdi oğlu – polkovnik

Həmidov Şükür Nəriman oğlu – polkovnik (ölümündən sonra)

Qapaqov Elşən Rafiq oğlu – polkovnik

Quliyev Mətin Ramiz oğlu – polkovnik

Məmmədov Baxşəli Musa oğlu – polkovnik

Məmmədov Samir Adil oğlu – polkovnik

Mirzəyev Nəsib Tahir oğlu – polkovnik

Nağıyev Məhəmməd Biladon oğlu – polkovnik

Pirverdiyev Akif Səməndər oğlu – polkovnik

Samidli Babək Mətləb oğlu – polkovnik (ölümündən sonra)

Qasımov Azər Əlövsət oğlu – polkovnik-leytenant

Rizvanov Anar Tofiq oğlu – polkovnik-leytenant

Süleymanov Rəsul Təvəkkül oğlu – polkovnik-leytenant

Şıxalıyev Nəsimi Yarməmməd oğlu – polkovnik-leytenant

Hacıyev Pərvin Aleksandr oğlu – mayor

İbrahimov Sahib Bayram oğlu – mayor

Mustafayev Bəxtiyar Əli oğlu – mayor

Rəhimov Zaur Şirinbəy oğlu – mayor

Babayev Şamil Baloğlan oğlu – kapitan (ölümündən sonra)

Mahmudov Anar Zahid oğlu – kapitan

Tağıyev Cavid Aydın oğlu – kapitan

“Qarabağ” ordeni ilə

Məmmədov Şahin İsgəndər oğlu – general-leytenant

Nağıyev Əfqan Vəli oğlu – general-leytenant

Osmanov Nizam Ramazan oğlu – general-leytenant

Rəhimov Arzu Yusif oğlu – general-leytenant

Abdullayev Cavid Mirhəmzə oğlu – general-mayor

Bağırov Ramin Sabir oğlu – general-mayor

Bərxudarov Mayis Şükür oğlu – general-mayor

Eminov Məmməd Şəmil oğlu – general-mayor

Həsənov Hikmət Hüseyn oğlu – general-mayor

Kazımov Vasif Ramiz oğlu – general-mayor

Abdullayev Rafael Kamil oğlu – polkovnik

Cəfərov Ceyhun Sədulla oğlu – polkovnik

Əlövsədov Həsən Əli oğlu – polkovnik

Quliyev Xaliq Qulu oğlu – polkovnik

Məmmədov Teymur Davud oğlu – polkovnik

Məşədiyev Taleh Vəliyət oğlu – polkovnik

Musayev Telman Qurban oğlu – polkovnik

Namazov Eldəniz Firuddin oğlu – polkovnik

Omarov Barat Bayram oğlu – polkovnik

Orucəliyev Mayis Mirzəyar oğlu – polkovnik

Pənahov Elşad İslam oğlu – polkovnik

Rəhimov Rəşad Manaf oğlu – polkovnik

Rüstəmov Zaur Zeynalabdul oğlu – polkovnik

Rzayev Gülməmməd Tofiq oğlu – polkovnik

Seyfullayev Cəbi Güləhməd oğlu – polkovnik

Şıxiyev Həbib Vələddin oğlu – polkovnik

Abduləzizov Elnur Abduləziz oğlu – polkovnik-leytenant

Abdullayev Vüqar Arif oğlu – polkovnik-leytenant

Ağagülov Elşən Etibar oğlu – polkovnik-leytenant

Ağcayev Bayram İlyas oğlu – polkovnik-leytenant

Aslanov Rəşad Əmirbəy oğlu – polkovnik-leytenant

Bağırov Ceyhun Əkbər oğlu – polkovnik-leytenant

Bayramov Teyyub Nurəli oğlu – polkovnik-leytenant

Bədəlov Firuz Əhməd oğlu – polkovnik-leytenant

Əmirov Zamiq Məhəmməd oğlu – polkovnik-leytenant

Əsədli Aqil Əlirza oğlu – polkovnik-leytenant

Fərmanov Reyhun Arif oğlu – polkovnik-leytenant

Haqverdiyev Qulam Fikrət oğlu – polkovnik-leytenant

Həziyev Şəmşir Bəxtiyar oğlu – polkovnik-leytenant

Hüseynov Elxan Kərim oğlu – polkovnik-leytenant

İbrahimov Pərviz Bəhram oğlu – polkovnik-leytenant

İsmayılov Samir Əlmusa oğlu – polkovnik-leytenant

Qənbərov Mehman Nərman oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Quliyev Anar Eldar oğlu – polkovnik-leytenant

Quliyev Ümüdvar Əzizalı oğlu – polkovnik-leytenant

Məmmədov Ehtiram Eldar oğlu – polkovnik-leytenant

Məmmədov Elçin Ziyadxan oğlu – polkovnik-leytenant

Məmmədov Elmir Ağamalı oğlu – polkovnik-leytenant

Məmmədov Zaur Alxan oğlu – polkovnik-leytenant

Mustafayev Babək Salman oğlu – polkovnik-leytenant

Müslümov Dəyanət Nuru oğlu – polkovnik-leytenant

Rəfiyev Elçin Mirzəxan oğlu – polkovnik-leytenant

Rizvanov Həbib Səməd oğlu – polkovnik-leytenant

Rüstəmov Teyfur Çərkəz oğlu – polkovnik-leytenant

Rüstəmov Zaur Tahir oğlu – polkovnik-leytenant

Rzayev Orxan Nüsrət oğlu – polkovnik-leytenant

Salahov Vüqar Nizami oğlu – polkovnik-leytenant

Səlimov Şamxal Naid oğlu – polkovnik-leytenant

Şadmanov Nəsimi Yunis oğlu – polkovnik-leytenant

Şəfiyev Famil Mirsahib oğlu – polkovnik-leytenant

Şirvanov Mehman Mirəziz oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Tağıyev Samir Nəsrəddin oğlu – polkovnik-leytenant

Ağayev Rövşən Eldar oğlu – mayor

Axundov Emil Aqil oğlu – mayor

Atakişiyev Rəşad Nazim oğlu – mayor

Babayev Mahir Tahir oğlu – mayor

Balıev Hüseynağa Salman oğlu – mayor (ölümündən sonra)

Bilalov Amil Adil oğlu – mayor

Cəfərov Azad Asif oğlu – mayor

Daşdəmirov Nail Təmraz oğlu – mayor

Eminov Elimdar Həsən oğlu – mayor

Əliyev Kəramət İbrahim oğlu – mayor

Əliyev Pərviz Həmzə oğlu – mayor

Əliyev Ramin Rizvan oğlu – mayor

Əliyev Rəvan Musa oğlu – mayor

Fərəcov Cavid Yaşar oğlu – mayor

Fərəcov Əliheydər İsrafil oğlu – mayor

Hacıyev Ramid Nəriman oğlu – mayor (ölümündən sonra)

Həsənov Əlişan Şakir oğlu – mayor

Həsənov Hümmət Fərrux oğlu – mayor

Hüseynov Rəhim Qədir oğlu – mayor (ölümündən sonra)

Kərimov Taleh Adil oğlu – mayor (ölümündən sonra)

Qənbərov İdris Dərya oğlu – mayor

Qəribov Sahib Xanlar oğlu – mayor

Qlinçev Anar Mirzəli oğlu – mayor

Qurbanov Səfər Qurban oğlu – mayor

Mehdiyev Rüstəm Süleyman oğlu – mayor

Məlikov Vüqar Telman oğlu – mayor

Məmmədov Elşən Tağı oğlu – mayor

Mikayılov Azər Əmrah oğlu – mayor (ölümündən sonra)

Muxtarov Ələsgər Faiq oğlu – mayor

Paşayev Elsevər Vaqif oğlu – mayor (ölümündən sonra)

Səfərov Elgün Elmar oğlu – mayor

Süleymanlı Elçin Səlimxan oğlu – mayor

Şükürov Mahmud Sabir oğlu – mayor

Zeynalov Rauf Çingiz oğlu – mayor

Ağayev Şamxal Elşad oğlu – kapitan

Aslanov Elmin Məhərrəm oğlu – kapitan

Babayev Xaliq Əli oğlu – kapitan

Baxşəliyev Nizami Füzuli oğlu – kapitan

Gülüyev Zaur Rusxət oğlu – kapitan

Hacımuradov Səbrulla Hacımurad oğlu – kapitan

Həsənov Vüsal Oktay oğlu – kapitan

Hüseynov Elşən Əli oğlu – kapitan

Hüseynov Ülvü Möhsün oğlu – kapitan (ölümündən sonra)

Hüseynzadə Həmidağa Bağı oğlu – kapitan (ölümündən sonra)

