İşğaldan azad olunmuş Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyyat infrakstrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, beləliklə avtomobil nəqliyyatı ilə göstəriləcək bütün xidmətlərin bərpa edilməsi əsas prioritetlərdəndir.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) açıqlamasında bildirilir.

"İşğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdiyi əməllərin ən bariz nümunələrinə nəqliyyat infrastrukturu sektorunda da şahidlik etməkdəyik. DANX olaraq apardığımız təhlillərə əsasən 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki bazanın demək olar ki, məhv edilməsi aşkarlanıb.

22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə aid Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd, ümumilikdə 1 015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala gətirilib. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri isə milyonlarla manat həcmində ölçülür.

İşğaldan azad edilən şəhər və rayonlarımızda yük daşınması, avtobusla sərnişin daşınması və taksi minik avtomobilləri ilə sərnişin daşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan Avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub. Nəzərdə tutulan işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırılacaq. Bu, həmçinin özəl sektor üçün yeni investisya imkanlarının yaranması və böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasına geniş təkan vermiş olacaq.

Bu məqsədlə DANX təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədlərini hazırlayır.

İşğaldan azad olunan ərazilərin iqlimi, torpaq fondu, burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır. Həmin ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin ölkəmizin paytaxtı Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaradılacaq və müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək", - deyə açıqlamada qeyd olunub.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti