![]() |
|
Nazirlər Kabineti yanında Operativ Qərargahın “Şəki Bazar” ASC-də epidemioloji vəziyyətə dair açıqlama yayıb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVİD-9 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib:
"“Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanmiş, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.
Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək.
Məlumat üçün habelə bildiririk ki, “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər".
Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.
Sentyabrın 18-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 18-də Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bakıda əhali sıxlığını, bunun üzərinə yeni tədris ili ilə əlaqədar məktəb və universitetlərin açılmasını gəlsək yoluxma hallarının vəziyyətə təsiri necə olacaq? Mövcud epidemiya təhlükəsi müəllim-şagird, müəllim-tələbə kontingentini nə qədər təhlükədə qoyur? Ölkədəki epidemik vəziyyət kritik hal alarsa, müəlim- şagird kontingentinin sağlamlığını təhlükəyə atamamaq üçün məktəblərin təmamilə onlayn sistemə keçməsi mümkündürmü? Yəni payız aylarında ağır epidemik vəziyyətlə qarşılaşarıqsa dərslərin keçiririlməsi dayandırıla bilərmi?
Sfera.az xəbər verir ki, bununla bağlı ATU dosenti Ədalət Rüstəm danışıb:
Bakıda əhali yükünü boşaltmaq lazımdır. Elə adamlar var ki, heç onların Bakıda qalmağına ehtiyac yoxdur. Həmin insanların özləri rayona getmək istəyirlər.
Buna baxmayaraq elə bir zamandır ki, indi bu mümkün deyil. Artıq dərs və işlər başlayıb. Epidemiya prosesi elmi əsaslandırılmadan qərar buraxıldı.
Vəziyyətin necə getməsi izlənilməli idi. Artıq rayonda olanlar rayona qayıtmğa məcburdur. Çünki universitetlər, texnikumlar, kolleclər, orta məktəblər açılır. Bakı daha da yükəlnəcək və bu 51 faiz deyil, 70 faiz olacaq.
Bunun qarşısının almağın yolları odur ki, təlimatlar hazırlanmalıdır. Təhsil Nazirliyi orta məktəblər üçün təlimatlar hazırlayıb. Şagird partada tək oturmalıdır və s.
İş yerlərinin otaqlarında mütləq pəncərə olmalıdır, gündə iki dəfə ən azı 10 dəqiqəlik açılaraq hava dəyişdirilməlidir. Bu cür təlimatlar həmçinin restoranlar, kafelər, iaişə müəssisələri, ümumilikdə bütün qapalı məkanlar üçün hazırlanmalıdır.
Oktyabrın axırı, noyabrın əvvələri aləm bir- birinə qarışacaq. Həmin vaxtı COVİD-i qrip kimi müalicə edəcəklər. Düşünürəm yoluxma sayı Azərbaycanda artacaq. ABŞ da məktəblər açılanda bir həftə ərzində 40 minə şagird və müəllimlər virusa yoluxdu. Onlar məcbur olub məktəbləri qapatdılar. Bizdə də bu hal gözlənilir və olacaq".
Görüntülər səssiz olduğu üçün videonun müəllifi “Bura qədər hər şey qaydasındadır, amma uzun sürən danışıqlardan sonra vətəndaş polis maşınına nəsə qoyur” sözləri ilə polisin sürücüdən rüşvət aldığını iddia edib.
Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb:
“Müəyyən edilib ki, 15.09.2020-ci il tarixdə saat 10:20 radələrində Xırdalan şəhərinin H.Əliyev prospektində Bakı şəhər sakini Quliyev Namiq Adil oğlunun idarə etdiyi “Qaz-3302” markalı 10-NC-083 dövlət qeydiyyat nişanlı yük avtomobilində daşınan yükün nəqliyyat vasitəsinin arxa xarici işıq siqnallarının üstünü tutduğuna görə 99-YP-177 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Abşeron rayon polis idarəsinin DYP şöbəsinin YPX əməkdaşları tərəfindən saxlanılıb və sürücüdən sənədlərinin təqdim edilməsi tələb edilib.
Sürücü N.Quliyev müvafiq sənədləri təqdim etdikdən sonra barəsində İXP 3535007 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək hərəkətinə icazə verilib.
Araşdırma zamanı izahat verən sürücü Namiq Quliyev həqiqətən də yük daşıma qaydalarını pozduğu üçün həmin vaxt saxlandığını və barəsində sənədləşmə aparıldıqdan sonra hərəkəti davam etdiyini, eləcə də ondan rüşvət alınması və ya istənilməsi kimi neqativ halların ehtimal edilməsinin yanlış olduğunu bildirib”.
Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir:
"Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".
V.Əsədov "Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa cərimə olunurlar:
"Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir".
Şöbə rəisi onu da əlavə edib ki, piyadaların vurulması ilə bağlı hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən piyada keçidlərin yaxınlığında bu cür hallar daha çoxdur:
"Ən çox piyadaların vurulması hadisəsi yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərə işə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir".
V.Əsədov sürücülərə də müraciət edərək bildirib ki, onlar xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar:
"Eyni zamanda piyadalar da keçidlərdən istifadə etməlidir. Xatırladım ki, Bakı şəhər üzrə 80-dən artıq yeraltı və yerüstü piyada keçidi var. Hesab edirik ki, hər kəs öz təhlükəsizliyini qorumalıdır. Hadisələrə nəzər saldıqda aydın olur ki, həm piyada səhlənkarlığı, həm də sürücü diqqətsiliyi qəzalara səbəb olur.
Hesab edirik ki, hər kəs öz məsuliyyətini dərk edəcək. Bir daha hər bir yol hərəkəti iştirakşısını diqqətli olmağa çağırırıq. Yol hərəkətinə kiçik bir səhv ölümlə nəticələnən yol qəzalarına səbəb ola bilər. Unutmayaq ki, insanları bir-biri ilə münasibət yaratmağa yollar kömək edirsə, kişik bir səhv onları ayıra bilər".
Mehmanxana kompleksi ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1154 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 11 A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi 21 yanvar 2002-ci ildə 12 min manat kapitalla yaradılıb. Şirkətin qanuni təmsilçisi Şahin Hüseynov Bəhram oğludur. (Fed.az)
Bununla bağlı Sonxeber.az-a danışan Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, bununla bağlı qərarı Operativ Qərargah verir:
"İctimai nəqliyyatın şənbə-bazar günləri açılması heç bir fəsadı olmayacaq. Bu məsələdə Operativ Qərargah öz planı üzrə gedir. Heç kimi də dinləmir. Karantinin uzadılması Azərbaycanda yoluxma dinamikasından asılıdır.
Əgər yoluxanların sayında azalma davam edərsə karantin qaydalarında yumşalma davam edəcək. Lakin yoluxma dinamikası artarsa, yenidən sərtləşməyə gedilə bilər. Yaxın günlərdə iri ticarət mərkəzlərinin açılacağını düşünmürəm. Ümumilikdə isə pandemiyanın 3-4 il davam edəcəyi gözlənilir".
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, bunun göstəricisi kimi, ötən il və cari ilin əvvəlində pensiyalarda əhəmiyyətli artımlar edilib, 2019-cu ilin əvvəlindən fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınanlara 25 il sosial sığorta stajı hədiyyə edildi. Yalnız son bir ilin pensiya artımları pensiyaçılarımıza illik əlavə olaraq 1 milyard manatdan artıq vəsait ödənilməsini nəzərdə tutur. Təkcə bu ilin 8 ayında pensiya təminatı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 576,5 milyon manat (24%) çox olmaqla 3 milyard manata yaxın vəsait yönəldilib. Eləcə də son bir ildə pensiyalarda 30%-dək artım qeydə alınmaqla orta aylıq pensiya 300 manata, yaşa görə pensiyanın orta aylıq məbləği 25,2% çoxalaraq 330 manata yaxın olub.
Habelə 2020-ci ilin əvvəlindən pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət almaq hüququ verilib və artıq 20 mindən çox şəxs bu hüquqdan yararlanıb. Eyni zamanda, ailə başçısını itirmiş ailələr üçün 2020-ci ilin əvvəlindən iki təminat növündən - ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını itirməyə görə müavinətdən daha yüksək məbləğdə olanını seçmək, sağlamlıq imkanları məhdud uşaqlara sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ailə başçısını itirməyə görə müavinəti və pensiyanı da almaq hüququ verilib.
Hazırda pensiya qanunverciliyində nəzərdə tutulan köklü dəyişikliklər də vətəndaşların sosial təminat sahəsində hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə ödənişlər almalarına şərait yaradılmasına xidmət edir. Məsələn, hazırda aparılan islahatlar:
pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsi,
ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi,
ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünün özünün pensiya və ya müavinət hüququ yarandıqda, həmin vaxta qədər aldığı, yəni ailə başçısını itirməyə görə onun payına düşən pensiya məbləğinin digər ailə üzvləri arasında bölüşdürülməsi,
Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılması,
Pensiyanın yenidən hesablanmasında pensiyaçıların mənafeyinə uyğun mexanizmin tətbiqi,
Pensiya təyinatları sahəsində proaktiv xidmətlərin genişləndirilməsi və pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılması və s. kimi istiqamətləri əhatə edir.
Onu da qeyd edək ki, hazırkı islahatlarla bağlı pensiya qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin layihəsində xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) pensiyaları ilə bağlı hər hansı təklif mövcud deyil.
Xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin pensiya təminatı ilə bağlı hər hansı təşəbbüs və təkliflər olduqda, həmin şəxslərin mənafeyinə, davamlı pensiya artımına xidmət edəcək. Bu məsələlərlə bağlı təkliflər olarsa açıqlanaraq ictimai müzakirə şəraitində baxılacaq.
Hazırda aparılan islahatların məqsədi - pensiya artımına, hər bir şəxsin layiqli pensiya təminatına yönəlib ki, bu da dövlətin sosial siyasətində əsas prioritetlərdən birini təşkil edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məsələyə aydınlıq gətirib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, heç bir vətəndaşa agentliyin əməkdaşları tərəfindən zor tətbiq edilməyib və edilə də bilməz:
“Bunu yayan şəxs və ya şəxslər bilərəkdən vətəndaşlara yalan və qərəzli informasiyalar verərək cəmiyyət arasında agentliyin nüfuzunu aşağı salmaq istəyir.
Bir daha qeyd edirik ki, agentliyin inzibati binasına gələn hər bir şəxsə hazırkı pandemiya şəraitində vətəndaş qəbulunun qadağan olunduğu barədə izahat verilir. Belə ki, vətəndaşlar onları narahat edən məsələlərlə bağlı 24 saat fəaliyyət göstərən “Qaynar xətti”mizə (012-599-79-75) zəng edib və ya məktubla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə ünvanına müraciət edib, onları narahat edən məsələləri qeyd edə bilərlər.
Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, hazırkı pandemiya şəraitini nəzərə alsınlar və bu şəraitə uyğun tətbiq edilmiş qaydalara hörmətlə yanaşsınlar”.
Şəki rayonu Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid, Aşağı Kəldək kəndinin ərazisində yerləşən ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Şəki rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən kəndin ərazisində 27 ədəd qovaq və 1 ədəd qoz cinsli ağacların məhv edilməsi nəticəsində təbiətə 60 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.