"Laçınlıların rus sülhməramlıların nəzarəti altında yaşaması məntiqli deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Laçın şəhərinin sakinlərinin 3 il müddətində yurd-yuvalarına qayıda bilməməsi ilə bağlı narahatçılıqlarını şərh edərkən deyib.
 
Politoloq hesab edir ki, rus sülhməramlılar yerləşdikləri ərazilərini dəyişib təzə yola keçəndən sonra Laçın şəhəri tam azad olunmuş hesab olunacaq və əhali şəhərə qayıda biləcək:
 
"Söhbət ancaq Laçın şəhərinin özündən gedir. Şəhərin ətrafından yeni yol çəkiləcək. Bu səbəbdən əhali orada yaşaya bilməz. Ona görə şəhərdən kənar yol çəkilməsi nəzərdə tutulub. Deyirlər ki, həmin yol 3 ilə deyil, bir ilə hazır ola bilər”.
 
Politoloqun fikrincə, yeni yol hazır olandan sonra rus sülhməramlıları həmin əraziyə çəkiləcək:
 
"Ancaq bundan sonra laçınlılar şəhərə qayıdacaq”. 
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu "Ölkə.Az"a DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:

"Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov, TƏBİB-in infeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva, Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev iştirak edir. 


Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov, TƏBİB-in infeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva, Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev iştirak edir. 

Günel Türksoy

 

 


Azərbaycanda koronavirusa yoluxanlar və ölənlərin sayında artım var və bu göstəricilər ürəkaçan deyil.

Vətəndaşlar arasında həkim təyinatı ilə yazılan dərmanların apteklərdə çatışmazlığından narazı olanlar da var.

Koronavirusa yoluxan və evdə müalicə alanlar üçün hansı dərmanlar yazılır? Apteklərdə təchizat nə yerdədir?

Bu suallara cavab verən tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə ARB24-ə bildirib ki, koronaviruslu xəstələrin evdə düzgün aparılan müalicəsi onların səhhətinin gələcəkdə ağırlaşmasının qarşısını ala bilər:

"Evdə müalicə düzgün istiqamətdə aparılmalıdır. İlk növbədə vətəndaşlarımız ümumi əlamətlər hiss edirsə - hərarət, boğaz ağrısı, dad və iybilmə qabiliyyətinin itməsi müşahidə olunarsa, vaxt itirmədən sahə həkiminə müraciət etməlidir.

Həkim qəbulunda olmadan birbaşa apteklərə müraciət etmək düzgün deyil. Ev şəraitində müalicə olunarkən biz həkimlər bir neçə faktora diqqət yetiririk. Onlara xəstəliklərinin ağırlıq dərəcəsinə görə ayrı-ayrı dərmanlar yazıla bilər".

Yeni dərsliklər Sinqapur modelli olacaq

Dünyanın sürətlə inkişaf edən təhsil sistemlərində keyfiyyət dəyişikliklərinin əsasında dövrün reallıqlarına cavab verməyən tədris vəsaitləri və resurlarının yenilənməsi durur. Son illərdə dünyanın ən yaxşı təhsil sisteminə malik olan Sinqapurun bu sahədə əldə etdiyi nailiyyətlər də ciddi maraq doğurur.

"Qafqazinfo" xəbər verir ki, Təhsil Nazirliyi də belə bir zəmində dərsliklərin təkmilləşdirilməsi istiqamətində Sinqapurla əməkdaşlığa geniş önəm verir. Və bu sahədə artıq ilkin addım atılıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir. 

Azərbaycanın təhsil və elm ictimaiyyətinin tanınmış nümayəndələri Sinqapur modelli dərsliklərin hazırlanması təşəbbüsünə müsbət yanaşır və bu təklifin təhsilimizə töhfə verəcəyini söyləyirlər. Onlardan aldığımız rəylər də maraqlıdır. 

Professor Rafiq Əliyev deyir ki, PISA, TIMSS və PIRLS kimi ümumi təhsil üzrə aparılan tədqiqatların nəticəsindən yola çıxan Təhsil İnstitutu artıq ötən ildən təşəbbüsü ələ alaraq beynəlxalq standartlara cavab verən təhsil proqramları və dərsliklər hazırlamağa başlayıb. O,  təhsildə nailiyyətləri ilə fərqlənən Sinqapurla əməkdaşlıq çərçivəsində hazırlanacaq “Təbiət” dərsliyinin də ictimaiyyət və təhsil icması tərəfindən müsbət qarşılanacağına əminliyini ifadə edir. 

Professor Hamlet İsaxanlının fikrincə, Təhsil institutunun təbiət elmləri və riyaziyyat üzrə təkmilləşdirəcəyi dərsliklər bu fənlərin tədrisinə yeni yanaşma gətirməklə bərabər şagirdlərimizin də PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarında daha yüksək nəticə göstərmələrinə səbəb olacaq:

“Bu gün həmin tədqiqatlara texnologiya və sənayedə öz sözünü demiş Sinqapur, Koreya kimi ölkələr liderlik edir. Təhsil və iqtisadiyyat arasındakı korelasiyaya baxsaq, burada güclü təhsil ilə silahlanmış insan kapitalının əməyini rahatlıqla görmək olur”.

Bakı Mühəndislik Universitetinin dosenti Elçin Süleymanov hesab edir ki, Sinqapur təhsil sistemi dünya reallıqlarına və hədəflərinə ən çevik reaksiya sərgiləmiş, Asiya regionunun ən təşəbbüskar, yenilikçi ölkəsidir: “Sinqapurlu şagirdlərin son illərdə beynəlxalq qiymətləndirmələrdə uğurlar qazanmasının bir amili də məktəb dərsliklərinin keyfiyyətli, müasir çağırışları tam ehtiva etməsidir. Bu mənada Təhsil Nazirliyinin dərsliklərin modernləşdirilməsi sahəsində təşəbbüsünü çox yüksək qiymətləndirirəm”. 

AMEA-nın dosenti Əfsun Suçayev qeyd edir ki, son illərdə ümumtəhsil şagirdlərinin təbiət elmləri sahəsində biliklərinin inkişaf etdirilməsi zərurəti dünya təhsil sistemində bir trend halını alıb:

"Məhz elmi nailiyyətlər ölkələrin rəqabət qabiliyyətliliyinin güclənməsinə xidmət edən güclü faktora çevrilib. Bu faktor Sinqapurun təhsil sistemində gördüyümüz uğurların əsasında dayanır. Bu uğurlar Sinqapuru dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahiblik edib. Buna görə də Təhsil Nazirliyinin təşəbbüsünü çox vacib və uğurlu hesab edirəm". 

19 yaşlı şəhid Xətai Həsənovun yaşı az olsa da, ölümü ilə ən şəhidlik zirvəsinə ucalıb. Qorxub-çəkinmədən düşmənlə döyüşdü, Vətən torpaqlarını canından əziz tuttu. Şəhidimizin atası Xaliq Həsənov deyir ki, son görüşündə oğlu ondan hallalıq istəyib.

Xətai Həsənov 2001-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 3 bacısından sonra evin tək oğlan övladı olub. Döyüşlər başlamazdan öncə hərbi xidmətə yollanıb. İkinci Qarabağ savaşına qatılaraq mərdliklə düşmənə qarşı vuruşub. Şəhidlik zirvəsinə ucalmazdan öncə Ağdarə, Cəbrayıl və Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Ailəsi ilə sonuncu dəfə oktyabrın 30-u, yəni ölümündən bir gün öncə danışıb. Şəhid Xətai Həsənov anası Qabilə xanıma “mənimlə fəxr edəcəksiniz” deyib.

Şəhid Xətai Həsənovun anası deyir ki, oğlunun uşaqlıqdan hərbiyə həvəsi olub. Daima hərbi formalar geyinər, hər zaman hərbi sahəyə maraq göstərərdi. Lakin evin tək övladı olduğundan ailəsi onun hərbçi olmağına razı olmayıb.

Xətai Həsənov Ağdam rayonunun Qaraqoyunlu kəndində gedən döyüşlərdə öz komandirini xilas edən zaman qəhramancasına şəhid olub. Bu gün onunla nəinki ailəsi, bütün Azərbaycan xalqı fəxr edir.

Məlumat üçün bildirək ki, Xətai Həsənov son 30 ildə Tovuz rayonunun Qovlar qəsəbəsinin ilk şəhididir.

Ərtaflı Baku TV-nin süjetində:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.

R.Zeynalov təqaüdə göndərilib.

Qeyd edək ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından Respublika DYP rəisi idi.

İşğaldan azad olunmuş Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyyat infrakstrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, beləliklə avtomobil nəqliyyatı ilə göstəriləcək bütün xidmətlərin bərpa edilməsi əsas prioritetlərdəndir.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) açıqlamasında bildirilir.

"İşğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdiyi əməllərin ən bariz nümunələrinə nəqliyyat infrastrukturu sektorunda da şahidlik etməkdəyik. DANX olaraq apardığımız təhlillərə əsasən 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki bazanın demək olar ki, məhv edilməsi aşkarlanıb.

22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə aid Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd, ümumilikdə 1 015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala gətirilib. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri isə milyonlarla manat həcmində ölçülür.

İşğaldan azad edilən şəhər və rayonlarımızda yük daşınması, avtobusla sərnişin daşınması və taksi minik avtomobilləri ilə sərnişin daşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan Avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub. Nəzərdə tutulan işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırılacaq. Bu, həmçinin özəl sektor üçün yeni investisya imkanlarının yaranması və böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasına geniş təkan vermiş olacaq.

Bu məqsədlə DANX təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədlərini hazırlayır.

İşğaldan azad olunan ərazilərin iqlimi, torpaq fondu, burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır. Həmin ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin ölkəmizin paytaxtı Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaradılacaq və müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək", - deyə açıqlamada qeyd olunub.

Azərbaycanda dekabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Dekabrın 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti