Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçiriləcək Zəfər paradının aparıcısı bəlli olub.

Modern.az məlumatına görə, tədbirin ssenari müəllifi və aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.

Müdafiə Nazirliyinin məlumatına görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Ali məhkəmə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilsin:

1. Sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında materiallar; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlər; zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər; bəzi kateqoriya üzrə inzibati xətalara dair işlər, iddianın təmini tədbirləri və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələr, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat və icra icraatı işləri) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;

2. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin;

3. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilsin;

4. Məhkəməyədək sadələşmiş icraat materialları və cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin, Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və icraatda olan xüsusi ittiham qaydasında şikayət üzrə materiallara baxılsın;

5. Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;

6. Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Fiziki və hüquqi şəxslər məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərsinlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında xidməti ezamiyyətdə olub.


General-polkovnik Əli Nağıyev Azərbaycan əsgərləri ilə söhbət edərək, onların problemləri ilə maraqlanıb.

Eyni zamanda, DTX-nin yaxın zamanlarda fəaliyyətə başlayacaq yerli şöbələrinin məsələlərini müzakirə edib və Rusiya sülhməramlılarına rəhbərlik edən general-leytenant Rüstəm Muradovla görüşüb.
 

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

Bu barədə "Ölkə.Az"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Təəssüflə bildiririk ki, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına rast gəlinir.

Məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, karantin rejimininin tələblərini pozan şəxslərin müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.
Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən qeyd olunan məsələ ilə bağlı maarifləndirici video hazırlanıb", - Mətbuat Xidmətindən bildirilib.

Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar 600 min nəfərə yenidən 190 manat dəyərində birdəfəlik ödəmə təyin olunacaq. Yardımı alacaq şəxslər daha öncəki sərtləşdirilmiş karantin ərəfəsində qeydiyyatdan keçmiş vətəndaşlar olacaq.

Maraqlıdır, ötən müddət ərzində həmin 600 min nəfər içərisində artıq işləyənlər var. Yaxud, həmin vaxt işləyən bir çox vətəndaşlarımız hazırda işsizdir. Belə olan halda qeydiyyat sisteminin yenidən işə salınması məqbul deyilmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov qeydiyyat siteminin yenidən aktivləşdirilməyəcəyini bildirib:

"190 manatı almaq üçün yenidən qeydiyyat sitemi yaradılmayacaq. Bununla bağlı gün ərzində açıqlama verəcəyik".

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının onlayn formada ilk iclası keçirilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin Fondun gələcək hədəflərindən söz açılıb.

Himayəçilik Şurasının üzvləri də öz növbəsində cari məsələlər və təkliflərini diqqətə çatdırıblar.

Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Abdullayev Çingiz Akif oğlu
Alızadə Sevinc Əsgərxan qızı
Aslanov Novruzəli Davud oğlu
Aşina Məsud
İbrahimov Mənsum İsrafil oğlu
İsgəndərov Anar Camal oğlu
Qasımov Balakişi Ələkbər oğlu
Novruzov Cahangir Mütəllib oğlu
Ramaldanov Şair Ramaldan oğlu
Səfərəliyeva Rəna Teymur qızı
Zəkiyev İlham Əzizağa oğlu.

Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi qələbəyə qovuşdu. Artıq 30 ilə yaxın işğalda qalan torpaqlarımızda müvafiq təhlükəsizlik tədbirləri görülür.

Daxili İşlər Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.

RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.

 

 
  •  

 

 
 
 

“44 günlük Vətən Müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana mənəvi, siyasi dəstəyinin əvəzsizdir. Dünyada başqa iki ölkə arasında bu dostluq, qardaşlıq münasibətlərinin analogiyası yoxdur.Bu cür təmənnasız birlik, dövlət maraqlarının birgə müdafiə olunması, ən çətin məqamlarda belə böyük riskləri gözardı edərək ortaya güclü iradə qoyulması beynəlxalq münasibətlər sistemində yeni bir örnəkdir”.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dekabrın 10-da keçiriləcək Qələbə paradı  və Türkiyə Prezidenti Ərdoğanın iştirakını şərh edərkən deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var. “Qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Azərbaycan xalqı, ordusu daim arxasında bu güclü əli hiss etdi, bu bizi qələbəyə daha da ruhlandırdı. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Qələbə Paradında iştirakını yüksək dəyərləndirirəm. Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcədə düşmənə, onun havadarlarına ciddi mesaj olacaq”.

Sadiq Qurbanov maraqlı bir təkliflə də  çıxış edib: “Azərbaycan düşmən üzərində möhtəşəm zəfər qazanaraq həm də Dağlıq Qarabağ münaqişəsinin həllində 27 ildə ortaya səmərəli bir fəaliyyət qoya bilməyən BMT və ATƏT-i ağır məsuliyyətdən qurtarıb. Ona görə də yaxşı olardı, dekabrın 10-da keçiriləcək Qələbə Paradında BMT Təhlükəsizlik Şurasının üzvlərindən birinin nümayəndəsi çıxış edib Azərbaycana təşəkkürünü bildirərdi. Yaxud, təşəkkür məktubu göndərsələr də olar. Çünki Azərbaycan ordusu bölgədə ədaləti, beynəlxalq hüququn aliliyini təmin edib, BMT Təhlükəsizlik Şurasının 27 ildir icrasız qalan qətnamələrinin icrasını təmin edib”.

Komitə sədri Azərbaycanda Türkiyə əlehinə səsləndirilən bəzi fikirlərə də münasibət bildirib.

 Onun sözlərinə görə, yaxın tarixə nəzərə salsaq görərik ki, ölkədəki “beşinci kolon” fürsət düşdükcə dirçəlməyə, aktivləşməyə cəhd edir: “Fikrimcə, hazırda gedən proseslərdən yanlış nəticələr çıxarıb ictimai fikri manipulyasiya etmək cəhdləri əbəsdir. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir, 44 günlük müharibə zamanı da çox məsələlər aydınlaşdı. Azərbaycan 27 sentyabrdan əvvəlki ölkə deyil, ondan əvvəl də, indi də xalqın mütləq dəstəyi ilə Prezident, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daxili və xarici siyasətində daha böyük əzmlə addımlar atır. Ölkəmizin milli maraqları qorunur, dünyada nüfuzu yüksəlir, daxildə milli birlik, həmrəylik güclənir. Bu siyasətə uyğunlaşmayan, narahat olan “beşinci kolon” nümayəndələri cəmiyyətimizdən layiq olduqları münasibəti görürlər və görməkdə davam edəcəklər”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus (COVID-19) infeksiyası ilə bağlı əhaliyə müraciət edib.

"Ölkə.Az"ın məlumatına görə, müraciətdə deyilir:

"Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu bəlanı nəfəs qədər yaxınımzda hiss etməyimizə səbəb olur.

Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.

Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir. Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir meneə yoxdur".

COVİD-19-a yoluxma sayında müşahidə edilən artım tempi karantin rejiminin sərtləşdirilməsini zəruri edirdi.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, COVİD-19-a yoluxma hallarının sayının artması ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsini tələb edirdi.

Y.Abdiyeva əlavə edib ki, son günlərdə Azərbaycanda bir sutka ərzində qeydə alınan yeni yoluxma hallarının sayı 4000-dən aşağı olmur. Bu isə o deməkdir ki, ölkədə səhiyyə sisteminin üzərinə düşən yük getdikcə artır.

Sərt karantin tədbirlərinin yalnız Azərbaycanda deyil, bir çox dünya ölkələrində tətbiq edildiyini nəzərə çatdıran Y.Abdiyeva hesab edir ki, bir çox rayon və şəhərlərdə hərəkətə məhdudiyyətin qoyulması nəticəsində yoluxma sayının azalması mümkün ola bilər:

"Ümid etmək olar ki, sərt karantinin tətbiq ediləcəyi iki həftə ərzində insanların bir-biri ilə təması azalacaq və bu da sonda yoluxma sayının azalmasına səbəb olacaq".

Xəbər lenti