İbadov Tahir Allahverdi oğlu – kapitan

İbrahimov Abdal Rafiq oğlu – kapitan

Qurbanov Elman Xanlar oğlu – kapitan

Məmmədov Ceyhun İslam oğlu – kapitan

Məmmədov Əsgər Zaman oğlu – kapitan

Məmmədov Nurlan Qabil oğlu – kapitan

Rəşidli Tamerlan Elçin oğlu – kapitan

Rüstəmzadə Qalib Firdovsi oğlu – kapitan

Rzabəyli Eltürk Əli oğlu – kapitan

Şikarov Nəcəf Şikar oğlu – kapitan (ölümündən sonra)

Şirinov Kamil Əliş oğlu – kapitan (ölümündən sonra)

Tağıyev Elçin Ağaqulu oğlu – kapitan (ölümündən sonra)

Vəliyev Rəşad Elşən oğlu – kapitan

Həşimov Fərrux Mirzəmməd oğlu – kapitan-leytenant (ölümündən sonra)

Abbasbəyli Həmid Cavanşir oğlu – baş leytenant (ölümündən sonra)

Abbaslı Arif Firuz oğlu – baş leytenant (ölümündən sonra)

Abbaslı Cəlal Cəlil oğlu – baş leytenant

Abbaslı Cəsarət Ədalət oğlu – baş leytenant

Abbasov Eldar Adil oğlu – baş leytenant

Abdullayev İbrahim Habil oğlu – baş leytenant (ölümündən sonra)

Abdullayev Ramazan Səfəralı oğlu – baş leytenant

Ağayev Süleyman Əhəd oğlu – baş leytenant

Aslanov Ülvü Tahir oğlu – baş leytenant

Əhmədzadə Natiq Nadir oğlu – baş leytenant

Ələkbərov Əlisahib Selman oğlu – baş leytenant (ölümündən sonra)

Əliyev Faiq Fəyyaz oğlu – baş leytenant

Əsgərzadə Bəkir Zakir oğlu – baş leytenant

Feyzullayev Polad Taryel oğlu – baş leytenant

Həsənov Vüsal Vüqar oğlu – baş leytenant

Hüseynov Nəbi Hacıbala oğlu – baş leytenant (ölümündən sonra)

Kazımov Kamran Qurbanəli oğlu – baş leytenant (ölümündən sonra)

Quliyev Tural Adil oğlu – baş leytenant

Qüdrətli Elçin Yaşar oğlu – baş leytenant

Lətifov Lətif Nazim oğlu – baş leytenant

Mustafayev Rauf Əzizağa oğlu – baş leytenant

Nəcəfov Cəmil Nəcəf oğlu – baş leytenant (ölümündən sonra)

Rzazadə Həsən Vüqar oğlu – baş leytenant (ölümündən sonra)

Salmanov Həmzə Telman oğlu – baş leytenant

Zeynalov Elnur Elsevər oğlu – baş leytenant (ölümündən sonra)

Bayramov Emil Mürsəl oğlu – leytenant

Bədəlov Fərəc Simran oğlu – leytenant

Eyvazov Elvin Pərviz oğlu – leytenant

Əsədov Emil Balaqardaş oğlu – leytenant (ölümündən sonra)

Hüseynov Qarakişi Arif oğlu – leytenant

Qaraşov Məhəmməd İlham oğlu – leytenant

Qədirov Məhəmməd Valeh oğlu – leytenant

Mehdiyev Rəşad Faxrəddin oğlu – leytenant

Məmmədov Əhməd Qüdrət oğlu – leytenant

Mövlamov Sabir Rasim oğlu – leytenant

Rəsulov Samir Elxan oğlu – leytenant

Səmirov Baloğlan Nəriman oğlu – leytenant

Şirinov Pünhan Niyaz oğlu – leytenant

Cabbarov Yusif Yunsur oğlu – baş gizir

Cavadov Natiq Şahin oğlu – baş gizir

Fərəcov Famil Yavər oğlu – baş gizir

Yusifov Mehman Musa oğlu – baş gizir (ölümündən sonra)

Mehdizadə Mərdan Əhməd oğlu – baş miçman (ölümündən sonra)

Budaqov Rufiz Şirzad oğlu – gizir (ölümündən sonra)

Cavadlı Nemət Cavid oğlu – gizir (ölümündən sonra)

Ələsgərli Zaur Mübariz oğlu – gizir (ölümündən sonra)

Əliyev Tural Səfər oğlu – gizir

Əmənov Məhəmməd İltizam oğlu – gizir (ölümündən sonra)

Əsgərov Asəf İlqar oğlu – gizir (ölümündən sonra)

Həsənov Mustafa Elşad oğlu – gizir

Hüseynov Azər Fəxrəddin oğlu – gizir

İbrahimov Əlmuxtar Gülağa oğlu – gizir

Qarayev Əfsər Hafis oğlu – gizir

Qasımov Nuran Sabir oğlu – gizir

Quliyev Nəbi Tələt oğlu – gizir

Quliyev Şəhriyar Nəsib oğlu – gizir (ölümündən sonra)

Mirzəyev Zəka Kamal oğlu – gizir

Nağıyev Anar Sahib oğlu – gizir (ölümündən sonra)

Rəşidov Tural Fazil oğlu – gizir (ölümündən sonra)

Sadıqlı İbrahim Şahin oğlu – gizir (ölümündən sonra)

Zeynalov Xalid İltifat oğlu – gizir

Məmmədov Vüsal Qüdrət oğlu – miçman (ölümündən sonra)

Nəcəfov Fuad Taleh oğlu – miçman (ölümündən sonra)

Rəcəbov Ruslan Rəcəb oğlu – miçman (ölümündən sonra)

Səfərov Elvin Ramiz oğlu – miçman (ölümündən sonra)

Abdullayev Elcan Elçin oğlu – kiçik gizir

Cavadov Yelmar Elgiz oğlu – kiçik gizir

Dəmirov Siyahim Əlizamin oğlu – kiçik gizir (ölümündən sonra)

Əzizli Əziz Sabir oğlu – kiçik gizir

Xanzadə Elnur Yusif oğlu – kiçik gizir

Qardaşxanov İbrahim Səmid oğlu – kiçik gizir

Qasımov Mirağa Hafiz oğlu – kiçik gizir (ölümündən sonra)

Quliyev Pərviz Aydəmir oğlu – kiçik gizir

Quluzadə Orxan Elxan oğlu – kiçik gizir (ölümündən sonra)

Mənəfov Şahmar Vidadi oğlu – kiçik gizir (ölümündən sonra)

Mikayılov Nazim Namik oğlu – kiçik gizir

Musayev Ramil Aydın oğlu – kiçik gizir (ölümündən sonra)

Şıxəliyev Mehti Yalçın oğlu – kiçik gizir (ölümündən sonra)

Abdullayev Tural Şakir oğlu – baş çavuş (ölümündən sonra)

Allahyarov Vüsal Şakir oğlu – baş çavuş (ölümündən sonra)

Hüseynli Ələddin Zahid oğlu – çavuş

Cabbarov Elnur Şahmurad oğlu – əsgər (ölümündən sonra)

Məhərrəmov Əkbər Səyyaf oğlu – əsgər

Mənaflı Dursun Marif oğlu – əsgər.

Qeyd edək ki, "Zəfər" və "Qarabağ" ordeni — Azərbaycanın dövlət təltifidir və Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsində qələbə münasibəti ilə təsis edilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib:

Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)

Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)

Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.

10 dekabr 2020-ci il tarixdə Bakının mərkəzi olan Azadlıq meydanında "Zəfər paradı” keçiriləcəkdir.

Texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər Bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq meydanı, Dənizkənarı Bulvar boyu, Neftçilər prospekti, Azneft meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub.

Keçirilən tədbirin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur.

Belə ki, tədbir tam başa çatanadək həmin istiqamətlər üzrə:
1. Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar Dairəvi yol istiqamətinə,
2. Bayıl Qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə,
3. Səbail Rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə,

4. M.Hüseyn, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə,
5. Nobel prospekti N.Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə,
6. A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əliyev, F.Bayramov, və Y.Səfərov küçələri ilə kəsişmədən 10-cu zavod dairəsinə,

7. Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqamətinə,
8. 28 May küçəsinin R.Zorge, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov küçələri, Azadlıq və Bülbül prospektləri kəsişməsindən A.Bakıxanov və Fizuli küçələri istiqamətinə hərəkət müəyyənləşdirilir.

Yol hərəkəti iştirakçılarına bildirilir ki, həmin istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə süni sıxlığın və ya tıxacların yaranmasına səbəb ola bilər.

Bir daha xahiş edilir ki, ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün qaydalara düzgün əməl edilsin.

Xəbər lenti